Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1811/2021 05.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X9 kаtibliyi, İddiаçı İddiaçı iştirаkı ilə İddiаçı İddiaçı Cavabdeh qızına və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı Cavabdeh qızına və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Məmmədov Əlhəsən Səfər oğlundan miras qalmış onun tərəfindən miras qəbul etdiyi 34 ha torpaq sahəsinin 22 ha hissəsi Cavabdeh tərəfinən qanunsuz olaraq zəbt edilmişdir. Ona görə də, Cavabdeh qanunsuz zəbt etdiyi 22 ha torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərarı ilə yaşadıqları Ağdaş rayonunun Xosrov kəndində onun atası Məmmədov Əlhəsən Səfər oğluna 40 ha Dövlət pay torpaq sahəsi verilmişdir. Lakin onun atası Məmmədov Əlhəsən Səfər oğlunun yaşadığı Ağdaş rayon Xosrov kəndində yerləşən həyətyanı torpaq sahəsi, sənəddə 12 ha olmasına baxmayaraq torpaq islahatı gedərkən atası Məmmədov Əlhəsən Səfər oğluna məxsus həyətyanı torpaq sahəsinin üzərində aparılan ölçülər göstərdi ki, həyətyanı torpaq sahəsi 0.34 ha olması məlum olmuşdur. Onunla əlaqədar olaraq onun atası Məmmədov Əlhəsən Səfər oğlunun adına verilmiş 40 ha dövlət pay torpağının 22 ha hissəsi onun atası Məmmədov Əlhəsən Səfər oğlunun həyətyanı torpaq sahəsinə zəbt edilərək qeydə alınmış və 0143 saylı iş Kod 90317018 14 iyun 2002-ci il tarixli qeydiyyat kitabında 15676 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq mülkiyyətinə hüququna dair Dövlət aktı verilmişdir. Həmçinin 0.34 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mərhum atası Məmmədov Əlhəsən Səfər oğlunun vəfat edəndən sonra yəni 13 oktyabr 2015-ci il tarixdə mirası özü qəbul etmişdir. Bundan başqa Ağdaş rayon Məhkəməsiin 09.09.2016-cı il tarixli qətnaməsinə əsasən atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. İddiаçı İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, həyətyanı torpaq sahəsində qonşuluqda yaşayır. Həyətyanı torpaq sahəsi onun tərəfindən zəbt edilməmişdir. İddiaçının iddia tələbi yalandır. Dəfələrlə onu əsassız iddialarla məhkəməyə şikayət etmişdir. Həyətyanı torpaq sahəsini hüquqi müəyyən edici sənədlər əsasında istifadə edir. İddiaçı ona məxsus sənədlərin ləğv edilməsi ilə X23 Məhkəməsinə müraciət etsə də, onun bu iddiası təmin edilməmiş, sonrakı instansiyalar tərəfindən də məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə iclasına ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq bu günə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, üçüncü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib,iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 15.11.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini pıanı və ölçüsü”nün təsdiq edilmiş surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, X10, X11, X4 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2017-ci il tarixli 2(102)- 4371/17 saylı qərarının surətindən məlum olur ki, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 07 fevral 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 fevral 1998-ci il tarixli 21 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:197F saylı (kod ********) dövlət aktının surətinə əsasən X5, X6, X7, Cavabdeh, X10, X12, X14, X13 Ağdaş rayonun Xosrov kəndi ərazisində 0.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 09.08.2021-ci il tarixli **********36 saylı etirazdan məlum olur ki, Ağdaş rayon Məhkəməsinin icraatında olan 2(014)-1811 /2021 saylı mülki iş üzrə İddiaçı Cavabdeh və 3-cü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsinə münasibət olaraq bildirilir ki, vətəndaş İddiaçı “Ağdaş rayonu Xosrov kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin Cavabdeh adına qeyri qanuni sənədləşdirilməsi və digər tələblərə dair” ərizə ilə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə 20 aprel 2021 -ci il tarixdə müraciət etmişdir. İdarənin arxiv məlumatlarına əsasən araşdırma zamanı məlum oldu ki, Ağdaş rayon Məhkəməsinin 12 iyun 2013-cü il tarixli 2(014)-439/2013 saylı məhkəmə qətnaməsinə, Ağdaş rayonu Xosrov kənd Bələdiyyəsinin tərtib etdiyi yerquruluşu cizgi planına və “Torpağın mülkiyyətə verilməsinə dair” JN-197F KOD 90317018 saylı şəhadətnaməyə əsasən vətəndaş Cavabdeh, X8, X1 və Məmmədov kamal amran oğlunun hər birinin payları 0.0425 ha müəyyən edilməklə paylı mülkiyyət hüququ əsasında adlarına ********** qeydiyyat nömrəli çıxarışla 0.17 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mövcud mübahisə ilə bağlı Cavabdeh mülkiyyətində olan 0.17 ha torpaq sahəsinə dair hüquqların dövlət reyestrindən çıxarışın ləğvi tələbinə dair X23 Məhkəməsinə müraciət etmişdir. X23 Məhkəməsinin 2-1(84)- 976/2018 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (107)- 454/2018 saylı qərardadı ilə apelyasiya şikayəti təmin edilmədən, Şəki inzıbatı-iqtisadi Məhkəməsinin 2-1(84)-976/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1 (102)- 550/2019 saylı qərarı ilə iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına göndərilmiş və 2- 1(107)-274/2019 saylı qərar ilə iş yenidən baxılması üçün Şəki İnzibati-iqtisadi Məhkəməsinə göndərilmişdir. X23 Məhkəməsinin 2- 1(84)-939/2019 saylı qərarı ilə iddia tələbi təkrar olaraq təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2- 1(107)-72/2020 saylı qərarı ilə X23 Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyası isə İddiaçı kassasiya şikayətini 12 fevral 2021 -ci il tarixli 2- 1(102)- 489|2021 saylı qərarı ilə mümkün saymamışdır. Bu barədə vətəndaşa 04 may 2021-ci il tarixdə **********87 çıxış nömrəli məktubla cavab verilmişdir. Odur ki, yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin mövcud tələblərinə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən ƏMDK yanında DƏDRXnin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 31 avqust 2021-ci il tarixli **********66 saylı məktubdan məlum olur ki, məhkəmənin icraatında olan 2(014)-1811/2021 nömrəli iş üzrə zərurət yarandığından İddiaçı və Cavabdeh adlarına qeydiyyata alınmış daşınmaz əmlak olacağı təqdirdə sənədlərin təsdiq edilmiş surətinin göndərilməsi ilə bağlı 11.08.2021 -ci il tarixli məktubunuza Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məktubunuza cavab olaraq bildiririk ki, 10.11.1971-ci il doğum tarixli Cavabdeh adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən JN-143 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə Ağdaş rayonu, Xosrov kəndi ərazisində 8 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 3.02 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Ağdaş Rayon Məhkəməsinin 02.08.2018- ci il tarixli, 2(014)-1289/2018 nömrəli qətnaməsinə əsasən 3.02 ha torpaq sahəsi 8 bərabər hissəyə bölünmüş, lakin Cavabdeh idarəyə müraciət etmədiyi üçün ona naturada ayrılmış torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.İddiaçı və Cavabdeh doğum tarixləri məktubda qeyd olunmadığı üçün onların eyni şəxs olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10.09.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.17 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X15 və X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22.10.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Xosrov kəndində yerləşən 0.38 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən verilmiş 23 yanvar 2019-cu il tarixli 2-1(102)-550/19 saylı qərarın surətindən məlum olur ki, İddiaçı cavabdeh Daşınmaz əMlakın Dövlət reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Cavabdeh) “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiaçı 2018-ci il may tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək üçüncü şəxsin adına verilmiş 17 sot torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın ləğv olunmasını xahiş etmişdir.Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 21 iyun tarixli 2-1(84)-976/2018 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 21 avqust tarixli 2-1(107)-454/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən verilmiş 10 mart 2021-ci il tarixli 2-1(102)-489/2021 saylı qərardadın surətindən məlum olur ki, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs: Cavabdeh) “ Cavabdeh adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” barədə inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-72/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə dair iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh adına verilmiş 17 sot torpağa mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-72/2020 saylı, 30 noyabr 2020-ci il tarixli qərarından verilən şikayət üzrə kassasiya mümkün sayılmaması, kassasiya şikayətinin qəbulundan imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X26rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiаçı İddiaçı Cavabdeh qızına və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası Məmmədov Əlhəsən Səfər oğlundan miras qalmış onun tərəfindən miras qəbul etdiyi 34 ha torpaq sahəsinin 22 ha hissəsi Cavabdeh tərəfinən qanunsuz olaraq zəbt edilməsini nəzərə alaraq Cavabdeh qanunsuz zəbt etdiyi 22 ha torpaq sahəsindən məcburi çıxarılmasını tələb etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materiallarında hüquq müəyyənedici sənədlərin kserosurətlərindən də görünür ki, mübahisə predmeti olan torpaq sahəsi 34 ha deyil 0.34 ha-dır. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddiаçı İddiaçı Cavabdeh qızına və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qızına və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1811/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1811/2021
05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver