Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1651/2020 28.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi Ərizəçi nümayəndəsi G.İsmayılovanın iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı Şəxsin ölmüş elan edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan oğlu X5 ölmüş elan edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, İsmayılova Gülcənnət ilə ailə həyatı qurmuşdur. Qeyd edir ki, birgə nikahından üç övladı olmuşdur. X17 və onun ailə üzvləri ilə biz bir ailə olaraq uzun müddət hər hansı bir problem yaşamadan birlikdə yaşamışlar, sonradan oğlu Məmməd həyat yoldaşı və övladlarını götürərək Suriyaya getmişdir. X17 2013-cü il tarixdə Suriyaya getmiş və həmin vaxtdan etibarən Məmməd İsmayılovdan hər hansı bir xəbər alına bilməmişdir. Qeyd etmək istəyir ki, onların müvafiq orqanlara çoxsaylı müraciəti və oğlunu dəfələrlə müxtəlif vasitələrlə axtarmağı hər hansı bir nəticə verməmişdir. Müvafiq orqanlara oğlunun axtarışı və yerinin müəyyən olunması barədə müraciət etsə də, həmin orqanlar axtarış elan etsələr də, heç bir nəticəsi olmamışdır. Lakin onda olan məlumata görə oğlu X11 partlayışların birində yəni 2013-cü ildə vəfat etmişdir. Oğlunun ölmüş elan edilməsi faktı ona vərəsəliklə bağlı lazımdır.Odur ki, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi G.İsmayılova məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, X17 2013-cü il tarixdə Suriyaya getmiş və həmin vaxtdan etibarən Məmməd İsmayılovdan hər hansı bir xəbər alına bilməmişdir. Öyrəndiklərinə görə X11 partlayışların birində yəni 2013-cü ildə vəfat etmişdir. Odur ki, xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş Ağdaş rayonu, Yenicə kəndində qeydiyyatda olan oğlu X5 ölmüş elan edilməsi faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə şahid X12 məhkəmə iclasında ifadə verərək Ərizəçi və X2 övladları Məmməd İsmayılov 2013-cü il tarixdə Suriyaya getmiş və həmin vaxtdan etibarən Məmməd İsmayılovdan hər hansı bir xəbər alına bilmədiyini təsdiq etdi. Həmçinin bildiyinə görə X11 2013-cü ildə partlayışların birində vəfat etmişdir. İş üzrə şahid X8 məhkəmə iclasında ifadə verərək Ərizəçi və X2 övladları Məmməd İsmayılov 2013-cü il tarixdə Suriyaya getmiş və həmin vaxtdan etibarən Məmməd İsmayılovdan hər hansı bir xəbər alına bilmədiyini təsdiq etdi.Həmçinin bildiyinə görə X11 2013-cü ildə partlayışların birində vəfat etmişdir. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X9 xx xxxxxx 1983-cü ildə anadan olmuş X5 valideynləri X10 və X3r. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ağdaş RİHB-nin Yenicə kənd İƏD üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarilxi arayışdan görünür ki, X6 2013-cü ildə Suriya Respublikasına getmiş və o vaxtdan da geri qayıtmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikası DİN-in Ağdaş rayon PŞ-in xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, xx xxxxxx 1983-cü ildə Ağdaş rayonunda anadan olmuş Ağdaş rayonu Yenicə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış və vəhhabi təriqətinə mənsub olan X6 olması müəyyən edilmişdir. X1 dəfə Suriyada olması və onun orada məhv edilməsi barədə məlumatlar daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 41.1-ci maddəsində göstərilir ki, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsində göstərilir ki, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə döğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Məhkəmə iclasında araşdırılmış sübutlar nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi 2013-cü ildə Suriyaya getmiş və o vaxtdan etibarən heç kimlə əlaqə saxlamamışdır. Odur ki,məhkəmə hesab edir ki,ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1983-cü ildə Ağdaş rayonu, Yenicə kəndində anadan olmuş X9 ölmüş elan edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1651/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1651/2020
28.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver