Məhkəmə qərarları › İş №2(014)-1619/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1619/2021

28.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1619/2021 28.07.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı və vəkili M.Paşayevin Cavabdeh Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin direktoru Cavabdeh iştirakı ilə İddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbinə qarşı işə bərpa tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ağdaş rayon Ərəb kənd tam orta məktəbinə qarşı işə bərpa tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş rayon Ərəb kənd tam orta məktəbin direktorunun 16 iyun 2021-ci il tarixli 12 nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və onun işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, 12 sentyabr 2011-ci ildə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialına riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil fakultəsinə qəbul olunmuş və 21 iyul 2015-ci ildə həmin institutun riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə tam kursu bitirmişdir. Bu barədə adına 01 iyul 2015-ci il tarixli, 4/1800 qeydiyyat nömrəli, seriya A, 065544 nömrəli dövlət sənədi olan diplom verilmişdir.O, 21 oktyabr 2015-ci ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və nikah bağlandıqdan sonra “Əhmədova” soyadını qəbul etmişdir. Cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin razılığı ilə 25 dekabr 2015-ci il tarixli əmri ilə Ağdaş rayon Ərəb kənd tam orta məktəbində müəllim təyin edilmişdir. Onunla məktəbin direktoru arasında həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Ağdaş rayon Təhsil şöbəsi Ərəb kənd tam orta məktəbi direktorunun 15 sentyabr 2015-ci il tarixli 52 saylı əmrinə əsasən Ağdaş rayon TŞ-in 15 sentyabr 2015-ci il tarixli məktubuna müvafiq olaraq o, həmin tarixdən müvəqqəti olaraq Ərəb kənd tam orta məktəbi direktorunun 15 sentyabr 2015-ci il tarixli əmrinə əsasən Ağdaş rayon TŞ-in 25 dekabr 2015-ci il tarixli məktubuna müvafiq olaraq həmin tarixdən məktəbə ali təhsilli riyaziyyat-informatika müəllimi təyin olunmuşdur. İşlədiyi müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. 2017-ci ildə X7 üzrə müsabiqədə iştirak etmişdir və qiymətləndirilmənin nəticələrinə əsasən müvafiq bal toplamışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi X3 167 nömrəli, 07 may 2018-ci il tarixli məktubla Ağdaş rayon Ərəb kənd tam orta məktəbin direktoruna və Ağdaş rayon Təhsil Şöbəsinin müdirinə müraciət edərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 aprel 2018-ci il tarixli, 05-09-666/13 nömrəli məktubu ilə X7u Qaydalarına zidd olaraq işə qəbul edildiyini göstərərək onun əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Necə olur ki, sənədlərim qiymətləndirmə komissiyasının elektron bazasına yerləşdirilir, lakin o, X7u Qaydalarına zidd olaraq işə qəbul edildiyi, bu barədə 9 saylı ərazi X3 07 may 2018-ci il tarixli məktubla işlədiyi məktəbin və Təhsil Şöbəsinin rəhbərliyinə onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə tədris ilinin sonunda xitam verilməsi tapşırılır? Bütün bunlar məktəb rəhbərliyi tərəfindən tam araşdırılmadan cavabdeh Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş rayon Ərəb kənd tam orta məktəbin direktorunun 16 iyun 2021-ci il tarixli 12 nömrəli əmri ilə 16 iyun 2021-ci il tarixdən onunla məktəb arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, o, məktəbin riyaziyyat müəllimi vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 mart 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar o, Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. O, həmin Qaydalar qüvvəyə minənədək, yəni 2015-ci il tarixdə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında həmin məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən onun həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” o, işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən hazırki dövrdə onun işə qəbul olunmağına şamil edilə bilməz. Bütün bunlar onun qanunvericiliklə qorunan hüquqlarını pozur. Göründüyü kimi cavabdeh onu Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi X3nin göstərişi ilə işdən azad edərkən “X7u Qaydalarına” ziddin nədən ibarət olmasını, yəni həmin ziddəyyətin nədən ibarət olmasını tam, ətraflı və obyektiv araşdırmadan həmin göstərişə əsasən tələm-tələsik işlədiyi məktəbin direktoru ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verməklə və özünün əmri ilə onun işdən azad olunmağına dair əsassız əmr verməklə yuxarıda göstərdiyi maddi hüquq normalarının tələblərini kobudcasına pozmuşdur.Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin direktoru Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, iddiaçı onun məktəbində işləmiş və nümunəvi müəllim olmuşdur. İddiaçının işdən qanunsuz azad edilməsini qəbul edir. Hazırda iddiaçının işə yenidən bərpa edilməsinə etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 01 iyul 2015-ci il tarixli, 4/1800 qeydiyyat nömrəli, seriya A, 065544 nömrəli dövlət sənədi olan Diplomdan görünür ki, X1 Attestasiya Komissiyasının 01 iyul 2015-ci il tarixli qərarı ilə riyaziyyat və informatika müəllimliyi ixtisası verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 21 oktyabr 2015-ci ildə X4 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur və nikah bağlandıqdan sonra “Əhmədova” soyadını qəbul etmişdir Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin 15 sentyabr 2015-ci il tarixli əmrindən görünür ki, X2 15 sentyabr 2015-ci ildən müvəqqəti olaraq məktəbə müəllim təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin 25 dekabr 2015-ci il tarixli əmrindən görünür ki, X2 25 dekabr 2015-ci ildən daimi olaraq məktəbə müəllim təyin edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ərəb kənd tam orta məktəbinin 16 iyun 2021-ci il tarixli əmrindən görünür ki, X2 ilə 16 iyun 2021-ci ildən axırıncı ödəniş hesablanmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əsas olaraq isə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi X3nin 07 may 2018-ci il tarixli,167 nömrəli məktubudur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 saylı Ərazi X3nin 07 may 2018-ci il tarixli,167 nömrəli məktubundan görünür ki,X7 qaydalarına zidd olaraq işə qəbul olunduqları üçün X2 ilə əmək müqaviləsinə xitam verilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 mart 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari 4.1-ci bəndinə əsasən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə, xüsusi tipli ümumi təhsil müəssisələrinə (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəblərinə) və peşə liseylərinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqənin keçirilmə vaxtı hər il Nazirlik tərəfindən müəyyənləşdirilərək elan edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 7.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işə götürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydalari Azərbaycan Respublikası Təhsil Nazirliyinin 28 mart 2016-cı il tarixli 165 nömrəli əmri ilə təsdiq edilmişdir. Yəni həmin Qaydalar iddiaçı Ağdaş rayon Təhsil Şöbəsinin razılıq məktubu ilə işə qəbul edildikdən sonra Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş və qüvvəyə minmişdir. Həmin Qaydalar qüvvəyə minənədək, yəni 15 sentyabr 2015-ci il tarixdə rayon Təhsil şöbəsinin razılıq məktubu əsasında iddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbə işə qəbul olunmuşdur. İşə qəbul olunmağı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olduğundan Ağdaş rayon Təhsil Şöbəsi həmin qanunvericiliyə əsasən iddiaçının həmin məktəbə işə qəbul olunmağına razılıq vermişdir. Göründüyü kimi həmin “Qaydalar” iddiaçı işə qəbul edildikdən sonra təsdiq edilərək qüvvəyə mindiyindən iddiaçının 15 sentyabr 2015-ci ildə işə qəbul olunmağına şamil edilə bilməz. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir, iddiaçının ödəməkdən azad edildiyi 10 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş rayon Təhsil şöbəsinin Ağdaş rayon Ərəb kənd tam orta məktəbin direktoru Cavabdeh 16 iyun 2021-ci il tarixli 12 nömrəli əmri ləğv edilsin, İddiaçı Ağdaş rayon Ərəb kənd tam orta məktəbinə riyaziyyat-informatika müəllimi vəzifəsinə işə bərpa olunsun. Cavabdeh Ağdaş rayon Ərəb kənd tam orta məktəbdən 10 (on) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar