Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1636/2023 25.10.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxslər Ağdaş rayon Notariat ofisinə və Maraqlı şəxs2nə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Ağdaş rayon Notariat ofisinə və Maraqlı şəxs2nə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx *94*-ci ildə Ağdaş şəhərində doğulmuşdur. X5, anası X3r. Ata və anasının birgə nikahından ərizəçi və bacısı X6 doğulmuşdur. Təxminən *0-cu sinifə kimi ərizəçinin soyadı Əliyev olmuşdur. *0-cu sinifdə oxuyarkən ərizəçinin soyadını dəyişərək Hüseynov etdirmişlər. Bacısı Şərqiyə də eyni formada soyadı dəyişmişdir. Atası və anasından qalmış əmlakdan ərizəçi istifadə edir. Bacısının uşaqları buna etiraz etmirlər. Bu səbəbdən də ərizəçi, vərəsəlik işinin açılması ilə bağlı Ağdaş rayon Notariat Ofisinə müraciət edən zaman ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından bundan imtina etmişlər. Bundan sonra doğum haqqında akt qeydi barədə arayışın verilməsi ilə bağlı aidiyyəti üzrə maraqlı orqan Maraqlı şəxs2nə müraciət etmişdir. Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli, 3-*6-5/8- 588/2023 saylı arayışla ona bildirmişdir ki, şöbədə onun doğumu barədə məlumatın müəyyən edilməsi məqsədi ilə *948-*967-ci illər bərpa akt qeydləri barədə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Məlumat üçün bildirilmişdir ki, Maraqlı şəxs2 arxivində *948-ci ilə qədər olan dövrün arxiv məlumatları saxlanılmır deyə ona imtina məktubu vermişdir. Bundan sonra o, həmin dövrün arxiv məlumatlarının əldə edilməsi üçün Ağdaş rayon Dövlət Arxivinə müraciət etmişdir. Ağdaş rayon Dövlət Arxivi *7.07.2023-cü il tarixli *8* saylı arxiv arayışı ilə ona bildirilmişdir ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Maraqlı şəxs2 (VVAQ) *94*-*942-*943-cü illərin şəhərə aid doğum sənədlərinə baxış zamanı onun, yəni Ərizəçi adına rast gəlinməmişdir. X* oğlu olmağı ərizəyə əlavə etdiyi sənədlər, məhkəməyə dəvət edəcəyi şahid ifadələri ilə təsdiq oluna bilər. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən xx.xx.*924-cü il tarixdə doğulmuş anası X2 xx xxxxxx *94*-ci il tarixdə Ağdaş şəhərində doğulmuş Ərizəçi anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Ağdaş rayon Notariat ofisi və Maraqlı şəxs2 nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslər Ağdaş rayon Notariat ofisi və Maraqlı şəxs2 nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, Ərizəçi onun qohumdur. Ərizəçi xx xxxxxx *94*-ci ildə doğulub. X5, anası isə X3r. İşin materiallarında olan Maraqlı şəxs2 tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli, 3-*6-5/8-588/2023 saylı arayışdan görünür ki, xx.xx.*94*-ci ildə Ağdaş şəhərində doğulmuş Ərizəçi doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə *948-*967ci illər bərpa akt qeydləri habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs2 arxivində *948-ci ilə qədər olan dövrün arxiv məlumatları saxlanılmır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş *7.07.2023-cü il tarixli, *8* saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Maraqlı şəxs2 (VVAQ) *94*-*942-*943-cü illərin şəhərə aid doğum sənədlərinə baxış zamanı vətəndaş Ərizəçi adına rast gəlinməmişdir. İşin materiallarında olan *0 dekabr 20*4-cü il tarixdə Ağdaş RİHB-nın Qoşaqovaq kənd İƏD-si tərəfindən verilmiş AZ-İ № 992440 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*0 ilə X8 *3 avqust *974-cü il tarixdə *5 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə, Hüseyinov, arvada Hüseyiova soyadı verilmişdir. İşin materiallarında olan НЗ № *203700 saylı hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.*94*-ci ildə Ağdaş şəhərində doğulmuşdur. İşin materiallarında olan 04 sentyabr *963-cü il tarixdə Ağdaş VVAQ bürosu tərəfindən verilmiş AЗ № 46*679 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 0* aprel *950-ci il tarixdə Ağdaş şəhərində doğulmuşdur. X5, anası X3r. İşin materiallarında olan 08 fevral 20*3-cü il tarixdə Maraqlı şəxs2 tərəfindən verilmiş AZ-İ № 593762 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26 noyabr 20*3-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.*-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.*-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.*924-cü il tarixdə doğulmuş X2 xx xxxxxx *94*-ci il tarixdə Ağdaş şəhərində doğulmuş Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.* və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 307, 3** və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Ağdaş rayon Notariat ofisi və Maraqlı şəxs2nə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. xx.xx.*924-cü il tarixdə doğulmuş X2 xx xxxxxx *94*-ci il tarixdə Ağdaş şəhərində doğulmuş Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-1636/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1636/2023
25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver