Məhkəmə qərarları › İş №2(014)-1929/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1929/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1929/2021 02.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «qeydiyyatda olduğu yaşayış evinə köçürülmə, həmin yaşayış evi və yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və İddiaçı3, İddiaçı2 illərlə yaşadıqları və qeydiyyatda olduqları yaşayış evi və yaşayış sahəsindən istifadə hüquqlarının tanınmaqla, qeydiyyatda olduqları Ağdaş şəhəri, S.Məmmədov küçəsi 13 ünvanındakı yaşayış evi və yaşayış sahəsinə köçürülməkləri və həmin yaşayış evinin bugünədək istifadələrində olan bir qonaq otağı, 3 yataq otağı bir mətbəxindən və yaşayış sahəsindən istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, 11.01.2008-ci ildə X9 ilə birgə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra da mərhum qaynatası İddiaçı2 Abdulla oğluna məxsus Ağdaş şəhəri, S.Məmmədov küçəsi 13 ünvanında yerləşən 3 otaq 1 zal və 1 mətbəxdən ibarət yaşayış evinə gəlin gəlmiş, həmin vaxtdan da həmin ünvanda yaşamış və həmin ünvana qeydiyyata düşmüşdür. Hacıyev Bəhruz ilə birgə nikahdan xx.xx.2001-ci ildə Səbinə adlı qızı və xx.xx.2003-cü ildə də Maarif adlı oğlu dünyaya gəlmişdir. Hacıyev Bəhruz atası həmçinin yaşayış evinin sahibi İddiaçı2 və anası Hacıyeva Asiyə onlarla birlikdə həmin evdə yaşamışlar. Həyat yoldaşı Hacıyev Bəhruz 23.03.2010-cu ildə xəstəlikdən qəfil vəfat etmişdir. İddiaçı3 xx.xx.2001-ci ildən doğulduğu tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçı2 xx.xx.2003-cü ildə doğulduğu tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. Mülkiyyətçi İddiaçı2 Abdulla oğlu 25.05.2017-ci ildə vəfat etmişdir. Mülkiyyətçi İddiaçı2 vəfat etdiyi gündən mərhum həyat yoldaşı Hacıyev Bəhruzun qardaşı Cavabdeh onları qeydiyyatda olduqları yaşayış evində dinc yaşamağına imkan verməmiş, müxtəlif yollarla onlara maneələr törətmişdir. Cavabdeh ilə problemləri İddiaçı2 vəfatından sonra yaranmışdır. Nəhayət cavabdeh 2020ci ilin may ayında onları evdən qovmağa müvəffəq olmuşdur. Bir ildən artıq bir müddətdir ki, cavabdeh özünün şəxsi evi olduğu və öz evində yaşadığı halda onların qeydiyyatda olduqları və illərlə yaşadıqları evində yaşamaqlarına imkan vermir. Çarəsizlikdən cavabdeh tərəfindən öz evlərindən qovulduqlarından, hazırda növbə ilə qohumlarının evində və himayəsində qalırlar. Ancaq havalar soyuduqca onların qalacaq ümid yerləri olmayacaq. Bütün ev və gündəlik tələbat əşyaları evlərindədir. Hesab edirlər ki, o, gəlin köçdüyü gündən qovulduğu günə kimi iki övladları və mərhum həyat yoldaşı ilə birlikdə Ağdaş şəhəri. S.Məmmədov küçəsi 13 ünvanındakı yaşayış evində yaşamağı, həmçinin övladları ilə birlikdə qeydiyyatlarının həmin evdə olmasını, həmçinin İddiaçı3 və İddiaçı2 doğulduqları gündən Ağdaş şəhəri. S.Məmmədov küçəsi 13 ünvanındakı yaşayış evində yaşamaqları və qeydiyatlarının həmin ünvanda olduğunu nəzərə alaraq onların yaşayış evinə köçürülməkləri barədə qətnamə qəbul edilməlidir. On illərlə yaşadıqları və qeydiyyatda olduqları ünvanda, həmin evdə yaşamaq və istifadə etmək hüquqları olsa da, cavabdeh yaşayış sahəsindən istifadə hüquqlarını pozaraq, evə girməyi onlara qadağan etmişdir. Onların bütün əşyaları da həmin yaşayış evində qalıb və hal-hazırda onlar evsizeşiksiz və əşyasız demək olar ki çöllərdə qalmışlar. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, 2000-ci ildən həmin fərdi yaşayış evinə gəlin köçmüş, övladları həmin yaşayış sahəsində anadan olmuş, əri öldüyü günədək həmin mənzildə yaşamış, sonradan cavabdeh onun həmin fərdi yaşayış evindən istifadəsinə maneə yaratmışdır. Övladı İddiaçı2 babası öldüyü günədək onun qulluğunda durmuşdur. İddiaçı2 məhkəmə iclasında İddiaçı1 izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı3 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı1 anası və atasına baxmadığından onun həmin evə köçməsini və yaşamasını istəmir. İddiaçı2 yaşamasına heç bir etirazı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı ilə qonşu olmuşdur. İddiaçı evləndiyi gündən evi tərk edənədək həmin evdə yaşamışdır.Yoldaşı rəhmətə gedəndən sonra evdən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, iddiaçı ilə qonşu olmuşdur. İddiaçı gəlin gəldiyi gündən həmin evdə yaşamışdır. Yoldaşı rəhmətə gedəndən 4 ay sonra evdən getmişdir. Qayınatasının yasında iştirak etmiş, lakin qayınanasının yasına gəlməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, iddiaçı onun mərhum qardaşının yoldaşı olmuşdur. Evləndikləri vaxtdan qardaşı ilə birlikdə öz ata evlərində yaşamışlar. Qardaşı rəhmətə gedəndən 4 ay sonra evdən getmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 2491 saylı ölüm haqqında arayışdan məlum olur ki, X12 06.12.2020-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli 2490 saylı ölüm haqqında arayışdan məlum olur ki, Hacıyev Marif abdulla oğlu 25.04.2017-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 mart 2010-cu il tarixli AZ-İ 394729 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 23.03.2010-cu il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 19 yanvar 2002-ci il tarixli AZ-İ 214515 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı3 xx xxxxxx 2001-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X2, anası İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 12 sentyabr 2003-cü il tarixli AZ-İ 373193 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı2 xx xxxx 2003-cü il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X2, anası İddiaçı1dır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş 14 yanvar 2008-ci il tarixli AZ-İ 374212 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X9 ilə İddiaçı1 nikahlarını 11.01.2008-ci il tarixdə bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 yanvar 2008-ci il tarixli 07 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışında məlum olur ki, İddiaçı1 21 fevral 2008-ci il tarixdən ağdaş şəhər, S.Məmmədov küç-13-də qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər İddiaçı3 və İddiaçı2dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİH Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 29 iyun 2021-ci il 32 saylı məktubdan məlum olur ki, İddiaçı2 Abdulla oğlunun adına 1982-ci ildən ünvan 2 ünvan Nümunəvi müqavilə əsasən 30 m2 –sahəsi olan yaşayış evi var. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Ağdaş şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli 2162 saylı arayışdan məlum olur ki, ünvan 2 evdə qeydiyyatda olan İddiaçı1 aşağıdakı ailə tərkibindən ibarətdir. İddiaçı3 və İddiaçı2dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29.09.2021-ci il tarixli Rüstəmova Rəsmiyyə tərəfindən verilmiş ərizədən məlum olur ki, rəhmətə getmiş qardaşımın həyat yoldaşı Ceyhunə və onun iki övladını ata evinə köçürülməsini və yaşamasını təmin edilməsini, iki uşağın haqqı olan o evin bir başqasına qalmasına yol verilməməsini, ona düşən payı da qardaşının yoldaşına və övladlarına verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29.09.2021-ci il tarixli X6 tərəfindən verilmiş ərizədən məlum olur ki, qardaşı Hacıyev Bəhruz 23.03.2010-cu ildə rəhmətə gedəndən 4 ay sonra qardaşının həyat yoldaşı İddiaçı1 iki övladını da götürərək evdən getmiş, qardaşı Cavabdeh həmin gündən onları evə qoymayacağını bildirmişdir. Bu deyilənlərə baxmayaraq gəlinləri İddiaçı1 atası İddiaçı2 Abdulla oğlu xəstə olduğu üçün atasına baxmaq məqsədi ilə evə gəlib getmək istəsə də, qardaşı Neymət buna icazə verməmişdir. Amma buna baxmayaraq qardaşı Neymət özünə məxsus evində olarkən ondan xəbərsiz gəlinləri Ceyhunə yenə də atasına baxmaq məqsədi ilə gəlmişdir. Lakin qardaşı Bəhruzun oğlu İddiaçı2 böyüdükdən sonra ata və anasına özü baxmışdır. Hətta 2020-ci ilin may ayına kimi gəlinləri Ceyhunə mütamadi olaraq gəlib getmişdir. İş materiallarında olan 09 avqust 1982-ci il tarixli orderin surətindən görünür ki, həmin order X22 Deputatları Sovetinin 30 iyul 1982-ci il tarixli 15 nömrəli qərarı əsasında vətəndaş İddiaçı2 Abdulla oğluna verilir ondan ötrü ki, 30 kv.m iki otaqdan ibarət mənzili ailə üzvləri ilə (İddiaçı2 Abdulla oğlu, yoldaşı-X12,oğlu-X11, oğlu-Cavabdeh, oğlu-X9, qızı-X3, qızı- X7) birlikdə tutmaq hüququ vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 oktyabr 2021ci il tarixli **********76 saylı məktubdan məlum olur ki, Ağdaş RİHB-nın 31 may 1993-cü il tarixli 223 nömrəli sərəncamdan çıxarışı ilə ünvan 3 ünvanda yerləşən 30 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi İddiaçı2 Abdulla oğlunun şəxsi mülkiyyətinə keçirilməsinə icazə verilmişdir. Ağdaş Rayon İcra Hakimiyyətinin adından çıxış edən X8 ilə İddiaçı2 Abdulla oğlu arasında Ağdaş rayon Dövlət Notariat Konturu tərəfindən təsdiq edilmiş 08.06.1993-cü il tarixli, 2M-898 nömrəli mənzilin bəxşiş verilməsi barədə müqavilə rəsmiləşdirilmişdir. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, İddiaçı1 ilə X9 2000-ci ildə faktiki nikah münasibətlərinə girməklə evlənərək ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları xx.xx.2001-ci il təvəllüdlü İddiaçı3 və xx.xx.2003-cü ildə də İddiaçı2 adlı övladları anadan olmuşdur. İddiaçı1 mərhum yoldaşı X9 ilə evlənən zaman qeyd-şərtsiz mərhum yoldaşının valideynlərinin yaşadığı yaşayış evinə gəlin köçmüşdür və özünə məxsus cehiz əşyalarını və digər əmlaklarını həmin evə yerləşdirmişdirməklə onlarla birlikdə yaşamağa başlamışdır. İddiaçının mərhum yoldaşı vəfat etdikdən sonra Cavabdeh onu və iki övladının həmin mənzildən istifadə etmələrinə maneçilik yaratmışdır İşin məhkəmə tədqiqatından bəlli olur ki, İddiaçı1 mübahisəli mənzilə 2008-ci ildə mərhum yoldaşı ilə rəsmi nikaha daxil olduqdan əvvəl gəlin köçmüş, həmin mənzildə övladları dünyaya gəlmiş, o və övladları qeyd edilən mənzildə icarədar ilə birlikdə təsərrüfat aparmışdır. Buna görə də məhkəmə hesab edir ki, hazırkı işə 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olan köhnə Mənzil Məcəlləsi tətbiq edilməlidir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 N°-li Qərarının 7-ci bəndində izah olunmuşdur ki, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Müəyyən edilmiş qaydada evə köçürmə dedikdə, bir qayda olaraq, yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. İşin faktiki hallarından görünür ki, iddiaçı 2000-ci il tarixdə cavabdehin qardaşı ilə ailə həyatı quraraq, mübahisəli evə gəlin köçmüş, həmin nikahdan iki övladları dünyaya gəlmiş, 2010-cu ilə qədər mübahisəli evdə yaşamışdır. Beləliklə, yuxarıda göstərilən müddəaları nəzərə alaraq, iddiaçıların icarədarın ailə üzvü olduğu və bu səbəbdən mübahisəli yaşayış sahəsindən cavabdehlə birlikdə yararlanmaq və faydalanmaq qənaətinə gəlmək olar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün birçox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı) bunu belə ifadə etmişdir. “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Аzərbаycаn Rеspublikаsının MPM-nin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır və məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəllilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı1 X9 ilə faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli evə - s Ağdaş şəhəri. S.Məmmədov küçəsi 13 ünvanında yerləşən 3 otaq 1 zal və 1 mətbəxdən ibarət yaşayış evinə 2000-ci ildən gəlin köçdüyündən, 11.01.2008-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla mübahisəli evdə yaşadığından, X9 ilə rəsmi nikahlarında doğulmuş iki nəfər uşaqları həmin mənzildə anadan olduğundan və bununla da həmin mənzildə istifadə hüququ qazandığından iddiaçıların istifadə hüququnun tanınması və həmin yaşayış evinə və yaşayış sahəsinə köçürülməsi hissəsində iddiası təmin edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 Ağdaş şəhəri, S.Məmmədov küçəsi 13 ünvanındakı yaşayış evindən istifadə hüququ tanınsın, həmin yaşayış evinə və yaşayış sahəsinə köçürülsünlər. İddianın qalan hissəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar