Məhkəmə qərarları › İş №2(014)-1775/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-1775/2021

24.08.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-1775/2021 24.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarma tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı hazırkı iddia tələbi ilə daha əvvəl də məhkəməyə müraciət etdiyini və məhkəmənin qanunsuz qərar qəbul etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, həmçinin Cavabdeh2 nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, hazırkı iddia tələbinə daha əvvəllər məhkəmə tərəfindən artıq baxıldığını və qətnamə qəbul edildiyini bildirərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və mülki işin materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Ağdaş Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(014)-154/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin zəbt edilmiş pay torpaq sahəsindən məcburi çıxarılması tələbi haqqında iddiasının rədd edilməsi qət edilmişdir. Göründüyü kimi hazırkı iddia tələbinə artıq Ağdaş Rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli, 2(014)-154/2019 saylı qətnaməsi ilə hüquqi münasibət bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarma tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ona məxsus torpaq sahəsindən məcburi çıxarma tələbi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar