Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-171/2025 22.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi X7, məhkəmə iclasının katibi X2, İddiaçı və cavabdeh X16 Sistemləri İstismarı İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X8 İdarəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X8 İdarəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla X8 İdarəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 sentyabr 2024cü il tarixli, 36 nömrəli əmrin ləğv edilməsi, onun X8 İdarəsinə Maşinist vəzifəsinə bərpa edilməsi, 19 sentyabr 2024-cü il tarixdən məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, o, X8 İdarəsində əmək müqaviləsi bağlayaraq maşinist vəzifəsinə təyin edilmişdr. Daha sonra həmin idarənin adı dəyişərək Ağdaş rayonu Su X1 İdarəsi olmuşdur Ağdaş rayonu Su X1 İdarəsinin 19 sentyabr 2024cü il tarixli, 36 nömrəli əmri ilə heç bir əsas olmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Bunu araşdıran zaman iddiaçının əmək müqaviləsinə xitam vermək istəmədikləri məlum olmuşdur. O ixtisara düşməmişdir. Belə ki, başqa bir işçinin əmək müqaviləsinə xitam verilərkən səhvən onun əmək müqaviləsinə xitam verilməsi vurulmuşdur. Halbuki, onun işlədiyi yerdə hazırda da vakant yer var. O, işdən çıxarılması ilə bağlı əmrlə tanış olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı. Bununla da cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulduğu üçün bu əmr məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin intizam tənbehinin verilməsi qaydalarından bəhs edən 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh tərəfindən ondan heç bir yazılı izahat alınmamış və izahat verməsi tələb olunmamışdır ki, bu da əmək qanunvericiliyinin müddəalarının kobud surətdə pozulmasıdır. Göründüyü kimi, qanunvericiliyin tələbi baxımından işəgötürən əmək müqaviləsini Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilmə əsaslarını pozmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, 2011-ci il tarixdə X8 İdarəsində maşinist olaraq işə başlamışdır. Ağdaş rayonu Su X1 İdarəsinin 19 sentyabr 2024-cü il tarixli, 36 nömrəli əmri ilə heç bir əsas olmadan işdən çıxarılmışdır. İşdən çıxarılma səbəbini Ağdaş rayon Su X1 İdarəsindən deyil, Pirəzə Suvarma İdarəsindən öyrənmişdir. Lakin o, işdən çıxarıldığı idarəyə işə bərpa olunması üçün müraciət etməmiş, məhkəməyə müraciət etmişdir. Ona işdən çıxarılması ilə bağlı xəbərdarlıq məktubu verilmiş və həmin məkutubu özü imzlayaraq qəbul etmişdir. Özü astma xəstəsidir və himayəsində iki övladı var. Maddi imkanı çox zəifdir. Odur ki, qeyd olunanların nəzərə alınıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 İdarəsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agetnliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi şəxs X13 Sistemləri İstismarı İdarəsi yaranmışdır. Ştatların uyğunlaşdırılması üçün əmr verilmişdir. İxtisarlar imtiyazlı şəxslər, yəni şəhid ailələri, qazilər, veteranlar, himayəsində üç-dörd azyaşlı övladı olan şəxslər, analıq məzuniyyətində olan hamilə qadınlar, diabet xəstələri nəzərə alınmaqla nəticədə təxminən 110 nəfər işdən azad edilmişdir. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin müddəa iddiaçıya təqdim edilmiş bildirişdə də öz əksini tapır. Hazırda ştatlarda boş maşinist peşəsi üzrə vakant yer yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 0383579 nömrəli əmək kitabçasında edilmiş 03 və 04 nömrəli qeydlərdən görünür ki, İddiaçı 07 iyul 2021-ci il tarixdə X8 İdarəsində Qaradeyin elektrik-meşə nasos stansiyasına 4-cü dərəcəli maşinist işinə qəbul edilmiş, 19 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə), əmək müqaviləsinə xitam verilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 14 noyabr 2024-cü il tarixli arayışından görünür ki, işə bərpanın mübahisələndirilməsi üzrə 14 noyabr 2024-cü il tarixdə saat 15:00-da keçirilmiş mediasiya prosesində İddiaçı və X8 İdarəsinin nümayəndəsi Nümayəndə iştirak etmiş, lakin tərəflər prosesin davam etdirilməsinə razılıq verməmişdir. Ağdaş SMSİİ üzrə 19 sentyabr 2024-cü il tarixli, 67 saylı əmrindən çıxarışdan və əmrdən görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X8 idarəsinin nasos stansiyasının maşinisti ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b“ bəndinə əsasən 19 sentyabr 2024cü il tarixdən ləğv edilməsi, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqının 1.4 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, Baş mühasib X5 və İnsan resursları üzrə sahə rəisi X3 bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etməsi, müqavilənin bağlanma tarixinin 07 iyul 2021-ci il 2024-cü illərin əmək məzuniyyəti günlərindən istifadə etməsinin nəzərə alınmasına dair əmr verilmişdir. 15 avqust 2024-cü il tarixli “ştat vahidinin ixtisara düşməsi barədə” xəbərdarlıq məktubunun surətindən görünür ki, X8 İdarəsinin maşinist vəzifəsində çalışan İddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X9 Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X9 Xidməti” publik hüquqi şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi 13 avqust 2024-cü il tarixindən ixtisara düşmüşdür. Eyni zamanda İddiaçı izah edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 2 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqısı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o, bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılıq olduğu halda orta aylıq əməkhaqqının 0,5 misli miqdarında birdəfəyə ödəməklə İddiaçıla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarından göründüyü kimi məhkəmə iclasında da müəyyən edildi ki, İddiaçı yuxarıda göstərilən xəbərdarlıq məktubunu qəbul etmiş və qəbul etməsini imzası ilə təsdiq etmişdir. X16 Sistemləri İstismarı İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin 18 sentyabr 2024cü il tarixi, 9 saylı protokolunun surətindən görünür ki, Ağdaş SMSİİ-nin 13 sentyabr 2024cü il tarixli, 215-222 saylı mətubunun icrası ilə əlaqədar siyahıda adları qeyd olunan Ağdaş SSİ-nin ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinin qanunvericiliyə uyğun olaraq ləğv olunmasına etiraz etmirlər (siyahı protokola əlavə olunur). Xəbəradarlıq müddəti bitikdən sonra yeni ştat vahidlərinə görə iş yerlərinə, əmək stajına, peşəkarlıq səviyyəsinə (eyni olduqda xüsusi imtiyazlı şəxslərə üstünlük verilir) uyğun olaraq işçilərlə müəssisə tərəfindən yeni əmək müqavilələrinin bağlanmasının nəzərdə tutulması barədə qəbul edilmiş qərar Ağdaş SMSİİ-ə təqdim olunmuşdur. Ağdaş Su X1 İdarəsinin 13 sentyabr 2024-cü il tarixli, 215-222 saylı məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli, 232 nömrəli Qərarı ilə X9 Xidmətinin Nizamnaməsi təsdiq edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin tabeliyində X9 X15 Şəxslərin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/f nömrəli Əmri X9 Xidməti Publik Hüquqi Şəxsin sturukturu təsdiq edilmişdir. Təsdiq edilmiş sturuktura və ştat cədvəlinə əsasən tutduqları vəzifə üzrə ştat vahidləri 13 avqust 2024-cü il tarixdən ixtisara düşmüş və ştat vahidinin ixtistara düşməsinə görə xəbərdarlıq bildirişləri verilmiş və imza edərək təhvil almışlar, imzadan imtina edən işçilərin ev ünvanlarına xəbərdarlıq göndərilmişdir, orta aylıq əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü başqa iş axtarmaları üçün icazə verilmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin V bəndinə əsasən (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) maddəsinə görə əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları işdə saxlanma üstünlüyü olan şəxslər nəzərə alınmış, 77-ci maddənin 3-cü bəndinə uyğun olaraq göstərilən orta aylıq əmək haqqının azı 1.4 misli miqdarında hesablanmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi X18 X1 İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 yanvar 2025-ci il tarixli, 35/35 saylı məktubdan görünür ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli, 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin tabeliyində X9 Xidməti Publik Hüquqi Şəxs yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 26 aprel tarixli, 232 nömrəli Qərarı ilə X9 Xidmətinin Nizamnaməsi təsdiq edilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin tabeliyində X9 X15 Şəxslərin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/f nömrəli Əmri X9 Xidməti Publik Hüquqi Şəxsin sturukturu təsdiq edilmişdir. Təsdiq edilmiş sturuktura və ştat cədvəlinə əsasən tutduqları vəzifə üzrə ştat vahidləri 13 avqust 2024-cü il tarixdən ixtisara düşmüş və ştat vahidinin ixtistara düşməsinə görə xəbərdarlıq bildirişləri verilmiş və imza edərək təhvil almışlar, imzadan imtina edən işçilərin ev ünvanlarına xəbərdarlıq göndərilmiş, orta aylıq əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü başqa iş axtarmaları üçün icazə verilmişdir. Ağdaş X4 maşinist peşəsi ştat vahidi 199 nəfər olmuş və ixtisara düşərək Ağdaş Su X1 İdarəsinin maşinist ştat vahidi 168 nəfərdir və boş ştat yeri yoxdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 07 iyul 2021-ci il tarixdə “X8 İdarəsində Qaradeyin elektrik-meşə nasos stansiyasına 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir. 27 may 2024-cü il tarixli, 001/f saylı əmrə əsasən onun ştat vahidi ixtisar edildiyinə görə 19 sentyabr 2024-cü il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İxtisarın səbəbi Azərbaycan Respublikası Prezdentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X9 Xidməti publik hüquqi şəxsin yaradılması olmuşdur. Ağdaş X4 İstismar İdarəsinin ştat vahidi ixtisar edilərək 199-dan 168-ə endirilmişdir. İşçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 77-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin maddənin 2-ci bəndinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Həmin maddənin 3-cü bəndinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin maddənin 4-cü bəndinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır 78-ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 79-cu maddəsinə əsasən əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı 07 iyul 2021-ci il tarixdə “X8 İdarəsində Qaradeyin elektrik-meşə nasos stansiyasına 4-cü dərəcəli maşinist işinə qəbul edilmişdir. İşəgötürən işçilərin sayı ixtisar edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsi daha yüksək olan işçiləri, həmçinin Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulmuş şəxsləri işdə saxlamışdır. Digər tərəfdən iddiaçı onunla əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilərdən olmamış və işə baxılarkən həmin hallar müəyyən edilməmişdir. Belə olduğu halda iddiaçının digər şəxslərə münasibətdə maşinist vəzifəsindən azad olunması qanuni olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, şəxslə əmək müqaviləsi ləğv olunmamışdan 4 həftə əvvəlcədən, yəni 15 avqust 2024-cü il tarixdə təsdiq edilmiş sturuktura və ştat cədvəlinə əsasən tutduqları vəzifə üzrə ştat vahidlərinin 13 avqust 2024-cü il tarixdən ixtisara düşməsi və ştat vahidinin ixtistara düşməsinə görə xəbərdarlıq bildirişləri verilmiş, İddiaçı da sözügedən bildirişi şəxsən imza edərək təhvil almışdır. Həmin xəbərdarlıq məktubuna əsasən İddiaçı orta aylıq əmək haqqı saxlanılmaqla hər iş həftəsində 1 (bir) iş günü başqa iş axtarması üçün icazə verilmişdir. Beləliklə iddiaçının əmək müqaviləsinə qanunun tələblərinə uyğun xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şəxsin iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X8 İdarəsinə qarşı "işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №2(014)-171/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-171/2025
22.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver