Məhkəmə qərarları › İş №2(014)-1615/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1615/2025

22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1615/2025 22.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X1 10 oktyabr 1952ci il tarixdə Ağdaş rayonunun Ləki kəndində doğulmasının qeyd edilməsi, doğum aktı qeydində ata qrafasında atasının adının X6, ana qrafasında anasının adının X12 yazılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, bildirdi ki, mərhum qardaşı X7 10 oktyabr 1952-ci il tarixdə Ağdaş rayonunun Yuxarı Ləki kəndində onunla bir ailədə doğulmuşdur. Uzun illər həmin kənddə yaşamış, xx.xx.2025-ci il tarixdə isə elə həmin kənddə də vəfat etmişdir. Mərhum qardaşı X1 Ağdaş rayonunun Yuxarı Ləki kəndində anadan olması ilə bağlı şəxsiyyət vəsiqəsi mövcud olsa da, sonuncuya aid doğum haqqında şəhadətnaməni tapmaq mümkün olmamışdır. Hazırda vərəsəlik işlərilə əlaqədar qardaşının doğum haqqında şəhadətnaməsi tələb edilir. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir. Lakin mərhum qardaşının doğum haqqında şəhadətnaməsinin verilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ərizəçi məhkəmədən kənar qaydada qeyd olunan sənədi alması mümkün deyildir. Odur ki, xahişinin təmin olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X8 ərizəçinin xahişinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynıdır, Məmmədbaqi Həşimovla evlənməklə Ağdaş rayonunun Ləki kəndində yaşamış, ərinin 2 qardaşı vardır, biri Ərizəçi digəri isə X2r. Əri 18 ildir ki, rəhmətə gedib, digər qaynı Məhəmməd də bu il rəhmətə getmişdir. Əri və qayınları doğma qardaş olmaqla, onların atası X6, anası isə X12 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Ərizəçi arvadıdır, onlar 1993-cü ildə evlənmiş, X7 onun qaynıdır, əri Əliqulunun 2 qardaşı olmuş, onlar X3 və X2r, hər üçü doğma qardaş olmuş, onların atasının adı X6, anasının adı X12 olmuşdur. İşdə olan AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1965-ci il tarixdə Ağdaş rayonun, Yuxarı Ləki kəndində anadan olmuş Ərizəçi atası X6, anası X12 olmuşdur. İşdə olan, X1 şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X7 xx.xx.1952-ci il tarixdə Ağdaş rayonu Ləki kəndində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 447928 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2025-ci il tarixdə Ağdaş rayonun, Yuxarı Ləki kəndində ölmüşdür. İşdə olan Ağdaş rayon İcra Hakimiyyət Başçısının Yuxarı Ləki kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-32-12/2-227/2025 nömrəli arayışın surətindən görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kəndində yaşamış mərhum X7 xx.xx.2025-ci il tarxidə vəfat etmişdir və Yuxarı Ləki kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, 1949-1955-ci illər Maraqlı şəxs, Orta Ləki kənd icra nümayəndəliyi, Ləki qəsəbə icra nümayəndəliyi üzrə ilkin və 1959-1970-ci illər bərpa akt qeydləri habelə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X1 doğum haqqında akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün olmamış, aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun qeydə alınması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə görə uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 46.3-cü maddəsinə görə uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X7 xx.xx.1952-ci il tarixdə Ağdaş rayonu Ləki kəndində anadan olmuş və onun doğumu qeydə alınmış, doğum akt qeydlərində ata adı qrafasında X6, ana adı qrafasında X12 qeyd olunmuşdur. Lakin hazırda xx.xx.2025-ci il tarixdə vəfat etmiş mərhum X4 məxsus doğum haqqında şəhadətnamə yoxdur və doğum akt qeydinin bərpası mümkün deyildir. Hazırda ərizəçinin qardaşı vərəsəlik işi ilə əlaqədar qardaşına məxsus doğum haqqında şəhadətnaməsini əldə edə bilmir. Buna görə də, məhkəmə hesab edir ki, X1 xx.xx.1952-ci il tarixdə Ağdaş rayonunun Ləki kəndində doğulmasının rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydində atasının adı X6, anasının adı X12 qeyd olunması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. X1 xx.xx.1952-ci il tarixdə Ağdaş rayonunun Ləki kəndində doğulmasının rayon qeydiyyat şöbəsində qeydə alınması və doğum akt qeydində atasının adı X6, anasının adı X12 qeyd olunması faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar