Məhkəmə qərarları › İş №2(014)-1884/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1884/2021

01.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1884/2021 01.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh1 (həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi), Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağdaş rayon Notariat ofisinə qarşı ümumi birgə mülkiyyətdə olan əmlakın bölünməsi, mirasın qəbul edilməsinin müəyyən edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əliyə Əliyeva onun arvadı, Cavabdeh1 qardaşı, digərləri isə onun arvadı və uşaqlarıdır. Onun atası Əliyev Əlibala oğlu, anası X15r. X62 17 iyul 1972-ci ildə vəfat etmişdir. X63 Namiyyə adlı qadınla ailə qurmuş və uzun illər bir yerdə yaşamışlar. X37 xalası olmuşdur. Ancaq onlar arasında rəsmi nikahın olması barədə qeydiyyat şöbəsində məlumat yoxdur. X63 10 mart 2006-cı ildə, Namiyyə Əzizova isə 11 mart 2011-ci ildə vəfat etmişdir. X53 Əlibala Əliyevin arvadı olması səbəbindən Ağdaş rayon Qaradağlı kənd sovetliyində X21 adı ilə təsərrüfatbaşına kitablara daxil edilmişdir. 1993-2005ci il tarixlər aralığında X6 təsərrüfatında X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 olmuş və təsərrüfatda 0,12 ha torpaq sahəsi və 1961-ci ildə tikilmiş 84 kv.m yaşayış evi olmuşdur. Aparılan torpaq islahatları zamanı X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 adına 2003-cü ildə JN-99A nömrəli 0,22 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, X17, X21 və Cavabdeh1 adına 22 yanvar 2000-ci il tarixli, JN-116 nömrəli 0,64 ha kənd təsərrüfat təyinatlı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilməklə mülkiyyət hüquqları qeydə alınmışdır. Miras qoyanların heç biri vəsiyyətnamə qoymadığından, qanun üzrə vərəsəlik payı müəyyənləşdirilməlidir. Onlar və Cavabdeh1 mirası həmin evdə yaşamaqla, torpaqdan istifadə etməklə faktiki qəbul etsələr də, mirasın qəbulu ilə bağlı sənədləşdirməni könüllü apara bilmirlər. X17, X7 miras qalmış əmlaka miras paylarının müəyyən edilməsi ilə bağlı Notariat Ofisinə müraciət etsələr də, imtina verilmişdir. Həmçinin, Namiyyə Əzizovanın soyadı səhvən Əliyeva kimi qeyd edilmişdir. Həmçinin, Namiyyə Əzizovaya məxsus doğum haqqında şəhadətnaməni əldə edə bilmədiyindən onun xalası, anası Züleyxanın bacısı olmasına dair sənədləri təqdim edə bilmir. Xalası Namiyyənin övladı olmamışdır. Rəsmi əri Bəhram 29 aprel 1977-ci ildə, bacısı Züleyxa 07.09.2001-ci ildə, qardaşı Qurban 04 sentyabr 2001-ci ildə, atası Kərim 28 aprel 1977-ci ildə, anası Göyçək 01.02.1991-ci ildə vəfat etmişdir. Namiyyədən miras qalmış əmlakı ancaq o, idarəçiliyə qəbul etmişdir. Həmin halın müəyyən olunmasını o, başqa cürə əldə edə bilmir. Göstərilənlərə əsasən, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumibirgə mülkiyyətində olan JN- 99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olan 0,22 ha torpaq sahəsində X6 1/6 hissə payının müəyyən olunması, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1 ümumibirgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olan 0,64 ha torpaq sahəsində olan X6 1/3 hissə payının müəyyən olunması, X5 miras qalmış əmlakın yalnız İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras payının 1/2 hissədə müəyyən edilməsi, 1/2 hissəyə İddiaçı1 adına vərəsəlik şəhadətnaməsi verilməsi, X10 X22 doğma xalası olması faktının müəyyən olunması, X11 adına verilmiş JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-116 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət X2ma məxsus olması faktının müəyyən olunması, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumibirgə mülkiyyətində olan JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olan 0,22 ha torpaq sahəsində olan X10 1/6 hissə payının olunması, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1 ümumibirgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olan 0,64 ha torpaq sahəsində olan X10 1/3 hissə payının müəyyən olunması, X8 miras qalmış əmlakın yalnız X43 tərəfindən qəbul edilməsinin müəyyən olunması və adına miras əmlaka bütöv şəkildə vərəsəlik şəhadətnaməsi verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1 (həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi) iddianı qismən qəbul edərək, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumibirgə mülkiyyətində olan JN- 99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olan 0,22 ha torpaq sahəsində X6 1/6 hissə payının müəyyən olunması, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1 ümumibirgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olan 0,64 ha torpaq sahəsində olan X6 1/3 hissə payının müəyyən olunması, X5 miras qalmış əmlakın yalnız İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilməsinin müəyyən olunması və miras payının 1/2 hissədə müəyyən edilməsi, 1/2 hissəyə İddiaçı1 adına vərəsəlik şəhadətnaməsi verilməsi hissələrində iddianın təmin olunmasına etiraz etmədiyini, qalan hissədə iddia tələbini ilə razı olmadığını bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 fikirləri ilə razı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan DƏDRX-nin 17 saylı Yevlax Ərazi idarəsinin 15 iyul 2021-ci il tarixli, № **********61 saylı məktubundan görünür ki, X17, X32 və Cavabdeh1 adına ərazi idarəsinin elektron məlumat bazasına əsasən aprel 2003-cü il tarixli, JN-99A nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də ünvan 1ində 6 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 0,22 hektar yaşayış məntəqələrinin torpaqları təyinatlı və 22.01.2000-ci il tarixli, JN-116 nömrəli “torpağa mülkiyyət hüququna dair dövlət aktı”da ünvan 1ində 3 nəfər ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə 0,64 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.05.2021-ci il tarixli, № 212 saylı arayışından görünür ki, mərhumə X33 həqiqətən xx.xx.1967-ci ildə anadan olmuş İddiaçı2 doğma xalası olmuşdur. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 30 iyun 2021-ci il tarixli, № 417 saylı məktubundan görünür ki, mirasın bölgüsündə vərəsələr arasında mübahisə mövcuddur. Mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İşin materiallarında olan 14.06.2021-ci il tarixli, № 112 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 1996-1997-1998-1999-2000-ci illərin 05 №-li təsərrüfatbaşına kitabının 346/88 № li təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X18 (ailə başçısı), X21 (həyat yoldaşı), Cavabdeh1 (oğlu), Cavabdeh3 (gəlini), Cavabdeh4 (nəvəsi) olması və adına 0,12 ha torpaq sahəsi olması göstərilmişdir. İşin materiallarında olan 29.06.2021-ci il tarixli, № 121 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) 1929-cu illərini əhatə edən doğum sənədləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün X23 haqqında heç bir məlumat verə bilmirlər. İşin materiallarında olan 29.06.2021-ci il tarixli, № 121 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin 1936-cı illəri əhatə edən doğum sənədlərinə baxış zamanı X16 adına rast gəlinməmişdir. İşin materiallarında olan 14.06.2021-ci il tarixli, № 113 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 1991-1992-1993-1994-1995-ci illərin 04 №-li təsərrüfatbaşına kitabının 318/88 № li təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X18 (ailə başçısı), X21 (həyat yoldaşı), Cavabdeh1 (oğlu)-nun olması və adına 0,12 ha torpaq sahəsi 1961-ci ildə tikilmiş ümumi sahəsi 84 kv.m olan evin olması göstərilmişdir. İşin materiallarında olan 14.06.2021-ci il tarixli, № 109 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qaradağlı kənd nümayəndəliyinin Qaradağlı kəndinə aid olan 2001-2002-2003-2004-2005-ci illərin 03 №-li təsərrüfatbaşına kitabının 230 № li təsərrüfatı X6 adına olmaqla təsərrüfatında X18 (ailə başçısı), X21 (həyat yoldaşı), Cavabdeh1 (oğlu), Cavabdeh3 (gəlini), Cavabdeh4 (nəvəsi), Cavabdeh2 (nəvəsi), X34 (bacısı) olması və adına 0,12 ha torpaq sahəsi 1961-ci ildə tikilmiş ümumi sahəsi 84 kv.m olan yaşayış evinin olması göstərilmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 30.06.2021-ci il tarixli, № 2275 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 07.03.1931-ci il tarixdə Ağdaş rayon Qaradağlı kəndində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayon Qaradağlı kəndi qeyd olunmuş mərhum, X6 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 30.06.2021-ci ilədək aparılmış və aşağıdakı məlumat aşkar edilmişdir, arvadı: X24 - vəfat edib, oğlu: X25, oğlu: Cavabdeh1, oğlu: İddiaçı1, oğlu: X26, oğlu: X27 - vəfat edib, oğlu: X19 - vəfat edib, qızı: X12 - vəfat edib, oğlu: X28. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 30.06.2021-ci il tarixli, № 2278 saylı arayışından görünür ki, Ağdaş Rayon Qeydiyyat şöbəsində Ağdaş rayon Qaradağlı kənd sakini X18 və X16 nikah haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Ağdaş rayon Qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsinin 22.05.2021-ci il tarixli, № 1935 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1936-cı il tarixdə Qırğızıstan Respublikasının Frunze şəhərində anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 1i ünvanı qeyd olunmuş mərhumə X16 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 22.05.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir, əri: X9 - vəfat edib. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021ci il tarixli, № 05/Q-974/2/70 saylı arayışın təsdiqlənmiş surətindən görünür ki, X42 04.09.2001-ci ildə Mingəçevir şəhərində ölmüşdür. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021ci il tarixli, № 05/Q-974/70 saylı arayışdan görünür ki, X44 28.04.1977-ci ildə Yevlax rayonunun Xaldan kəndində ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2021ci il tarixli, № 2274 saylı arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 07.03.1931-ci il tarixdə Ağdaş rayonu Qaradağlı kəndində anadan olmuş X6 nikah haqqında akt qeydinin müəyyən ediməsi məqsədi ilə 17.07.1972-ci ildən 10.03.2006-cı ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X6 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021ci il tarixli, № 2110 saylı arayışdan görünür ki, X24 17.07.1972-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində ölmüşdür. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.09.2001ci il tarixli, AZ seriyalı, № 121568 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X20 07.09.2001-ci ildə Yevlax rayonunun Xaldan kəndində ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30.06.2021ci il tarixli, № 2273 saylı arayışdan görünür ki, X35 20.11.1958-ci ildə Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. X4 anası isə X15r. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021ci il tarixli, № 05/Q-974/1/70 saylı arayışdan görünür ki, X9 29.05.1996-ci ildə Mingəçevir şəhərində ölmüşdür. İşin materiallarında olan Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2021ci il tarixli, № 05/Q-974/3/70 saylı arayışdan görünür ki, X9 ilə X33 26 avqust 1956-cı ildə nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İşin materiallarında olan Yevlax şəhəri Xaldan kənd soveti tərəfindən verilmiş 10.08.1967-ci il tarixli, AZ seriyalı, № ******* saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş görünür ki, X36 xx.xx.1967-ci ildə Yevlax rayonunda anadan olmuş, atası X51 anası isə X13r. İşin materiallarında olan 29.03.2011-ci il tarixli, AZ-İ seriyalı, № 468190 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X33 11.03.2011-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində vəfat ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.05.2021ci il tarixli, № 1904 saylı arayışdan görünür ki, X18 10.03.2006-cı ildə Ağdaş rayonunun Qaradağlı kəndində ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd icra nümayəndəliyi tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, AZ-T seriyalı, № 169157 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1960-cı ildə Ağdaş rayonunun qaradağlı kəndində anadan olmuş, X4 anası isə X15r. İşin materiallarında olan 24.09.2021-ci il tarixli, № 321 saylı arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Xaldan kənd Sovetiliyinin 1969-1971-ci illərə dair 2 saylı təsərrüfatbaşına kitabının 34-cü səhifəsinin 105 saylı qeydinə əsasən X1 təsərrüfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatın aşağıdakı tərkibdə ailə üzvləri vardır. X9 təsərrüfat başçısı təvəllüd tarixi 1936-cı il, X14 həyat yoldaşı 1936-cı il. Sənəddə təsərrüfatın xüsusi mülküyyətində olan yaşayış evinin tikildiyi tarix 1959-cu il torpaq sahəsi 0,12 ha (on iki sot) yazılmışdır. İşin materiallarında olan 24.09.2021-ci il tarixli, № 320 saylı arxiv arayışından görünür ki, Dövlət Arxivində mühafizə olunan Yevlax rayon Xaldan kənd Sovetliyinin 1972-1974-cü illərə dair 1 saylı təsərrüfatbaşına kitabının 93-cü səhifəsinin 75 saylı qeydinə əsasən İddiaçı2 babası X3 təsərrüfatbaşçısı yazılmışdır. Həmin təsərrüfatın aşağıdakı tərkibdə ailə üzvləri vardır. X40 təsərrüfat başçısı təvəllüd tarixi 1877-ci il, X41 həyat yoldaşı 1890-cı il, sənəddə təsərrüfatın xüsusi mülküyyətində olan yaşayış evinin tikildiyi tarix 1961-ci il torpaq sahəsi 0,17 ha (on yeddi sot) yazılmışdır. Ağdaş Rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli, 2(014)-1884/2021 saylı qərardadı ilə iddia ərizəsi X10 İddiaçı2 doğma xalası olması faktının müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olan, Ağdaş rayon Qaradağlı kəndində yerləşən 0,22 ha torpaq sahəsi X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumibirgə mülkiyyətindədir və X18 həmin torpaq sahəsinin 6 mülkiyyətçisindən biridir. Eyni zamanda, JN- 116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olan, Ağdaş rayon Qaradağlı kəndində yerləşən 0,64 ha torpaq sahəsi X17, X21, Cavabdeh1 ümumibirgə mülkiyyətindədir və X18 həmin torpaq sahəsinin 3 mülkiyyətçisindən biridir. Həmçinin, X5 miras qalmış əmlak yalnız İddiaçı1 və Cavabdeh1 tərəfindən faktiki qəbul edilmişdir. Bundan başqa, məhkəmənin qərardadı ilə iddia ərizəsi X10 X22 doğma xalası olması faktının müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmış və digər tələblər yalnız iddia bu hissədə təmin olunduqdan sonra İddiaçı2 belə iddia vermək üçün subyektiv hüquq yarada bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Eyni Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsə sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Eyni Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmçinin, məhkəmənin qərardadı ilə iddia ərizəsi X10 X22 doğma xalası olması faktının müəyyən edilməsi hissəsində baxılmamış saxlanıldığından, iddia ərizəsində göstərilən digər tələblər yalnız iddia bu hissədə təmin olunduqdan sonra İddiaçı2 belə iddia vermək üçün subyektiv hüquq yarada bilərdi. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi birgə mülkiyyətində olan JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olan 0,22 ha torpaq sahəsinə X6 1/6 hissə payı müəyyən edilməli, Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1 ümumi birgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olan 0,64 ha torpaq sahəsinə X6 1/3 hissə payı müəyyən edilməli, X5 miras qalmış əmlakın İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilməsi müəyyən edilməli, İddiaçı1 mirasa 1/2 payı müəyyən edilməklə, onun adına vərəsəlik şəhadətnaməsi verilməli, iddia tələbi mahiyyəti üzrə baxılan qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan JN-99A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan 0,22 ha torpaq sahəsinə X6 1/6 hissədə payı müəyyən edilsin. Ağdaş rayon Qaradağlı kəndində yerləşən X17, X21 və Cavabdeh1 ümumi birgə mülkiyyətində olan JN-116 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunan 0,64 ha torpaq sahəsinə X6 1/3 hissədə payı müəyyən edilsin. X5 miras qalmış əmlakın İddiaçı1 və Cavabdeh1 tərəfindən qəbul edilməsi müəyyən edilsin. İddiaçı1 mirasa 1/2 hissədə payı müəyyən edilməklə, onun adına vərəsəlik şəhadətnaməsi verilsin. İddia tələbi mahiyyəti üzrə baxılan qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar