Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-16/2025 28.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirаkları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçı İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehin çıxarılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi, Ağdaş rayonu Ərəb kəndində yerləşən və mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən cavabdehin çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 1.0987 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdə alğısatqı müqaviləsi əsasında əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin təxminən 0.35 ha hissəsini zəbt edərək, istifadə edir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. Cavabdehin qanunsuz hərəkətləri barədə kənd icra nümayəndəliyinə eləcə də bələdiyyəyə tərəfindən müraciət edilsə də, sözügedən qrumların inzibati tədbirləri də bir nəticə verməmişdir. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiаçı İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, 2 il bundan öncə torpaq almışdır. Sonradan məlum oldu ki, cavabdeh onun torpaq sahəsini zəbt etmişdir. Torpağı ölçmək üçün ekspertiza təyin edilmiş və onun torpağının zəbt olunduğu müəyyən olunmuşdur. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 5 il bundan əvvəl həmin torpağı almış, heç kimin torpağını zəbt etməmişdir. Torpağını qanuni formada almışdır, ölçülüb verilmişdir. Məhkəmədən mütəxəssis gəldikdə orada olmuş, lakin onların nə ölçdüklərini bilməmişdir. Ekspert düzgün ölçü aparmamışdır. Rəy ilə razı deyildir. 2021-ci il tarixdə ölçü işləri aparılaraq torpaq sahəsini eyni adamdan almışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 07 aprel 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1i ünvanında yerləşən 0.3662 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 11 mart 2024-cü il tarixli 3-21-3-35/2-S-0009-39 saylı məktubdan görünür ki, 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisi X3 07 mart 2024-cü il tarixdə Ağdaş rayonu, Ərəb kəndi ərazisində **********77 reyestr nömrəli çıxarışla mülkiyyətlərinə verilmiş 1.0987 ha torpaq sahəsinə sizin iştirakınızla naturada baxış keçirilən zaman məlum olmuşdur ki, uçot məlumatlarında qeydə alınmış torpaq sahələri ilə faktiki istifadəçilik arasında uyğunsuzluq vardır. Naturada tanıdılacaq torpaq sahəsi üzərində başqa şəxsə məxsus çoxillik əkmələr mövcud olduğundan, torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatlarının tanıdılması mümkün olmamışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/19028 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli ********** saylı ərizəsinə və xx.xx.2024-cü il tarixli ********** saylı müqaviləyə əsasən DƏDK və RPH Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən, mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üçün qiymətləndirilmə işi aparılmışdır. Qiymətləndirmə zamaı daşınmaz əmlak bazarında analoji torpaq sahələrinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən 29 yanvar 2024-cü il tarixinə bazar dəyəri 4500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 1.0987 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-21-3-35/2-3279/2024 saylı mütəxəssis rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçının mülkiyyətinə **********77 reyestr nömrəli çıxarışla verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/8090 saylı ekspert rəyindən görünür ki, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri kitabında qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77 ilə qeydiyyata alınmış dövlət çıxarışına əsasən hazırda İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi Nurlan Eldarlının mütəxəssis rəyində qeyd edilir ki,iddiaçının mülkiyyətinə **********77 reyestr nömrəli çıxarışla verilmiş 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiaçı Ağdaş rayonu Ərəb kəndi ərazisində yerləşən 1.0987 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixdə alğı-satqı müqaviləsi əsasında əldə etmişdir. Alğı-satqı müqaviləsi əsasında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdindən çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsi naturada tanıdılarkən məlum olmuşdur ki, cavabdeh mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin təxminən 0.35 ha hissəsini zəbt edərək, istifadə edir. Cavabdehlə danışıqlar aparıb zəbt etdiyi torpaq sahəsini boşaltmasını tələb etsə də, bir nəticəsi olmamış, öz qanunsuz tələblərində israrlı olaraq, dayanmışdır. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, İddiaçı xüsusi mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.3662 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Nəticədə iddiaçı öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Ağdaş rayonu Ərəb kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən Cavabdeh çıxarılmaldır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan başqa məhkəmə hesab edir ki, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməlidir. Eləcə də məhkəmə hesab edir ki, 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6-cı maddəsinə əsasən fiziki şəxs tərəfindən mülkiyyətində, istifadəsində (icarəsində) olan yaşayış evi, mənzil, həyətyanı sahənin torpağı, o cümlədən bağ sahəsi ilə bağlı ərizənin verilməsinə, habelə fiziki şəxs tərəfindən istifadəsində (icarəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqla bağlı ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Ağdaş rayonunun Ərəb kəndində yerləşən və iddiaçının mülkiyyətində olan 1.0987 ha torpaq sahəsinin 0.35 ha hissəsindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya ödənilsin. Ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-16/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-16/2025
28.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver