Məhkəmə qərarları › İş №2(014)-19/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-19/2024

01.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-19/2024 01.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən məcburi çıxarma və qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Ağdaş rayonu Cardam kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 2,98 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əvvəllər üzün müddət Ağdaşda yaşamadığı üçün cavabdehlər onlardan yəni mülkiyyətçilərdən razılıq almadan istifadə etmişlər. Lakin Ağdaş rayonuna qayıtdıqdan sonra cavabdehlərdən həmin torpaq sahəsini boşaldaraq ona qaytarmalarını tələb etsə də, cavabdehlər yenə də qanunsuz istifadə edir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən zəbt edilmiş Ağdaş rayonu Cardam kəndində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa və həmin çıxarış əsasında verilmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən 2,98 ha torpaq sahəsindən çıxarılmaları və onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 izahat verərək bildirdilər ki, iddiaçının tələbi əsassızdır. Həqiqətən də həmin torpaq sahəsindən istifadə edirlər. Belə ki, həmin torpaq sahəsi iddiaçının atası tərəfindən onlara satılmışdır. Odur ki, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında Şahid1 ifadəsində iddiaçının atası ilə cavabdehlərin öz torpaqlarını dəyişdiyini, daha sonra Taryelin atasının Cavabdeh1 məxsus torpaq sahəsini 175 “Şirvan”a ona satdığını bildirdi. Məhkəmə iclasında Şahid2 ifadəsində iddiaçının atasının ilə cavabdehlərin öz torpaqlarını dəyişdiyini, daha sonra Taryelin atasının torpaq sahəsinin ona satdığını, alqısatqı zamanı Taryelin həmin prosesdə iştrak etmədiyini bildirdi. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində yerləşən 2,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvüləri olan digər şəxslərin xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-1132/2024 saylı məktubuna əlavə edilmiş mütəxəsis rəyində göstərilir ki, İddiaçı **********59 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3və Cavabdeh2 tərəfindən istifadə edilmir. İşin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3012 saylı rəyindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə **********59 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilmir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-2728/2024 saylı məktubuna əlavə edilmiş mütəxəsis rəyində göstərilir ki, İddiaçı **********59 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş Ağdaş rayonu, Cardam kəndi ərazisində yerləşən 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışına əsasən Ağdaş rayonu, Cardam kəndində yerləşən 2,98 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun ailə üzvüləri olan digər şəxslərin xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İddiaçı həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadına əsasən iş üzrə ekspertiza təyin edilmiş, lakin mütəxəssis rəyi əsasında verilmiş və məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş rəydə tərəflərin izahatları arasında aşkar ziddiyyətlər olduğundan, məhkəmə tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinin rəy vermiş mütəxəssisi cəlb edilməklə yerində müayinə aparılmış və müayinə zamanı cavabdehlərin iddiaçıya məxsus 2,98 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,55 ha hissəsini naturada istifadə etdikləri müəyyən edilmişdir. Bu səbəbdən də 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən yenidən məhkəməyə düzgün məzmunda mütəxəssis rəyi daxil olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyinin aşkar surətdə işin halları ilə uyğunlaşmaması qənaətinə gəlir və həmin rəyi əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-35/2-2728/2024 saylı məktubuna əlavə edilmiş mütəxəsis rəyi düzgün olduğundan, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,55 hektar hissəsindən məcburi qaydada çıxarılmalı, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı ümumi birgə mülkiyyətində olan 2,98 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,55 hektar hissəsindən məcburi qaydada çıxarılsınlar. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (yüz) manat pul cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar