Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2003/2021 11.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı və cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı orqan Maraqlı şəxsnə qarşı “vərəsəlik hüquqununun tanınması, paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı və cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı orqan Maraqlı şəxsnə qarşı “vərəsəlik hüquqununun tanınması, paylarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri 13.08.2011-ci il tarixdə vəfat etmiş X7 və 30.10.2000-ci il tarixdə vəfat etmiş X2 onlara çatası paylarına, yəni ünvan 1ində yerləşən 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinə o və maraqlı şəxslər olan bacı-qardaşları Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəlik hüquqlarının tanınması, miras qalmış ünvan 1ində yerləşən 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində paylarının o və maraqlı şəxslər olan bacıqardaşları Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin 1/7 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 və anası X8 21.08.1970-ci ildə rəsmi ailə quraraq evlənmişlər. Onların birgə nikahlarından o, bacı –qardaşları Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 anadan olmuşdur. X1 13.08.2011-ci il tarixdə, anası X8 30.10.2000-ci il tarixdə Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən yaşadıqları evlərində vəfat etmişlər. Mərhum valideynlərinin və onların adlarına Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 15 nömrəli qərarı ilə 2.61 hektar ölçüdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Mərhum valideynləri ölən günə ondan və cavabdehlərdən ibarət qanun üzrə birinci növbəli vərəsələri qalmışdır. Valideynlərinin ölümündən sonra onların dəfn mərasimini təşkil etməklə və miras qalmış kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsində müəyyən işlər görməklə vərəsəlik açıldığı vaxtdan mirası faktiki qəbul etməyini şəksiz nümayiş etdirmişdir. Mərhum valideynlərinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdir, lakin cavabdehlərlə aralarında mübahisə olduğuna görə miras əmlakda payların müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, qanun üzrə birinci növbəli vərəsə kimi mirasın açılmasından sonra miras kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən pay istəməyi ilə əlaqdədar ötən müddət ərzində mövqeyini ortaya qoysa da, mübahisəni məhkəmədən kənar, yəni notariat konturunda həll etmək mümkün olmadığından mübahisəyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün müraciət etmişdir. Mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlakın kütləsi 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsindən onlara çatası pay təşkil edir. Mərhum valideynlərinin ölümündən sonra qanun üzrə vərəsələr 7 nəfər olduğuna görə mərhum valideyinlərindən miras qalmış əmlakda paylarının hər birinə 1/7 hissədə müəyyən edilməlidir. Mərhum valideynlərinin o və maraqlı şəxslər olan bacı-qardaşları Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 başqa vərəsləri olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddia tələbini qəbul edərək bildirmişlər ki, həqiqətən də valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlakla iddiaçı və digər cavabdehlər faktiki olaraq qəbul etmişlər. Lakin aralarında miras əmlakda paylarla bağlı müəyyən anlaşılmazlıq olduğuna görə notaiat ofisində vərəsəliyin açılması mümkün olmamışdır. Hazırda bütün vərəsələrin vərəsəlik hüququnun tanınmasını və miras əmlakda paylarının müəyyən edilməsinə razı olduqlarını, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat baxmayaraq cavabdehlər və maraqlı orqan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehlərin və maraqlı orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, iddiaçı və cavabdehlər ilə qohumdur. Tərəflərin mərhum anaları rəhmətə getdikdən sonra mübahisə predmeti olan torpaq sahəsini meyvə ağacları əkmək və məhsulları götürüb satmaq üçün istifadə etmişlər. Ataları rəhməti gedəndən sonra və son illərə qədər torpaqdan istifadə ilə bağlı iddiaçı və cavabdehlər arasında hər hansı narazılıq olmamışdır. Məhkəmə iclasında dindirilən X5 ifadə verərək bildiridi ki, iddiaçı və cavabdehlər onun qonşusudur. Mərhumun vərəsələri həmişə həmin torpaq sahəsində tərəvəz və meyvə ağacları əkmişlər. Məhkəmə iddiaçının və cavabdehlərin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 475 saylı 03 avqust 2021-ci il tarixli məktubundan məlum olur ki, vərəsə olan tərəflərin arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı ixtilaf olduğuna görə vərəsəlik işin açılması mümkün olmamış və tərəflərə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2021-ci tarixli 2124 saylı ölüm haqqında arayışdan məlum olur ki, X7 13.08.2011-ci ildə Ağdaş rayon, Bulaqotağı kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05.07.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən məlum olur ki, Ağdaş rayon, Bulaqotağı kəndində yerləşən 2.6140 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, X9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27.11.2000-ci tarixli AZ038405 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 30.10.2000-ci ildə Ağdaş rayon, Bulaqotağı kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 aprel 2018-ci il tarixli AZ-İ291569 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X30 ilə Cavabdeh2 arasındakı nikah 17 aprel 2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qəbələ rayon Şamlı kənd İƏN-i tərəfindən verilmiş 24 aprel 2013-cü il tarixli AZ-826819 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X11 ilə X14 nikahlarını 24 aprel 2013-cü il tarixdə qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qəbələ regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.04.2021-ci il tarixli AZ-435526 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X20 ilə İddiaçı nikahlarını 24 aprel 2021-ci il tarixdə qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Kükəl kənd soveti tərəfindən verilmiş 20 iyun 1995-ci il tarixli Vİ-ЖГ 262823 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X17 ilə X15 nikahlarını 20 iyun 1995-ci il tarixdə qeyd etdirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Kükəl kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 239 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Hüşün kənd sakini xx.xx.1978-ci il təvəllüdlü X16 hal-hazırda Ağdaş rayon Hüşün kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qarağan Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 269 saylı arayışdan məlum olur ki, Cavabdeh2 xx.xx.1979-cu ildə anadan olub, halhazırda Ağdaş rayon Qarağansədi kədnində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon icra Hakimiyyəti Mamaylı kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli 90 saylı arayışdan məlum olur ki, İsrəfilova İİlahə Ağabala qızı həqiqətən Qəbələ rayon Mamaylı kənd İƏD üzrə nümayəndəliyində qeydiyyatdadır və hal-hazırda Qəbələ rayon Mamaylı kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qəbələ rayon icra Hakimiyyətinin Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2021-ci il tarixli 189 saylı arayışdan məlum olur ki, İddiaçı Qəbələ rayon Hacıalılı kəndində qeydiyyatda olmaqla hal-hazırda Qəbələ rayon Hacıalılı kəndində yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2021-ci il tarixli 192 saylı arayışdan məlum olur ki, mərhum X3 aşağıdakı kimi vərəsələri olmuşdur. həyat yoldaşı X8-vəfat edib, qızı-Hüseynova (Qurbanova) Məhəbbət Ağabala qızı, qızı- X9, qızı- Rəfiyeva (Qurbanova) Günay Ağabala qızı, qızı- Əzizova (Qurbanova) Cehunə Ağabala qızı, qızı-İsrəfilova (Qurbanova) İlahə Ağabala qızı, oğlu-Cavabdeh5, oğlu- Cavabdeh6. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət hüquqna dair JN-172, (kod ********) saylı dövlət aktından görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 15 saylı qərarına əsasən ünvan 1i ərazisində 2.61 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9, Cavabdeh5, Cavabdeh6, X15, X12, X14, X7 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yuxarı Qəsil bələdiyyəsi tərəfindən verilmiş 14 oktyabr 2021-ci il tarixli 51 saylı arayışdan məlum olur ki, aşağıda adları qeyd edilən Bulaqotağı kənd sakinləri onların xüsusi mülkiyyətində olan 2.61 ha özəl pay torpağından bağ kimi istifadə edirlər. İddiaçı, X9, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli 2125 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1942-ci il tarixdə ünvan 1ində anadan olmuş X3 nikah haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə 30.10.2000-ci ildən 13.08.2011-ci ilədək “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparılmış X3 nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli 3055 saylı doğum haqqında arayışdan məlum olur ki, X6 xx.xx.1972-ci ildə Ağdaş rayon Bulaqotağı kədnində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 2011-ci il tarixli AZ-İ 481864 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X7 13 avqust 2011-ci ildə ünvan 1ində vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəsil kənd soveti tərəfindən verilmiş 23 aprel 2021-ci il tarixli Vİİİ-ЖГ 404382 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X14 xx xxxx 1982-ci ildə ünvan 1ində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qəsil kənd XDC icrayyə tərəfindən verilmiş 20 mart 1978-ci il tarixli V-ЖГ 261966 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 xx xxxx 1978-ci ildə ünvan 1ində doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsi dair JN-006A, (kod ********) saylı dövlət aktından görünür ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarına əsasən ünvan 1i ərazisində 0.48 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X9, Cavabdeh5, Cavabdeh6, X15, X12, X14, X7 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2021-ci il tarixli 422 saylı arayışdan məlum olur ki, 24.012.1972-ci il təvəllüdlü Qəbələ rayon Hacallı kəndində qeydiyyatda olan İddiaçı adına ünvan 1i ünvanında yerləşən daşınmaz əmlakın reyestr nömrəsi **********69 olan çıxarışa əsasən, aşağıda adları qeyd olunan şəxslər 2.6140 ha olan torpaq sahəsindən meyvə bağı kimi istifadə edirlər. özü-Hüseynova (Qurbanova)Məhəbbət Ağabala qızı, bacısı X9,bacısı- Rəfiyeva (Qurbanova) Günay Ağabala qızı, bacısı- Əzizova (Qurbanova) Cehunə Ağabala qızı, bacısı-İsrəfilova (Qurbanova) İlahə Ağabala qızı, qardaşı-Cavabdeh5, qardaşı-Cavabdeh6dur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxslər X7 13.08.2011-ci ildə, X8isə 30.10.2000-ci ildə ünvan 1ində ölmüşdür. Məhkəmə hesab edir ki, miras qoyan şəxslər – 13.08.2011-ci il tarixdə Qurbanov Ağabala oğlu,X8 isə 30.10.2000-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Həmin Məcəllənin 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X7 13.08.2011-ci ildə, X8 isə 30.10.2000-ci ildə vəfat etdiyindən həmin günlər mirasın açıldığı vaxt sayılır. Miras qoyanlar Ağdaş şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş şəhərində yerlədiyindən mirasın açıldığı yer Ağdaş şəhəridir. X3 və X8 payına miras əmlakın, yəni ünvan 1ində yerləşən 2.61 ha həyətyanı torpaq sahəsinin 2/9 hissəsi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X7 və X8 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlaka miras qoyanlarla (X7 və X8) yanaşı iddiaçı və cavabdehlərə ümumbirgə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ində yerləşən 2.61 ha həyətyanı torpaq sahəsinin miras qoyanlara məxsus olan 2/9 hissəsi daxildir. Miras qoyanların ölümündən sonra miras qalmış 2.61 ha həyətyanı torpaq sahəsinin həmin hissəsi iddiaçı və cavabdehlər tərəfindən miras əmlaka sahiblik edilməyə və idarə edilməyə başlanılmaqla, mirasın faktiki olaraq qəbul qəbul edildyi şəksiz nümayiş etdirilmişdir. Miras qoyanların ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri 7 nəfərdən ibarət olduğuna görə miras əmlakda hər birinin payı 1/7 hissədə müəyyən edilməlidir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli,13.08.2011-ci il tarixdə vəfat etmiş X7 və 30.10.2000-ci il tarixdə vəfat etmiş X4, habelə iddiaçı və cavabdehlər ümumbirgə mülkiyyət hüququ ilə məxsus olan ünvan 1ində yerləşən 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin miras əmlaka daxil olan hissəsinə İddiaçı və cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 vərəsəlik hüququ tanınmalı və hər birinin payı qeyd edilən torpaq sahəsində ayrı-ayrılıqda 1/7 hissədə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13.08.2011-ci il tarixdə vəfat etmiş X7 və 30.10.2000-ci il tarixdə vəfat etmiş X4 aid olan ünvan 1ində yerləşən 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsinin miras əmlaka daxil olan (dövlət reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.07.2021-ci il olan çıxarışla) hissəsinə İddiaçı və cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin ayrı-ayrılıqda 1/7 hissədə vərəsəlik hüququ tanınsın. ünvan 1ində yerləşən (dövlət reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05.07.2021-ci il olan çıxarışla qeydiyyata alınmış) 2.61 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulan torpaq sahəsində İddiaçı və cavabdehlər Məcnunova (Qurbanova) Pərvanə Ağabala qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin payı ayrı-ayrılıqda 1/7 hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-2003/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2003/2021
11.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver