Məhkəmə qərarları › İş №2(014)-1618/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1618/2021

28.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1618/2021 28.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, İddiaçı vəkili Vəkil, Cаvаbdеh Ərəb kənd tam orta məktəbinin nümayəndəsi (direktor) Nümayəndə iştirakları ilə İddiaçı cаvаbdеh Ərəb kənd tam orta məktəbinə qаrşı işə bərpa tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cаvаbdеh Ərəb kənd tam orta məktəbinə qаrşı işə bərpa tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1990-cı ildə Ağdaş rayonunun Ərəb kəndində anadan olmuş və orada orta məktəbi bitirmişdir. Kənd orta məktəbini bitirdikdən sonra 2005-ci ildə X10 Kollecinə daxil olmuş və 10 fevral 2010-cu ildə X10 Kollecinin “İbtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət Attestasiya komissiyasının 10 fevral 2010-cu il tarixli qərarı ilə ona “İbtidai sinif müəllimi” ixtisası verilmişdir. Ağdaş rayon Təhsil şöbəsi ilə Təhsil şöbəsinin müdiri Hürü Əliyevanın şəxsində aralarında 01.02.2013-cü ildə bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən o, həmin tarixdən vaxtamuzd, aylıq əmək haqqı 52,04 manat olmaqla Ağdaş rayonunun Ərəb kənd tam orta məktəbində əmək təlimi müəllimi kimi işə qəbul olunmuşdur. Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbinin direktorunun 01.02.2013-cü il tarixli 08 saylı əmrinə əsasən Ağdaş rayon TŞ-nin 01.02.2013-cü il tarixli, 198/1 saylı məktubuna müvafiq olaraq o, həmin işə qəbul olunmuşdur. Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbinin direktorunun “əmək müqaviləsinə xitam verilməsi haqqında” 16 iyun 2021-ci il tarixli 13 saylı əmrinə əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07 may 2018-ci il tarixli 167 saylı məktubu əsas göstərilərək, həmin tarixdən onun ibtidai sinif müəllimi kimi müqaviləsinə xitam verilməklə axırıncı ödəniş verilməsi əmr olunmuşdur. Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbinin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair həmin məktəb üzrə verilmiş 16.06.2021-ci il tarixli 13 saylı əmrin ləğv edilməsinə, işinə bərpa edilməyinə dair qətnamə çıxarması üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edir. Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbində işə başladığı 2013-cü ildən bu yana ötən 8 illik müddət ərzində əmək vəzifələrini müqavilə şərtlərinə uyğun müsbət yerinə yetirmiş, hər hansı əmək intizamı tənbehi tədbirinə məruz qalmamışdır. İşdən azad olunduğuna dair Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbinin direktorunun əmrini, belə əmrin verilməsi üçün əsas kimi götürülmüş Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07 may 2018-ci il tarixli, 167 saylı məktubunu qanunsuz və əsassız hesab edir. Barəsində verilmiş əmr ümumilikdə qanunvericiliyə, Əmək Məcəlləsinin tələblərinə ziddir. İddiaçı və onun vəkili Vəkil məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cаvаbdеh Ərəb kənd tam orta məktəbinin nümayəndəsi (direktor) Nümayəndə məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 noyabr 2010-cu il tarixli, BB-İİ seriyalı, № 095412 saylı diplomun surətindən görünür ki, İddiaçı 2005-ci ildə X5 Kollecinə daxil olmuş, 10 fevral 2010-cu il tarixdə həmin kollecin “İbtidai təhsil” ixtisası üzrə tam kursu bitirmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 fevral 2013-cü il tarixli, 08 saylı Ərəb kənd tam orta məktəbinin əmrindən görünür ki, İddiaçı 01.02.2013-cü il tarixdən ibtidai üzrə məktəbə müəllim təyin edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 30 iyun 2021-ci il tarixli, 103 saylı arayışdan görünür ki, İddiaçı 01.07.2020-ci ildən 01.07.2021-ci ilədək əmək haqqı almışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07 may 2018-ci il tarixli, 167 saylı məktubundan görünür ki, Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin direktoru Nümayəndə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 aprel 2018-ci il tarixli 05-09- 666/13 nömrəli məktubu ilə İddiaçı işə qəbulu qaydalarına zidd olaraq qəbul edildiyi üçün 2017-2018-ci tədris ilinin sonunda (14 iyun 2018-ci il) əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 16 iyun 2021-ci il tarixli, 13 saylı Ərəb kənd tam orta məktəbinin əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 16.06.2021-ci il tarixdən xitam verilərək axırıncı ödənişinin hesablanması əmri verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 02 sentyabr 2009-cu il tarixli, 261 saylı Ərəb kənd tam orta məktəbi üzrə əmrindən görünür ki, Mahmudov X1 orta məktəbin direktoru ərizəsinə əsasən tutduğu vəzifədən azad edilərək, Ərəb kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ərəb kənd icra nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2007-ci il tarixli, AZ-İ seriyalı, № 362099 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 26 oktyabr 2007-ci il tarixdə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Qədirova soyadı verilmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 iyul 2020-ci il tarixli, AZ-İİ seriyalı, № 098001 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 06.06.2021-ci il tarixdə vəfat etmişdir. İşin materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli, 214 saylı arayışdan görünür ki, İddiaçı ailə üzvləri 25.07.2008-ci il təvəllüdlü X7, 17.04.2010-cu il təvəllüdlü X8 və 27.03.2016-cı il təvəllüdlü X4 ibarətdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, İddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbində 01.02.2013-cü il tairxdən ibtidai sinif üzrə müəllimə işləmişdir. Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin 16 iyun 2021-ci il tarixli 13 saylı əmri ilə İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 167 saylı məktubuna əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 07 may 2018-ci il tarixli, 167 saylı məktubu əsas göstərilərək Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbinin direktorunun onun ibtidai sinif müəllimi kimi müqaviləsinə xitam verilməklə axırıncı ödəniş verilməsi barəsində əmək müqaviləsinə xitam verilməsi haqqında 16 iyun 2021-ci il tarixli 13 saylı əmrinin ləğv edilməsi və onun öz əvvəlki işinə bərpa olunmağına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.2-ci görə, Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71- ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi cavabdeh Ərəb kənd tam orta məktəbinin əmək müqaviləsinə xitam verilməsinə dair 16.06.2021-ci il tarixli 13 saylı əmrində İddiaçı əmək müqaviləsinə xitam verilməsinin əsasları, Əmək Məcəlləsinin hansı maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsasları göstərilməmişdir. Bundan başqa, 01 fevral 2013-cü il tarixdə İddiaçı ilə əmək müqaviləsi bağlanarkən müəllimlərin iş qəbul qaydaları təsdiqlənməmişdi. Belə ki, Azərbaycan Respublikasının təhsil nazirinin “2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 28 iyun 2013-cü il tarixli, №712 saylı əmri ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları təsdiqlənmişdir. Belə olan halda isə qanunun geriyə qüvvəsi İddiaçı şamil edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsininin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı işdən azad edilməsinə dair Ağdaş rayon Ərəb kənd tam orta məktəbin 16 iyun 2021-ci il tarixli, 13 saylı əmri ləğv edilməli, İddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin 16 iyun 2021-ci il tarixli, 13 saylı əmri ləğv edilsin. İddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar