Məhkəmə qərarları › İş №2(014)-2058/2025

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2058/2025

10.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2058/2025 10.10.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, İddiaçı Ağdaş rayon Kotanarx Bələdiyyəsinin cavabdehlər Cavabdeh və X1 qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı Ağdaş rayon Kotanarx Bələdiyyəsi cavabdehlər Cavabdeh və X1 qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində iddiaçı Ağdaş rayon Kotanarx Bələdiyyəsi göstərilməklə ərizə bələdiyyə sədri vəzifəsini müvəqqəti icra edən X3 tərəfindən imzalanmış, lakin ərizəni imzalayan şəxsin səlahiyyətini, eləcə də xidməti vəziyyətini təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Ağdaş rayon Kotanarx Bələdiyyəsinə, eyni zamanda ödənilmiş 99 manat 60 qəpik (tarix: xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********) və 1 (bir) manat (tarix: xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********) məbləğində dövlət rüsumu dövlət büdcəsindən X2 geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152 və 263-264-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı Ağdaş rayon Kotanarx Bələdiyyəsi cavabdehlər Cavabdeh və X1 qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Ağdaş rayon Kotanarx Bələdiyyəsinə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Ödənilmiş 99 manat 60 qəpik (tarix: xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********) və 1 (bir) manat (tarix: xx.xx.2025; mədaxil qəbzi nömrəsi: **********) məbləğində dövlət rüsumu dövlət büdcəsindən X2 qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar