Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1631/2022 07.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 ilə razılığa gəldiklərini, Cavabdeh2 könüllü olaraq ona məxsus zəbt etdiyi 1 hektar torpaq sahəsindən çıxdığını, lakin digər Cavabdeh1 hələ də 2 hektar torpaq sahəsini zəbt etdiyini bildirərək mülkiyyətində olan Ağdaş rayonu, Qoşaqovaq kəndində yerləşən JN-0061 torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 8.53 ha sahəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş 2 hektarından çıxarılması tələbinə dair iddia ərizəsi üzrə tələbin Cavabdeh2 dair hissədə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, Ağdaş Rayon Məhkəməsinin 2(014)-1631/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə tələbin Cavabdeh2 dair hissədə xitam verilmiş, həmçinin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə Azəraycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə, məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. İş üzrə İddiaçı yenidən məhkəməyə ərizə ilə müraciət edərək hazırda digər Cavabdeh1 ilə aralarında razılığa gəldiklərindən işin icraatına xitam verilməsini və iş materiallarına əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi haqqında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi X1 Portalı vasitəsi ilə ********* nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər Məhkəmənin hakimi: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1631/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1631/2022
07.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver