Məhkəmə qərarları › İş №2(014)-1651/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1651/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1651/2025 30.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, Ərizəçi Məhəmmədəli oğlunun «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, Müəyyənetdi: Ərizəçi Məhəmmədəli oğlu «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi Məhəmmədəli oğlu tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildə Cavabdeh ilə X1 birgə nikahından doğulmuş, ona məxsus doğum haqqında şəhadətnmə rusca tərtib olunduğundan soyadı “Umarov” kimi qeyd olunmuş, valideynlərinin soyadı isə Ömərovdur, xx.xx.2021-ci il tarixdə anası vəfat etmiş, anasından miras qalmış fərdi yaşayış evi üzərində miras payı almaq istəmiş, lakin notariat ofisindən ona imtina verilmişdir ki, anasının soyadı ölüm haqqında şəhadətnamədə Ömərova, onun doğum haqqında şəhadətnaməsində isə Umarova kimi qeyd edilmişdir. Odur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçinin xx.xx.1975-ci il tarixli İİİ-ЖГ 426966 nömrəli doğum haqqında şəhadətnaməsində anasının adı, soyadı, ata adı “ X4” kimi, ölüm haqqında xx.xx.2021-ci il tarixli 71 nömrəli akt qeydində isə “X2” kimi qeyd edilməklə səhv vətəndaşlıq aktlarının qeydi ilə bağlı olmuşdur. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2.1-ci hissəsinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi Məhəmmədəli oğlunun «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsinə məhkəmədə baxılmalı olmadığına görə həmin iddia ərizəsini qəbul etməkdən imtina edilməli, Ərizəçi Məhəmmədəli oğluna ərizəsində qaldırdığı məsələ ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi məqsədilə Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət edilməklə həmin qurum tərəfindən imtina edildiyi təqdirdə bu barədə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ izah edilməlidir. Ərizə və ona əlavə edilmiş sənədlər, o cümlədən Ərizəçi Məhəmmədəli oğlunun xx.xx.2025-ci il tarixli, № ********** nömrəli qəbzlə Ağdaş Rayon Məhkəməsinə ərizə vermək üçün dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu (büdcə təsnifat kodu 14221301, xəzinə hesabı AZ75CTRE********************) ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Ərizəçi Məhəmmədəli oğlunun «qohumluq faktının müəyyən olunması» tələbinə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçi Məhəmmədəli oğluna izah edilsin ki, ərizəsində qaldırdığı məsələ ilə bağlı vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi məqsədilə Ağdaş rayon Qeydiyyat Şöbəsinə müraciət edilməklə həmin qurum tərəfindən imtina edildiyi təqdirdə bu barədə ərazi aidiyyəti üzrə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququ vardır. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********) dövlət büdcəsindən Ərizəçi Məhəmmədəli oğluna qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar