Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1989/2021 28.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «yaşayış sahəsinə istifadə hüququnun tanınması və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 noyabr 2007-ci il təvəllüdlü Ayaz adlı və 18 avqust 2010cu il təvəllüdlü Samirə adlı uşaqları ilə birlikdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanda yerləşən yaşayış evindən istifadə hüququnun tanınmasına və həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə 26 noyabr 2006-cı il tarixdə faktiki olaraq ailə həyatı qurmaqla 09 iyun 2011-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmışlar. Faktiki ailə quraraq evləndikdən sonra Cavabdeh1 və onun valideynləri yaşadığı evə gəlin köçərək orada yaşamışdır. Birgə yaşadıqları dövrdə mehriban olmuşlar. Həmin dövrdə aralarında daima hörmət olmaqla yanaşı, münasibətləri yaxşı olmuşdur. Birgə yaşayışlarından 09 noyabr 2007-ci ildə Ayaz adlı, 18 avqust 2010-cu ildə Samirə adlı iki uşağımız olmuşdur. Təsərrüfatları birgə idarə etmişlər. Lakin sonralar aralarında narazlıqlar baş verəməyə başlamışdır. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən, aralarında tez-tez mübahisləri yarandığından Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(014)-203/2020 saylı qətnaməsinə əsasən cavabdeh X9 ilə aralarında bağlanmış 09 iyun 2011-ci il tarixli 136 saylı nikah pozulmuş, hər iki uşaq onun himayəsində saxlanılmış və hər uşağın saxlanılması üçün 100 manat məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Uşaqlar hal-hazırda onunla birlikdə Cavabdeh1 yaşadığı ünvan 1 ünvanda yaşayırlar. Lakin cavabdeh ona həmin evdə yaşamaq hüququnun olmadığını tələb edərək onu 2 azyaşlı övladı ilə birlikdə həmin evdən çıxarmaq istəyir. Odur ki, 2006-cı ildə gəlin köçüb ailə üzvü kimi uzun müddət yaşadığı həmin evdən istifadə hüququnun tanınması və həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddianı qaldırmışdır. İddiaçı məhkəmə iclasına ərizə verərək Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə AR MPM-nin 51.3-cü maddəsinə əsasən Cavabdeh2 cavabdeh kimi mülki işə cəlb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, azyaşlı övladları 09 noyabr 2007-ci il təvəllüdlü X10 və 18 avqust 2010-cu il təvəllüdlü X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınmasına, həmin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsinə və cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsini mümkün hesab etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərmişdir ki, iddia tələbində yaşamaq istədiyi sahənin dəqiq məlumatlarını qeyd etməmişdir. Belə ki, o Cavabdeh1 ilə 26 noyabr 2006-cı il tarixdə faktiki olaraq ailə həyatı qurmuşlar. 09 iyun 2011-ci il tarixdə nikahlarını rəsmi qeydə aldırmışlar. Faktiki ailə quraraq evləndikdən sonra Cavabdeh1 və onun valideynlərinin yanında, valideynlərinə məxsus 0.13 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı evə köçərək yaşamışlar. Bundan sonra 2019-cu il tarixdə həmin ünvanda keçmiş əri Cavabdeh1 ilə birlikdə 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi tikdirmişlər. (Bələdiyyə tərəfindən verilmiş arayış var). hazırda cavabdehlər onu uşaqları ilə birlikdə həmin ünvanda yaşamağa imkan vermir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə və onun dəqiqləşdirilməsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 ilə X3 arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabındd 13 iyun 2020-ci il tarixli 80 saylı qeyd aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Ləki qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2021-ci il tarixli 400 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən də Ləki qəsəbə C.Məmmədov küçəsi 36/54 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ləki Bələdiyyəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 14 saylı arayışdan məlum olur ki, İddiaçı həqiqətən C.Məmmədov küçəsi 36/54 ünvanında mərhumə qaynanası X1 adına olan 0.13 ha torpaq sahəsi üzərində tikilmiş 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evindən başqa İddiaçı Feruz qızı həmin həyətyanı torpaq sahəsində 2019-cu ildə özü üçün tikdirdiyi 2 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 201-ci il tarixli AZ-İİ 657006 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 18 avqust 2010-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 aprel 201-ci il tarixli AZ-İİ 657005 doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 09.11.2007-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHBA-nın Ləki qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 27 avqust 2021-ci il tarixli, 400 saylı arayışından məlum olur ki, İddiaçı Ağdaş rayonu, Ləki qəsəbə, C.Məmmədov küçəsi 36/54 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş, 12.05.2020-ci il tarixli 2(014)-203/2020 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, iddiaçı X3 ilə Cavabdeh1 arasında Azərbaycan Respublikası Ağdaş rayon qeydiyyat şöbəsində qeydə alınmış 09 iyun 2011-ci il tarixdə 136 saylı nikah qeydi pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından 18 avqust 2010-cu ildə X5 və 09 noyabr 2007-ci ildə X10 anaları X2 himayəsində saxlanılması, Cavabdeh1 08 yanvar 2020-ci il tarixdən başlayaraq, 18 avqust 2010-cu ildə X5 və 09 noyabr 2007-ci ildə X6 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödənilməsi, Cavabdeh1 iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli **********68 saylı məktuubdan məlum olur ki, X4 və Cavabdeh1 adına Ağdaş rayon inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş bazada məlumat yoxdur. Beləliklə, məhkəmədə aydın oldu ki, Cavabdeh1 ilə İddiaçı qızı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. İddiaçı mübahisəli evə 2011-ci ilin iyun ayından faktiki ailə quraraq evləndikdən sonra Cavabdeh1 və onun valideynləri yaşadığı evə gəlin köçərək orada yaşamışdır. Təsərrüfatları birgə idarə etmişlər. Lakin sonralar aralarında narazlıqlar baş verəməyə başladığından Ağdaş Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli 2(014)- 203/2020 saylı qətnaməsinə əsasən cavabdeh X9 ilə aralarında bağlanmış 09 iyun 2011ci il tarixli 136 saylı nikah pozulmuş, hər iki uşaq onun himayəsində saxlanılmış və hər uşağın saxlanılması üçün 100 manat məbləğində alimentin ona ödənilməsi qət edilmişdir. Uşaqlar hal-hazırda iddiaçı ilə birlikdə Cavabdeh1 yaşadığı ünvan 3 ünvanda yaşayırlar. Lakin cavabdeh ona həmin evdə yaşamaq hüququnun olmadığını tələb edərək onu 2 azyşalı övladı ilə birlikdə həmin evdən çıxarmaq istəyir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, iddia ərizəsində qeyd edilən ünvanda iki fərdi yaşayış evi mövcuddur. İddiaçı cavabdehlə birgə ilk öncə cavabdehin ailə üzvlərinə aid olan evə gəlin köçüb yaşasa da, sonradan cavabdehlə birgə gəlirləri hesabına qeyd edilən ünvanda özlərinə iki mərtəbəli dörd otaqlı fərdi yaşayış evi inşa edərək həmin evdə yaşamışlar. İddiaçı da halhazırda azyaşlı övladları ilə həmin yaşayış sahəsində yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. AR MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Belə olan halda hazırki iddia tələbinin qanuni əsası kimi qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü və 123-cü maddələri deyil, 01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci və 70-ci maddələri çıxış edir. Belə ki, tərəflər arasında mülki hüquq münasibətlərinin yarandığı 2011-ci ildə mübahisəli ev xüsusi mülkiyyətdə olmamışdır. Belə olan halda tərəflər arasında 2011-ci ildə yaranmış mülki hüquq münasibətlərinə mübahisəli evə mülkiyyət münasibətlərindən irəli gələn deyil, sosial kirayə müqaviləsindən irəli gələn normalar tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Həmin Məcələnin 70-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 N°-li Qərarının 7-ci bəndində izah olunmuşdur ki, kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Müəyyən edilmiş qaydada evə köçürmə dedikdə, bir qayda olaraq, yaşayış sahəsinə pasport qaydalarına əməl olunmaqla köçürmə başa düşülür. Lakin, pasport qeydiyyatına alınmaqdan əsassız olaraq imtina edildikdə, məhkəmə mənzilə köçürülən şəxsin yaşayış sahəsinə hüququnu tanıya bilər. Ərin (arvadın) yaşayış sahəsinə hüququ haqqında mübahisəni həll edərkən məhkəmə işin konkret hallarını nəzərə almaqla kirayəçinin və onun yetkinlik yaşına çatmış ailə üzvlərinin ər (arvad) mənzilə köçürülərkən etiraz etmədiklərini faktiki razılıq kimi qəbul edib, onların mənzilə pasport qeydiyyatı olmadığı hallarda belə, yaşayış sahəsinə hüquqlarını tanıya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, qanunda daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçisinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətində saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və ya onun ailə üzvünün üzrlü səbəblərdən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının göstərilən müddəaları əvvəllər qüvvədə olmuş mənzil qanunvericiliyinin izah olunmasına yönəlmiş olsa da, məhkəmə hesab edir ki, göstərilən müddəalar hazırda qüvvədə olan Mənzil Məcəlləsində öz əksini tapmış hüquq münasibətlərinə də şamil oluna bilər. Belə ki, məhkəmə tərəfindən istinad edilən müddəalar həm qüvvədən düşmüş, həmdə ki qüvvədə olan mənzil qanunvericiliyinin oxşar münasibətlərinə şərh verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndində göstərilir ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 32-33-cü və “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «V.O.Teryovinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 15 yanvar 2010-cu il tarixli qərarındakı mövqeyindən çıxış edərək hesab edir ki, cavabdehlərin mübahisəli ev üzərində sahiblik və istifadə hüquqları olduğundan və onun həmin hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibi kimi iddiaçının hüquqları cavabdehlərin hüquqları ilə bərabər həddə müdafiə olunmalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı 09 iyun 2011-ci il tarixdə Cavabdeh1 ilə ailə quraraq, mübahisəli evə gəlin köçüb, həmin nikahdan iki uşaqları olub. Cavabdeh 2011-ci ildən bu günə qədər mübahisəli evlərdə yaşayıb. Əvvəl cavabdehin ailə üzvlərinə məxsus olan fərdi yaşayış evində, sonradan isə cavabdeh keçmiş əri ilə birgə inşa etdikləri və hal-hazırda yaşadığı iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evində (qeyd edilən hər iki yaşayış evi eyni ünvanda bir torpaq sahəsinin daxilində yerləşir) yaşayır. Mübahisə predmeti olan fərdi yaşayış evi özbaşına tikili olmaqla həmin yaşayış evinə dair hüquqlar daşınmaz əmlak kimi qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən fərdi yaşayış evindən istifadə ilə bağlı maneələrin yaradılması aradan qaldırılmalı, iddia tələbi qalan-istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər tərəfindən yaradılmış manelər aradan qaldırılmalı, iddianın qalan hissəsi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. İddiaçı ünvan 2 ünvanında yerləşən, iki mərtəbəli, dörd otaqlı fərdi yaşayış evindən özü və uşaqları tərəfindən istifadə edilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddianın qalan hissəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-1989/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1989/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver