Məhkəmə qərarları › İş №2(014)-180/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-180/2025

23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-180/2025 23.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclаs kаtibi X6, İddiaçı, nümayəndəsi Nümayəndə2, Cavabdeh6, Cаvаbdеh Malik Veyselin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh6 Ağahüseyin oğlu, Malik Veysel, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair mülki işə Ağdaş rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Cavabdeh6 Ağahüseyin oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə qeydiyyat kitabında 28 yanvar 1999-cu il tarixdə qeydiyyata alınmış JN-312 nömrəli, kod-90306018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məxsus 0.84 hektar torpaq sahəsinin cavabdehlərlə aralarında alqı-satqısına dair əqdin bağlanmış hesab olunmaqla etibarlı sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1999-cu ildə Ağdaş rayonu Dəhnəxəlil kəndində Ağdaş rayon Aqrar islahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 saylı qərarı ilə verilmiş JN-312 nömrəli, kod 90306018 olan dövlət aktı ilə verilmişdir. Cavabdeh1 və ailə üzvlərinə məxsus torpaq sahəsini, Cavabdeh1 və Cavabdeh6 Ağahüseyin oğlundan şifahi razılaşma yolu ilə alıq- satqı etmişlər və dövlət aktı da onlara təhvil verilmişdir. Torpağın mülkiyyətçiləri ilə 2000-ci ildə aralarında olan qarşılıqlı razılaşma əsasında cavabdehlərə məxsus torpaq sahəsini alqı-satqı şərtlərinə tam əməl etməklə, yəni əvəz (haqq) ödəməklə onlardan almışdır, cavabdehlər isə dövlət aktını və həmin torpaq sahəsini dövlət aktında göstərilən sərhəd daxilində yerində ona təhvil vermişlər. Həmin vaxt səhhəti ilə bağlı aralarındakı şifahi razılaşma yolu ilə olan alqısatqını rəsmiləşdirməmişlər. 25 il ərzində də həmin torpaq sahəsinə külli miqdarda xərc çəkmiş və 25 ildir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtdan o faktiki olaraq cavabdehlərdən aldığı həmin torpaq sahələri üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. Lakin cavabdehlər bir neçəsinin müvəqqəti başqa yerlərdə yaşadıqlarını göstərməklə notariat kantoruna gəlmədiklərindən aralarında olan alqı-satqını rəsmi qaydada rəsmiləşdirmək mümkün olmamışdır. Hazırda da Cavabdeh1 həmin torpaq sahəsini notarial qaydada alqı-satqısından boyun qaçırır. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, torpaq sahəsini atası ilə birlikdə Səlim və onun atası Ağahüseyindən pulunu verərək almışlar. Həmin torpaq sahəsi üçün 100 şirvan pul vermişlər. Aldıqları ili həmin torpağa 300 ədəd ağac əkmişlər. İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun qardaşıdır və o əlildir. Mübahisə olunan torpaq sahəsini Cavabdeh6 Ağahüseyin oğluna Cavabdeh1 1998-2000-ci illərdə satmış və həmin vaxt onların aralarında alqı-satqı olmamışdır. Məlikcan Səlimgilə bütün əmlkaını satıb Türkiyəyə köçmüşdür. Onlar da həmin torpaq sahəsini 2000-ci illərdə Cavabdeh6 Ağahüseyin oğlundan və onun atasından almışlar, lakin Səlimlə aralarında alqı-satqı müqaviləsi olmamışdır, Səlim onlara Məlikcan gəldikdən sonra alqı-satqı olacağını bildirmişdir. Məlikcan həmin torpaq sahəsini satdıqdan sonra Rusiya şəhərinə, oradan da Türkiyəyə getmişdir. Onlar həmin torpaq sahəsini 20 ildən çox müddətdir ki əkib becərmiş və istifadə etmişlər. Dövlət aktının surəti onda vardır. Hazırda torpağın qiyməti qalxdığından gəlib onların istifadəsində olan torpağı almaq istəyirlər. Lakin atası rəhmətə getdiyindən sübutu yoxdur. Cаvаbdеh Cavabdeh6 Ağahüseyin oğlu izahat verərək bildirdi ki, torpaq sahəsinə məxsus sənəddə Məlikcanın adı var, yəni həmin torpaq Məlikcana və ailə üzvlərinə məxsusdur. O, özünə məxsus omayan torpağı başqasına sata bilməzdi. O torpağın satılmasına dair heçnə görməmiş və heç bir sənədə imza atmamışdır. Onda heç bir sənəd olmamışdır, heç bir sənəddə onun adı yoxdur. Atası Məlikcanın evini 1999-cu ilin axırlarında almışdır. Atası ilə Məlikcanın arasında notariat qaydada alqı-satqı olmuşdur. Qismət həmin torpaq sahəsindən çoxdan istifadə edir. 1999-cu ildə Məlikcan evi atasına sataraq çıxıb getmişdir. Məlikcan ona heç nə satmamışdır. Məlikcan atasına evlə yanaşı mal-qara da satmışdır. O həmin mübahisəli torpaq sahəsini onlara satmamışdır. Cаvаbdеh Malik Veyselin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, nümayəndəsi və vəkili olduğu şəxs torpaq sahəsini heç kimə nə verməmiş, nə də satmamışdır. O, kolxozda işləmiş, daha sonra isə Rusiyaya, oradan isə Türkiyəyə köçmüşdür. Malik ölkədən çıxdıqdan sonra onun istifadəsinə torpaq verilmişdir. Hətta o həmin torpağın sənədini görməmişdir. Malik Səlimin atasına öz evini və heyvanlarını satmışdır. Torpaqdan heç Malikin xəbəri olmamış, illər sonra onun qohumu Malikə onun adına torpaq verildiyini və həmin torpağın Qismət tərəfindən istifadə olunduğunu bildirmişdir. Malik Azərbaycana gəldikdə torpağı Qismətə satmaq istəmiş, lakin onlar qiymətlə razılaşa bilməmişlər. Bundan əlavə daşınmaz əmlakla bağlı bütün müqavilələr yazılı şəkildə notarial qaydada imzalanmalıdır. Ona görə də iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X23 ifadə verərək bildirdi ki, Qisməti və Məlikcanı tanıyır, onlarla qonşu olmuşdur. X12 rayonunun Dəhnəxəlil kəndinə əmisi və əmisi oğlu ilə gəlmişdi. Sonradan onlara torpaq verilmişdi. Həmin torpaq sahəsindən özləri istifadə edirdilər. Məlikcangil evi, əşyaları və mal-qaranı Səlimgilə satıb çıxıb getmişdir. Məlikcangil gedəndən sonra pay torpaqları boş qaldığından 2 il onun yerinə taxıl əkmişdir. Həmin vaxtdan Qismət onun torpağından istifadə edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Məlik Veysəl onun əmisi oğludur. O, Özbəkistandan gəlmişdir. 1990-cı ildən Dəhnəxəlil kəndində yaşamışdır. Məlikcan 1990-1991-ci illərdə Dəhnəxəlil kəndinə gəlmiş, 1998-1999-cu illərdə Rusiyaya getmişdir. Məlikcan özünə məxsus evini Səlimin atasına satmışdır. Sənədlər paylanan zaman Məlikcan Azərbaycanda yox idi. Kəndin bələdiyyə sədri sənədləri paylamışdır. Qismət həmin torpaq sahəsinə əkin əkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Məlikcan onun əmisi oğludur, Qismət isə qonşularıdır. Məlikcan evini sataraq İzmirə getmişdir. Həmin evi Səlimin atasına satmışdır. 1998-ci ildə islahat oldu, torpaqlar bölündü. Lakin 1 il sonra paylandı. Məlikcan sənədlər paylananda burada yox idi. Məlikcan gedəndən 5-6 ay sonra paylanmışdı sənədlər. Məlikcan 2008-2009-cu il tarixdə gələcəyi barədə bibisi oğluna məktub yazmışdır. 2024-cü ilin sentyabr-oktyabr aylarında gəlib, əmlak idarəsinə getdikdə Məlikcanın adına torpaq olduğunu bildirmişlər. Məlikcan həmin torpağı Qismətə satmaq istədi, lakin onlar pula görə aralarında razılığa gələ bilmədilər. Qismət həmin torpaq sahəsində əkib-becərirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək bildirdi ki, o, Məlikcan ilə qonşudur. Malik hazırda türk vətəndaşıdır. O 1998-ci il tarixdə getmişdir, onun torpaq sahəsini onlar 2 il istifadə etmişlər. Məlikcan gedəndə evi satıb getmişdir. Qismət torpaqdan istifadə etmişdir, lakin alması barədə puluna görə razılıq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək bildirdi ki, 20 ildir həmin torpaq sahəsini Qismətin əkib-becərdiyini görmüşdür. Qismətin torpağı kimdən aldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadə verərək bildirdi ki, Məlikcanın nə vaxt getməsini bilmir, Məlikcan gedərkən ev və torpaq sahəsini satıb getmişdir. Qismət ilə Məlikcan arasında alqı- satqı olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirdi ki, Qismət və Məlikcan ilə qonşu olmuşlar. Həmin torpaq sahəsində əvvəldən Qisməti görmüşdür. Qismət həmin torpaq sahəsini əkib becərmişdir. Lakin həmin torpağın Məlikcana aid olmasını eşitmişdir. Torpağın satılmasına şahid olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, Qismət və Məlikcan llə qonşu olmuşlar. 2000-ci ildən orada yaşayır. Həmin torpaq Qismətin torpağıdır. Alqı –satqı olmasından xəbəri yoxdur. Cаvаbdеhlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdehlərə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağa mülkiyyət hüququna dair JN 312 Kod 90306018 saylı dövlət aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 22 sentyabr 1998-ci il tarixli 17 nömrəli qərarı Ağdaş rayon Dəhnəxəlil kəndində 0.84 hektar torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aktdan görünür ki, həqiqət də təqribən 2000-ci illərdə X8 və X11 tərəfindən Cavabdeh1 və ailə üzvlərinə məxsus Ağdaş rayon Dəhnəxəlil kəndində 0.84 ha torpaq sahəsi Cavabdeh6 Ağahüseyin oğlu və Cavabdeh1 iki yüz şirvan müqabilində satın alınmışdır. 24 ildir ki, həmin torpaq sahəsi İddiaçı tərəfindən əkilib-becərilməklə onun özü tərəfindən meyvə bağı salınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 08 iyun 1967-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Qəhirman oğlu xx xxx 1967-ci il tarixdə Ağdaş rayon Dəhnə kəndində anadan olmuşdur. X1, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qolqəti kənd soveti tərəfindən verilmiş 05 oktyabr 1965-ci il tarixli A3 ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə2 Qəhirman oğlu xx xxxxxxxx 1965-ci il tarixdə Ağdaş rayonu Dəhnə kəndində anadan olmuşdur. X2, anası X3r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Dəhnəxəlil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli 5-32- 12/2-77/2025 saylı məktubdan görünür ki, məktubda adları qeyd olunan Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlı şəxslər hal-hazırda Ağdaş rayon Dəhnəxəlil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ərazisində yaşamırlar. Nümayəndəliyin 2016-ci ildən əvvəlki dövrləri əhatə edən Təsərrüfatbaşına uçot kitabları X25 təhvil verildiyi üçün şəxslərin hansı tarixdən kənd ərazisini tərk etməsi barədə onlarda dəqiq məlumat yoxdur. Lakin şəxslərin ərazidə yaşayan yaxın qohumlarından aldıqları məlumata əsasən həmin şəxslər 1999-cu il tarixdən kənddən köçüb getmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 03 mart 2025ci il tarixli 3-38-33/2-779/25 saylı məktubdan görünür ki, Cavabdeh1, Cavabdeh2 oğlu, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 barələrində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunuzun cavablandırılması imkanları xaricindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Menemen İcra Hakimiyyəti tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli arayışın tərcümə edilmiş surətindən görünür ki, Cavabdeh1 22 noyabr 2024-cü il tarixdə Türkiyə Vətəndaşlığına qəbul edilmişdir. Eyni zamanda Ukrayna vətəndaşıdır. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan torpaq sahəsi Malik Veysele Cavabdeh1 məxsusdur. Faktiki olaraq İddiaçı istifadəsindədir. Lakin tərəflər arasında həmin torpaq sahəsinə dair alğı-satqı müqaviləsi mövcud deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə əsasən, əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tərəflər arasında münasibətlərin yarandığı dövrdə qüvvədə olan 335.1, 335.2 və 335-cü maddələrinə əsasən, Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 may 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Sonuncu şərt qanunvericilikdə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilənin etibarlılığını hər bir halda onun yazılı formada bağlanması və notariat qaydasında təsdiqlənməsi ilə şərtləndirir. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Göründüyü kimi, qanunvericiliyi tələbinə əsasən torpağn alqı-satqı müqaviləsi əqddir, yazılı formada bağlanmalıdır və belə əqdlərin notariat formasının məcburiliyi Mülki Məcəllənin 144-cü maddəsində təsbit olunmuşdur. Lakin iddiaçı tərəfindən məhkəməyə belə yazılı müqavilə təqdim edilməmişdir. Belə ki, həmin aktın Cavabdeh6 tərəfindən 1999-cu il tarixdə yazılması sübuta yetirilməmiş və eləcə də həmin şəxsin həmin dövrdə alqı satqı müqaviləsi bağlaması hüququnun olması müəyyən edilməmiş və həmin dövrdə torpaq sahəsi Malik Veysələ və onun ailə üzvlərinə məxsus olmuşdur. Müvafiq icra hakimiyyəti tərəfindən cavabdeh Malik Veyselin istifadəsinə verilmiş və yalnız onların həmin torpaq sahəsinə dair sərəncam vermək hüquqları olmuşdur. Halbuki mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə lazımi qaydada riayət edilməməsi şəxsin gələcəkdə həmin əmlaka faktiki sahiblikdən məhrum olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cаvаbdеhlər Cavabdeh6 Ağahüseyin oğlu, Malik Veysel, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» barədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1 -ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cаvаbdеhlər Cavabdeh6 Ağahüseyin oğlu, Malik Veysel, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumü iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar