Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1791/2022 20.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi İclas katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məcburi qaydada mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “məcburi qaydada mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bir övladları ilə birlikdə İddiaçı xüsusi mülkiyyətində olan Ağdaş şəhəri, H.Əliyev pr 82 saylı evin 19 saylı mənzilindən məcburi qaydada çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı onun doğma bacısı, Cavabdeh1 isə doğma qardaşıdır. İddiaçı uzun illərdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Mahirə Sabir qızı 1993-cü ildə keçmiş Ağdaş şəhəri Azadlıq pr ev 76 mənzil 19 (hazırda ünvan 1 ünvanında 2-ci giriş qapısı 3-cü mərtəbə də yerləşən ümumi sahəsi 47 kv metr olan mənzili alıq-satqı yolu ilə almış və 1995-ci ildə ailəsi ilə birlikdə Rusiyadan qayıdıb 2001-ci ilə qədər həmin mənzildə yaşamış sonra yenə də ailəsi ilə birlikdə Rusiyaya qayıtmışdır. Bundan sonra iddiaçı və ailə üzvləri ara-sıra evlərinə gəlib-getmişdirlər. İddiaçının qardaşı yəni cavabdeh həmin vaxtlar subay olmaqla Ağdaş rayonunun Əmirmahmud kəndində yaşayırdı. Cavabdeh 2010-cu ildə Ağdaş şəhərində mağazada işə girmiş və kənddə gedib-gəlməsi onun üçün çətin olduğundan işi ilə əlaqədar eyni zamanda mənzil boş qalmasın deyə iddiaçıdan müvəqqəti olaraq onun mənzilinə köçüb orada yaşamasını xahiş etmiş və iddiaçının razılığı ilə həmin mənzilə köçmüşdür. Cavabdeh hazırda evli olmaqla ailə ilə birlikdə orada yaşayır. Cavabdeh həmin mənzilə köçərkən İddiaçı bildirmişdir ki, iddiaçı onun mənzilindən çıxmasını istədiyi vaxt mənzili boşaldacaqdır. Lakin iddiaçı dəfələrlə cavabdehdən mənzildən çıxmasını tələb etsə də, bu gün çıxacaq sabah çıxacaq deyə-deyə iddiaçını aldadaraq bu vaxta qədər ona məxsus mənzili boşalmamışdır. Cavabdeh sonuncu dəfə 2022-ci ilin oktyabr ayının 1-də mənzili boşaldacağına söz vermiş, lakin yenə də sözünə əməl etməmişdir. Cavabdeh Ağdaş rayon Əmirmahmud kəndində evi vardır və həmin evdə qeydiyyatdadır. Cavabdeh könüllü olaraq İddiaçı məxsus ünvan 2 ünvanında 2-ci giriş qapısı 3-cü mərtəbədə yerləşən ümumi sahəsi 47 kvmetr olan mənzildən çıxmaq istəmir. Ona görə də, cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mənzil iddiaçının qanuni mülkiyyətindədir və o, bu hüquqi qanuni əsaslarla əldə etmişdir, yəni ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 47 kvmetr olan mənzil AR ƏMDX DƏDK və Reyestri publik Hüquqi şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən Ağdaş şəhəri H.Əliyev pr 82 saylı evin 19-cu mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahatında və vermiş olduğu ərizədə bildirdi ki, İddiaçı onun doğma bacısıdır. Ağdaş şəhəri H.Əliyev pr 82 saylı evin 19-cu mənzil bacısı İddiaçı məxsusdur. Bacısı Mahirə uzun müddətdir Rusiyada yaşadığı üçün özü Ağdaş şəhərində işlədiyindən həyat yoldaşı Cavabdeh2 ilə birlikdə müvəqqəti olaraq bacısına məxsus Ağdaş şəhəri H.Əliyev pr 82 saylı evin 19-cu mənzildə yaşayırlar. Məhkəmədə qaldırılan iddianın mahiyyəti ona və həyat yoldaşına tam aydındır. İddiaya qarşı heç bir etirazları yoxdur. Lakin onlara xx.xx.2022-ci ilədək vaxt verməyinizi, həmin vaxtda dək yoldaşı Cəmilə ilə birlikdə sözü gedən mənzildən çıxacaqlarına söz verirlər. Məhkəmə iclaslarının vaxti və yeri barədə onlara dəfələrlə bildirişlər gəlməsinə baxmayaraq, yoldaşı Cavabdeh2 səhhəti ilə bağlı olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. İddia ərizə ilə tanışdır heç bir etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ 530312 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, Nümayəndə xx.xx.1977-ci ildə Ağdaş rayon Əmirmahmud kəndində anadan olmuşdur. X1, anası X2r. İşə əlavə edilmiş Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 xx.xx.1968-ci ildə Ağdaş rayon Əmirmahmud kəndində anadan olmuşdur. X1, anası X2r. İşə əlavə edilmiş Ağdaş RİHB-nın Şəmsabad kənd iƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 389 saylı arayışdan məlum olur ki, Nümayəndə həqiqətən Ağdaş rayon Əmirmahmud kəndində yaşayır və qeydiyyatdadır. İşə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 2 saylı ümumi sahəsi 47 kvmetr olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2022-ci il tarixli 03/1679 saylı arayışın surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixli, ********** saylı ərizəsinə və xx.xx.2022-ci il tarixli, ********** saylı müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan mənzilində qiymətləndirilmə işi aparılmış, daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərə əsasən 17.08.022-ci il tarixinə bazar dəyəri 31000 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş **********33-05101-093035 nömrəli Texniki Pasportunun surətindən məlum olur ki, şəhər H.Əliyev pr ev 82 mənzil 19, 2-ci giriş qapısı, 3-cü mərtəbədə yerləşən mənzil İddiaçı adınadır. İşə əlavə edilmiş Ağdaş rayon polis şöbəsi tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli 8/132 saylı məktubdan məlum olur ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurupunun kartotekasına əsasən bacınız İddiaçı məxsus olan ünvan 6 ünvanında qeydiyyatda olan yoxdur. Beləliklə məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Ağdaş şəhər, H.Əliyev pr ev 82 mənzil 19 saylı ümumi sahəsi 47 kv.metr olan mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, həmin ünvanda hazırda müvəqqəti olaraq məskunlaşmış Ağdaş rayon Əmirmahmud kənd sakini olan Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 övladları ilə birlikdə göstərilən ünvanda daimi və ya müvəqqəti qeydiyyatda olmamaqla həmin mənzildə qanunusuz yaşamaqla oradan özbaşına istifadə edir, iddiaçının xüsusi mülkiyyətində olan mənzildən qanunsuz istifadə etməklə və orada yaşamağa davam etməklə mülkiyyətçi kimi iddiaçının hüquqularını kobud şəkildə pozmuşlardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki Məcəllənin 181.4-ci maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı,dəyişdirmə,bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.[206] Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Eyni Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsində göstərilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 228.1-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq notrmalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlim olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı dövlət rüsumunun qaytarılmasını tələb etmədiyindən ödənilmiş dövlət rüsumu ona aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213,216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olan ümumi sahəsi 47 kv.m olan Ağdaş şəhəri Heydər Əliyev prospekti ev 82, 19 saylı mənzildən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məcburi qaydada çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakimi: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-1791/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1791/2022
20.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver