Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1650/2020 06.11.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı Doğumun qeyd edilmə faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahlarından doğulmuş X5 xx xxx 2011-ci ildə Ağdaş rayonu, Yenikənd kəndində anadan olması barədə doğumun qeyd edilmə faktı müəyyən edilməsi, adına doğum haqqında şəhadətnamə verilməsi və doğum şəhadətnaməsində valideynləri kimi onların qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, o, Ərizəçi2 ilə 2008-ci ildə faktiki nikah münasibətlərinə daxil olaraq evlənmişlər, rəsmi nikaha xx xxxx 2019-cu il tarixdə daxil olmuşlar. Ailə münasibətlərindən xx xxxxxx 2009-cu ildə X10 və xx xxx 2011ci ildə X11 adlı iki uşaqları anadan olmuşdur. Yusif ev şəraitində doğulmuşdur. Belə ki, Yusif anadangəlmə dildən qüsurludur. Bu səbəbdən Yusif dərhal poliklinikada qeydiyyatdan keçirilmiş və daim həkim nəzarətində olmuşdur. Yusif adlı uşağa doğum şəhadətnaməsi alınmamışdır. Belə ki, Yusifin 9 yaşı var. Maraqlı şəxsnə müraciət edərək azyaşlı uşağına doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin Qeydiyyat şöbəsi tibb müəssisəsindən uşağın doğulmasını təsdiq edən sənədlərin olmadığı və şəxs anadan olandan 1 il sonra qeydiyyat şöbəsində doğumun qeyd edilməsinə yol verilməməsi səbəbi ilə bundan imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Azyaşlı uşağın doğum haqqında şəhadətnaməsi olmadığından uşağın hüquqlarını həyata keçirməkdə maneçilik yaranır və doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmirlər. Odur ki, ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi2 məhkəmə iclasında ərizəsini müdafiə edərək Ərizəçi1 izahatına uyğun izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan RespublikAsı MPM-nin 185.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X8 məhkəmə iclasında ifadə verərək ərizəçilərin qonşusu olduğunu, ərizəçilərin ailə münasibətlərindən xx xxx 2011-ci il tarixdə Yusif adlı oğlan uşaqlarının anadan olmasını,ərizəçilərin Hüseyn adlı daha bir uşaqlarının olmasını bildirərək, Yusifin ev şəraitində doğulduğu üçün ona şəhadətnamə alınmadığını təsdiq etdi. İş üzrə şahid X3 məhkəmə iclasında ifadə verərək ərizəçilərin qonşusu olduğunu, ərizəçilərin ailə münasibətlərindən xx xxx 2011-ci il tarixdə Yusif adlı oğlan uşaqlarının anadan olmasını,ərizəçilərin Hüseyn adlı daha bir uşaqlarının olmasını bildirərək, Yusifin ev şəraitində doğulduğu üçün ona şəhadətnamə alınmadığını təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilən nikah şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə Ərizəçi1 xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər.Evləndikdən sonra qadın ərinin soyadını qəbul etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilən doğum şəhadətnaməsinin surətindən görünür ki,xx xxxxxx 2009-cu il tarixdə anadan olmuş X4 valideynləri Ərizəçi2 və Ərizəçi1dur. İş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilən Maraqlı şəxs Ərizəçi1 və Ərizəçi2 ərizəsinə imtina məktubundan görünür ki, Yusif adlı uşağın doğulması faktını təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədiqiq edilən xx xxxxxx 2019-cu il tarixli tibbi arayışından görünür ki, X2 xx xxx 2011-ci il tarixdə Yenikənd kənd xəstəxanasında hamiləlikdən azad olunmuşdur.Uşağın cinsi qızdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və içtimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən X1 qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, X1 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 50-ci maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 Dövlət Qeydiyyatı Qaydasının 2.1-ci bəndinin tələbinə görə doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə VVADQ orqanı və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yeri kimi onun doğum yeri göstərilir. Həmin qaydaların 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, azyaşlı uşağın mənafeyini nəzərə alaraq, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ərizəçinin Yusif adlı oğlan uşağının doğulması faktı təqdim olunmuş sübutlarla təsdiq edildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx xxx 2011-ci ildə Ağdaş rayonu,Yenikənd kəndində anadan olması barədə doğum faktı müəyyən edilsin. X9 doğum haqqında şəhadətnamə verilərkən valideynləri kimi Ərizəçi1 və Ərizəçi2 göstərilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-1650/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1650/2020
06.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver