Məhkəmə qərarları › İş №2(014)-201/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-201/2024

13.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-201/2024 13.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Ağdaş şəhəri, Ə.Bayramov küçəsi 1-ci dalan, ev 1A (yeni qaydalarla ünvan 2 22 nömrəli evdən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyul 2000-ci il tarixdə ölmüş X10 İddiaçı əridir. Əri Elxana məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 12 iyul 2023-cü il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda 31.80 kv.m olan evi və 0.0528 ha torpaq sahəsi var. Həmin evin mülkiyyət hüququ tam formada mərhum ərinə məxsusdur. Belə ki, ərinin ölümündən sonra uşaqlarının razılığı ilə vərəsəlik açdırmaq istəyən zaman ona məlum olmuşdur ki, Elxanın uzaq qohumu olan 25 oktyabr 2019-cu il tarixdə ölmüş X1 arvadı və uşaqları həmin evdə qeydiyyatdadırlar. Belə ki, Fəxrəddin evləndikdən sonra Adessa şəhərinə getmiş və orada yaşamışdır. Adessadan qayıtdıqdan sonra isə ailəsi və uşaqları ilə Bakı şəhərində yaşamışdır. İddiaçı dəfələrlə hazırki iş üzrə cavabdehlərə mərhum ərinə məxsus evdən qeydiyyatdan çıxmalarını tələb etsə də, onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaq istəmirlər. Cavabdehlər mərhum ərinə məxsus ünvandan qeydiyyatdan çıxıb öz yaşadıqları ünvana qeydiyyata düşmədiklərindən iddiaçının və ailə üzvlərinin hüquqları kobud şəkildə pozulmuşdur. Buna görə də 25 iyul 2000-ci il taridə ölmüş əri X10 12 iyul 2023-cü il tarixdə qeydə alınmış ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ev (yeni qaydalarla ünvan 2 ünvanından cavabdehlərin istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, mərhum əri X10 ilə 25 aprel 1962-ci il tarixdə evlənmişlər və əri 25 iyul 2000-ci il tarixdə ölmüşdür. Ərinin ölümündən sonra ona və övladlarına Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1A, 1-ci dalan (Yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlakı qalmışdır. Övladlarının razılığı ilə həmin evi vərəsəlik işi açdıraraq adına rəsmiləşdirmək istəyərkən məlum olmuşdur ki, mərhum ərinin qohumu X1 ailə üzvləri, yəni arvadı və övladları onlara məxsus fərdi yaşayış evində qeydiyyatdadırlar. Buna görə də vərəsəlik işinin açılmasından imtina edilmişdir. Dəfələrlə cavabdehlərə həmin fərdi yaşayış evindən qeydiyyatdan çıxmalarıını tələb etsələr də, cavabdehlər bununla bağlı hər hansı bir hərəkət etməmişdirlər. Ona görə də cavabdehlərin ona məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmalarına dair qanuni qərar qəbul edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin sonradan məlum oldu ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, və Cavabdeh4 qeydiyyatdan çıxmışlar, lakin Cavabdeh3 hazırda sözügedən evdə qeydiyyadadır. Qeyd olunanların nəzərə alınaraq Cavabdeh3 Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1A, 1-ci dalan (Yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 25 aprel 1962-ci il tarixdə Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş İ-ИЕ № 317251 saylı nikah şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 25 aprel 1962-ci il tarixdə 25 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İşin materiallarında olan 29 oktyabr 2019-cu il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 044362 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 25 oktyabr 2019-cu il tarixdə dəqiqləşdirilməmiş miokard infarktı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 05/09İS/114872-23 saylı arayışdan görünür ki, 01 iyul 1937-ci il təvəllüdlü X2 aid 25 may 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ailə tərkibi xx xxxxxxx 1944-cü il təvəllüdlü İddiaçı, 13 mart 1966-cı il təvəllüdlü X11, 20 noyabr 1967-ci il təvəllüdlü X19 (ölüb), 14 fevral 1969-cu il təvəllüdlü X12, 23 aprel 1970-ci il təvəllüdlü X13, 05 oktyabr 1972-ci il təvəllüdlü X16 və 23 iyun 1976-cı il təvəllüdlü X6 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 708- 3 saylı arayışdan görünür ki, İddiaçı mərhum əri X10 25 iyun 2000-ci il tarixdə ölmüşdür. Mərhumun varisləri xx xxxxxxx 1944-cü il təvəllüdlü İddiaçı, 13 mart 1966-cı il təvəllüdlü X11, 20 noyabr 1967-ci il təvəllüdlü X19 (ölüb), 14 fevral 1969-cu il təvəllüdlü X12, 23 aprel 1970-ci il təvəllüdlü X13, 05 oktyabr 1972-ci il təvəllüdlü X16 (ölüb) və 23 iyun 1976cı il təvəllüdlü X6 ibarətdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 708- 2 saylı arayışdan görünür ki, İddiaçı, X13 və X20 mərhum X10 ilə ünvan 1 evdə birgə yaşamırlar. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 708- 1 saylı arayışdan görünür ki, X10 öən günədək ünvan 1 evdə yaşamışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 25 noyabr 2023-cü il tarxili, 807 saylı məktubundan görünür ki, İddiaçı mərhum əri X3 miras qalmış Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1A, 1-ci dalan (Yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair tam hissədə ona qanun üzrə vərəsəlik haqqında şəhadətnamə mirasın bölgüsündə digər vərəsələrlə aralarında mübahisə olduğundan verilə bilməmiş və ona mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 noyabr 2023-cü il tarixli, 8/132-09 saylı məktubdan görünür ki, Ağdaş RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi qurupunun kartotekasına əsasən İddiaçı mərhum əri X7 məxsus olan ünvan 6 ünvanında xx xxxxxxx 1944-cü il təvəllüdlü X17, 14 fevral 1969-cu il təvəllüdlü X18, 23 aprel 1970-ci il təvəllüdlü X14, 23 iyun 1976-cı il təvəllüdlü X21, xx xxxx 1964-cü il təvəllüdlü Cavabdeh1, xx xxxx 1988-ci il təvəllüdlü Cavabdeh2, xx xxxx 1986-cı il təvəllüdlü Cavabdeh3, xx xxxxx 1990-cı il təvəllüdlü Cavabdeh4 ünvan 7 ünvanında qeydiyyatdadırlar. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1-ci dalan, ev 1A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən 0,0528 ha yaşayış məntəqələrinin torpaqları və fərdi yaşayış evi X4 ümumi birgə mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 12 iyun 2023-cü il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyul 2023-cü il tarixli, 903-1/3695 inventar nömrəli Texniki Pasportun surətindən görünür ki, Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1-ci dalan, ev 1A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti X8r. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 12 iyul 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1-ci dalan, ev 1A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X7 məxsusdur. İddiaçı mərhum əri 25 iyul 2000-ci il tarixdə ölmüş və mərhum ərindən ona və ailə Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1-ci dalan, ev 1A (yeni qaydalarla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi miras əmlakı olaraq qalmışdır. Həmin evin mülkiyyət hüququ tam formada mərhum X7 məxsusdur. Lakin vərəsəlik işi açılan zaman sözügedən evdə öz qohumlarının qeydiyyatda olması müəyyən edildiyindən vərəsəlik işinin açılması mümkün hesab edilməmişdir. Hazırda iddiaçı öz qohumlarının həmin evdən qeydiyyatdan çıxarılmasını tələb edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, iddiaçının mərhum əri sözügedən fərdi yaşayış evinə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər mənzildə yaşamadığı üçün həmin evdə istifadə hüquqlarını itirmiş və onlar həmin mənzildə formal olaraq qeydiyyatda qalmışlar. Məhkəmə hesab edir ki, iddiaçının özü və ya mərhum əri ilə cavabdehlər arasında istifadə hüququnun itirilməsi ilə bağlı hər hansı qeyd-şərt nəzərdə tutulmadığından, iddiaçı və mərhum əri ilə cavabdehlər arasında istifadə hüququnun tanınmasına dair notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından, onların istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddia qismən təmin edilməli, Cavabdeh3 fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələnin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 119-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3 Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1A, 1-ci dalan (Yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdeh Ağdaş şəhəri, Ə.Bayramov küçəsi, 1A, 1-ci dalan (Yeni qaydalarla: AZ 0300, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatının ləğvi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar