Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1741/2022 02.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisi və üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və X7 qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat Ofisi və üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və X7 qarşı qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum valideynləri X10 ilə X11 1958-ci ildə ailə münasibətləri qurmaqla 18 oktyabr 1965-ci ildə rəsmi nikah münasibətlərinə girməklə evlənmişlər. Onların birgə evliliklərindən o, yəni Ərizəçi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, rəsmi nikahlarından isə bacısı Maraqlı şəxs4 anadan olmuşdur. Bu barədə onun və bacılarının adına doğum haqqında şəhadətnamə işlənmişdir. Lakin adına verilmiş doğum haqqında şəhadətnamədə “Atası” qrafasında atasının soyadı və adı “Bəkirov Həcəli'’, eləcə də onun adına verilmiş ölüm haqqında şəhadətnamə işlənərkən ona məlum olmayan səbəblərdən mərhum atasının adı "Hacıəli” kimi yazılmışdır. X2 30 may 1999-cu ildə, atası X10 isə 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüşdür. Valideynləri ölən günədək özlərinə məxsus olub Ağdaş rayonunun Nehrəxəlil kəndi ərazisində yerləşən fərdi təsərrüfatlarında yaşamışlar. Onun adına verilmiş doğum haqqında şəhadətnamənin “Atası” qrafasında mərhum atasının soyadı və adı “Bəkirov Həcəli”, lakin mərhumun adına verilmiş ölüm haqqında şəhadətnamədə və ölüm haqqında akt qeydində soyadı və adı “Bağırov Hacıəli" kimi qeyd edildiyindən qohumluq münasibətləri faktının, yəni 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüş X4 mənim doğma atası olmağına dair faktın məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Onun 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüş X4 oğlu olması, yəni mərhumun onun doğma atası olması faktı məhkəməyə dəvət edəcəyim şahidlərin ifadələri ilə də təsdiq olunacaq. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ona vərəsəlik hüququnun əmələ gəlməsi ilə əlaqədar lazımdır. Buna görə də 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüş X4 onun doğma atası olmağı barədə qohumluq münasibətləri faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə maraqlı şəxs Ağdaş rayon Notariat Ofisinin nümayəndəsinin və üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və X5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İş üzrə Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur və uzun müddətdir ki, ailəni tanıyır. Ərizəçi atası mərhum X6r. İş üzrə Şahid1 məhkəmə iclasında digər şahidin ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi atası X13, anası X8r. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X12 30 may 1999-cu ildə, X16 24 dekabr 2016-cı ildə ölmüşlər. İş materiallarında olan nikah haqqında arayışdan görünür ki, X1 Sona Mürsəl qızı ilə 18 oktyabr 1965-ci ildə Ağdaş rayon Ləki Qəsəbə İcra nümayəndəliyində nikahlarını 23 nömrəli akt qeydi ilə qeydə alınmış, X15 “Bağırova” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizəçi ərizədə göstərilən faktın müəyyən edilməsinin nə məqsəd üçün lazım olduğunu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə iclasında müəyyən olundu ki, mərhum X10 ərizəçinin atası olmasına baxmayaraq ərizəçininin doğum haqqında şəhadətnaməsində ata qrafasında X3 qeyd edilmişdir. Ərizəçi qohumluq faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdırlar. Belə ki, faktın təsdiq edilməsi ərizəçi mərhum Hacıəli Bağırovun mirasından pay almaq üçün lazımdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24 dekabr 2016-cı ildə Ağdaş rayonunun Nehrəxəlil kəndində ölmüş X4 Ərizəçi doğma atası olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1741/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1741/2022
02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver