Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-19/2021 02.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X2 kаtibliyi, İddiаçı İddiaçı iştirаkı ilə, İddiаçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı X5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında, ona qanuni məxsus olan ümumi 1026 kv/m tiorpaq sahəsinin 0.06 ha torpaq sahəsindən çıxarılmasını və ona dəymiş 3500 (üç min beş yüz) manat maddi, 300 (üç yüz) manat isə mənəvi zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1953-cü il tarixində tikilmiş ev 1026 kv/m torpaq sahəsiylə birlikdə Səməd Vurğun küçəsi 45 saylı ünvanda anası mərhum X1 vəfatından sonra vərəsəlik yoluyla ona İddiaçı miras (bağışlanma yoluyla) qalmış və Ağdaş rayon məhkəməsənin 2(014)-72/2010 saylı 15.10.2010-cu il tarixli qətnaməsi ilə mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi barəsində onun adına RX ******* saylı çıxarış 17.12.2014-cü il tarixində verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü 05.01.2006-cı il tarixində tərtib edilmiş və A № 390682-540 saylı nömrə ilə Kadastr kitabında uçota alınmışdır. Ona məxsus olan torpaq sahəsində hazırda onun keçmiş qohumları qeyri-qanuni yolla istifadə edir və könüllü olaraq onun torpaq ərazisindən çıxmırlar. Həmin torpaq sahəsi və evlə bağlı cavabdehlərin heç bir mülkiyyət hüququnu təsdiq edən sənəd yoxdur və olmamışdır. Qeyri-qanuni yolla 1994-cü ildən başlayaraq bu günə qədər cavabdehlər onun torpağını zəbt etmişlər və icazəsiz ona məxsus evi söküb yerinə özlərinə ev tikdirmişlər. Torpaq haqqında qanuna əsaslanaraq cavabdehlər 0.06 ha torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsində tikilən ev sökülməli və ya ona dəymiş zərər-kompensasiya ödənməlidir. Həmçinin 1994-cü ildən bu günə kimi ona məxsus olan torpağın və üstündəki əmlakın, yəni evin vergisini o ödəyib və yığılmış qəbzləri məhkəməyə təqdim edə bilər. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 əvvəlki məhkəmə iclasında etiraz ərizəsi verərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Niyaz Qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı " torpaq sahəsindən və evdən məcburi çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1. mənə qanuni məxsus olan ümumi 1026 kv.metr torpaq sahəsinin 0.06 ha torpaq sahəsindən çıxarılmasını və ona dəymiş 3500 manat maddi, 300 manat isə mənəvi zərərin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinin surətini almışdır. İddia tələbini qəbul etmir və aşağıda göstərdiklərinə görə iddiaçının ona və digərlərinə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün heç bir hüquqi əsası olmadığına, yəni iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 21 fevral 1990-cı il tarixli. 20/327 saylı məktubu əsasında Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15 mart 1990-cı il tarixli, 4 saylı qərarı ilə ünvan 3 ünvanda əri X6 ilə birlikdə tikdirdiyi bir otaqlı yaşayış evi və həmin evin yerləşdiyi 426 kv.metr həyətyanı torpaq sahəsi ilə birlikdə qanuni hesab edilmiş və 426 kv.metr həyətyanı torpaq sahəsinin və həmin ərazidə tikdirdiyi bir otaqlı yaşayış evinin adına rəsmiləşdirilməsinə icazə verilmişdir, həmin torpaq sahəsində sonradan o əlavə yaşayış evi də tikdirmişdir. O, əri X6 ilə 19 oktyabr 1978-ci il tarixdən rəsmi nikah qeyd etdirərək evləndiyi vaxtdan bu günədək həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, keçən müddətdə başqa ünvanda yaşayış sahəsi olmamışdır. Əri ilə birgə nikahlarından doğulmuş uşaqları olan digər cavabdehlər də həmin ünvanda anadan olmuşlar. Torpağa görə tələb olunan vergini vaxtlı-vaxtında ödəməklə həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etmişdir. Yaşayış evi bütün tikinti və normalara uyğun tikilmişdir. Lakin bütün bunlara baxmayaraq rayonda aparılan islahat zamanı ünvan 4 ünvanda yerləşən 426 kv.metr həyətyanı torpaq sahəsinə dair adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və ya sonradan torpaq sahəsinin planı və ölçüçü (kadastr planı) işlənməmişdir. Torpaq sahəsinə adına sənəd işlənmədiyindən həyətyanı torpaq sahəsini və həmin ərazidə tikdirdiyin fərdi yaşayış evini tam mülkiyyət hüququ əssında adına qeydə aldıra bilməmişdir. Həmin torpaq sahəsinin də yerləşdiyi ünvanda olan həyətyanı torpaq sahəsinin ümumi sahəsi 1026 kv.metr təşkil edir və həmin torpaq sahəsinin 600 kv.metrinə Ağdaş rayon məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(014)-72/2010 saylı qətnaməsi ilə hazırki iddia üzrə cavabdeh İddiaçı mülkiyyət hüququ tanınmışdır.Həmin torpaq sahəsi məhkəmə qətnaməsindən sonra cavabdehə mütəxəssislər tərəfindən yerində naturada tanıdılaraq təhvil verilmişdir. Bundan sonra o da qanuni istifadəsində olan 426.0 kv.metr həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon məhkəməsinin 2(014)-416/2013 saylı. 14 may 2013-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Lakin cavabdeh İddiaçı qətnamədən narazı qaldığından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya məhkəməsinin 2(107)-130/2014 saylı, 07 yanvar 2014-cü il tarixli qətnaməsi ilə ilkin sənədlərə əsasən qanuni istifadədə olan torpaq sahəsinə sənədin verilməsinin məhkəmələr tərəfindən deyil, müvafiq icra orqanları tərəfindən verilməsini əsas göstərərək Ağdaş rayon məhkəməsinin məlum qətnaməsini ləğv etmiş, iddianın təmin edilməməsi haqqında yeni qətnamə çıxarmışdır. Şəki Apellyasiya məhkəməsinin məlum qətnaməsindən sonra həmin torpaq sahəsinə adına sənəd almaq məqsədilə lazımi sənədlərləri aidiyyati üzrə cavabdeh DT və XK- nin Ağdaş rayon şöbəsinə müraciət etmişdir. Adına torpaq sahəsinin planı və ölçüsü işlənərkən məlum olmuşdur ki, həmin 426 kv.metr həyətyanı torpaq sahəsinə İddiaçı adına Dövlət Torpaq kadastrı kitabında 12 noyabr 2013-cü il tarixdə 745 sayı ilə qeydə alınmış "Torpaq sahəsinin planı və ölçüsü" işlənmişdir. İddiaçı adına işlənmiş torpaq sahəsinin planı və ölçüsünün surətini əldə etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh İddiaçı 1426,0 kv.metr həyətyanı torpaq sahəsinin mərhum anasına verilməsi barədə 29 avqust 1980-ci il tarixli, 16 saylı Ağdaş rayon XDS İK-nin qərarını birbaşa DT və XK-nə təqdim etməklə məlum torpaq sahəsinin planı və ölçüsünü almışdır. Halbuki, həmin torpaq sahəsinin 426,0 kv.metr hissəsi Ağdaş rayon XDS İcraiyyə Komitəsinin 21 fevral 1990-cı il tarixli, 20/327 saylı məktubu əsasında Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 15 mart 1990-cı il tarixli, 4 saylı qərarı ilə onun şəxsi mülkiyyətinə verilmişdir. DT və XK-nin Ağdaş rayon şöbəsi İddiaçı adına işlənmiş həmin qanunsuz torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsinin Komitənin səlahiyyətinə aid olmadığını, yaranmış mübahisənin həlli məqsədi ilə aidiyyati məhkəməyə müraciət etməyi tövsivyə edilmiş, qanuni istifadəsində olan 426.0 kv.metr həyətyanı torpaq sahəsinə adıına sənədin verilməsindən imtina edərək sənədlərini özünə qaytarmışdır. Torpaq şöbəsinin günahı ucbatından, yəni qanuni istifadəsində olan 426,0 kv.metr həyətyanı torpaq sahəsinə sənəd işlənmədiyindən və həmin şöbə tərəfindən bu imtina edildiyinə görə Azərbaycan Respublikası DT və XK-nin Ağdaş rayon şöbəsinə qarşı "Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinə və 426.0 kv.metr həyətyanı torpaq sahəsinə adına sənədin verilməsi tələbinə dair" iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə (keçmiş Şəki İnzibati-İqtisadi Məhkəməsi) müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 2- 1 (84)-620/2014 nömrəli 24 iyun 2014-cü il tarixli qərarı ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı adına işlənmiş və dövlət torpaq kadastrı kitabında 12 noyabr 2013-cü il tarixdə 745 sayı ilə qeydə alınmış A seriyalı 471153 saylı “Torpaq sahəsinin planı və ölçüsü" ləğv edilmiş Azərbaycan Respublikası DT və XK-nin ünvan 5 ünvanda yerləşən 426 kv.metr həyətyanı torpaq sahəsinə Cavabdeh1 Niyazi qızının, yəni onun adına torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı həmin qərardan verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 2-1 (107)-212/2014 nömrəli 16 oktyabr 2014-cü il tarixli qərarı ilə təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 24 iyun 2014-cü il tarixli 2-1 (84)-620/2014 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan verdiyi kassasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-83/2015 saylı 14 iyul 2015 -ci il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Göründüyü kimi, onun xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi 0.06 hektar deyil, cəmi 426 kv.metr təşkil edir. Yaşadığı həyətdə əlavə torpaq sahəsi yoxdur və mülkiyyətinə verilmiş torpaq sahəsi mütəxəssislər tərəfindən ölçülmüşdür. İddiaçı onun mülkiyyətində olan 0.06 hektar torpaq sahəsinin onun tərəfindən zəbt olunmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də hesab edirəm ki, İddiaçı onlara qarşı belə bir iddia tələbi ilə müraciət etməyə heç bir hüquqi əsasları yoxdur. İddiaçı belə iddia ərizələri ilə məhkəməyə müraciət etməkdə məqsədi şəxsən onları yersiz-yerə incitmək, mülkiyyətlərinə verilmiş torpaq sahəsi üzərində hüquqlarını istəklərinə uyğun həyata keçirmək hüquqlarını pozmaq, məhkəmə işlərinin həcmini artırmaqdır. Göründüyü kimi, iddiaçı 0.06 hektar torpaq sahəsini tərəflərindən zəbt edilməyini təsdiq edən sənədlərini məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də hesab edir ki, iddiaçının onlara qarşı belə bir tələblə məhkəməyə müraciət etməyə heç bir hüquqi əsasları yoxdur və belə olan halda onun iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 Niyaz qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı" torpaq sahəsindən və evdən məcburi çıxarılma“ tələbinə dair iddia ərizəsinin heç bir hüquqi əsasları olmadan verildiyindən rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasına münasibətlərini bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və üçüncü şəxsin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını nəzərə alıb, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 17.12.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini pıanı və ölçüsü”nün təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 6 ünvanında yerləşən 0.06 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən 30 aprel 2021-ci il tarixli 2(014)-19/2021 saylı işin rəy verilməsi üçün göndərilməsi haqqında qərardaddan məlum olur ki, İddiаçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma” tələbinə dair iş üzrə işin düzgün və obyektiv həll edilməsi üçün ekspertiza təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinin **********31 saylı, 21 oktyabr 2021-ci il tarixli mütəxəsis rəyindən məlum olur ki, Ağdaş şəhəri, S.Vurğun küçəsi 45 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək, iddiaçının və cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada müəyyən edildi. Həmin koordinatları iddiaçının adına 19.03.2012-ci il tarixli A № 390682 nömrə ilə uçota alınmış, **********1479 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki koordinatlara tutuşdurulduqda iddiaçının faktiki istifadə etdiyi 667 kv.m torpaq sahəsinin məkan göstəriciləri ilə onun adına qeydə alınmış 600 kv.m torpaq sahəsinin məkan göstəriciləri arasında uyğunsuzluq olduğundan, mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X7rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmədə müəyyən olundu ki, iddiаçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, iş materiallarına əlavə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçının adına qeydə alınmış 600 kv.m torpaq sahəsinin sərhəd üzrə göstəriciləri ilə məkan göstəriciləri arasında uyğunsuzluq olduğundan, mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyil. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddiаçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma, maddi və mənəvi zərər” tələbinə dair iddiası rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiаçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən və evdən məcburi çıxarma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-19/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-19/2021
02.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver