Məhkəmə qərarları › İş №2(014)-207/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-207/2021

26.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-207/2021 26.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, X10 iştirakı ilə, İddiaçı və cavabdehlər Ağdaş rayon Notariat Ofisi, Cavabdeh2, X13, Cavabdeh5, mərhum X8 birinci növbəli vərəsəsi Cavabdeh6, Cavabdeh7 qarşı “miras əmlak üzərində vərəsəlik hüquqununun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ağdaş rayon Notariat Ofisi, Cavabdeh2, X13, Cavabdeh5, mərhum X8 birinci növbəli vərəsəsi Cavabdeh6, Cavabdeh7 qarşı “miras əmlak üzərində vərəsəlik hüquqununun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ şəhadətnamənin verilməsi”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X3 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş, anası X6 məxsus olan (ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi) “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, payın müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qanun üzrə birinci növbə vərəsə olmuş qardaşı X8 ölümündən sonra onun övladları X10 və X1 əlavə cavabdeh şəxs kimi cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X3 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş, anası X6 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə vərəsəlik hüququnun tanınması və paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 və anası X23 qızı ilə ailə qurmuşlar, nikahlarını 01 mart 1962-ci il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından o, bacı-qardaşları Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlu, Cavabdeh5, X15, Cavabdeh7, X16, Cavabdeh5mərdan Teymur oğlu və Cavabdeh1 anadan olmuşdur. 04.08.1963-cü ildə anadan olmuş qardaşı Cavabdeh5mərdan Teymur oğlu 30.11.1963-cü ildə, 01.10.1964-cü ildə anadan olmuş bacısı X16 03.12.1964-cü ildə vəfat etmişlər. Mərhum qardaşı X15 da vəfat etmişdir və onun ölümündən sonra qanun üzrə birinci növbəli yalnız arvadı Cavabdeh6 qalmışdır. Mərhum valideynləri birgə nikah dövründə Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 5/2 ünvanında qanuni istifadələrində olan 0.175 hektar həyətyanı torpaq sahəsində bir mərtəbəli bir zaldan və iki otaqdan ibarət fərdi yaşayış evi tikdirərək orada yaşamışalr. X3 31.12.2013-cü ildə, anası X11 isə 08.12.2018ci ildə Ağdaş şəhərində vəfat etmişdir. Onların ölən günə ondan və cavabdehlər Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlu, Cavabdeh5, X19 və Cavabdeh1 ibarət qanun üzrə birnici növbəli vərəsələri qalmışdır. Qnun üzrə vərəsələrdən Cavabdeh1 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 136 nömrəli, 09 sentyabr 2019-cu il tarixli sərəncamı ilə onun şəxsi əmlakı, hüquq və mənafelərininm müdafiəsi üçün doğma bacısı Cavabdeh7 üzərində qəyyum təyin edilmişdir. Valideynlərinin ölümündən sonra onların dəfn mərasimini təşkil etməklə və miras qalmış həyətyanı torpaq sahəsində və fərdi yaşayış evində müəyyən işlər görməklə vərəsəlik açıldığı vaxtdan mirası faktiki qəbul etməsini şəksiz nümayiş etdirmişdir. Mərhum anasının ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar Ağdaş rayon Notaiat ofisinə müraciət etmiş, lakin cavabdehlərlə aralarında mübahisə olduğuna görə miras əmlakda payların müəyyən edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göründüyü kimi, qanun üzrə birinci növbəli vərəsə kimi mirasın açılmasından sonra miras həyətyanı torpaq sahəsindən və həmin ərazidə tikilmiş fərdi yaşayış evindən pay istəməsi əlaqədar ötən müddət ərzində mövqeyini ortaya qoysa da, mübahisəni məhkəmədən kənar, yəni notariat kontorunda həll etmək mümkün olmadığından mübahisəyə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün müraciət etmişdir. Mərhum valideynlərinin ölümündən sonra miras qalmış əmlakın kütləsi 0.175 hektar həyətyanı torpaq sahəsindən onlara çatası paylar və atasından yaşayış evi tam təşkil edir. Onların ölümündən sonra qanun üzrə vərəsələr 7 nəfər olduqlarına görə mərhum valideynlərindən miras qalmış əmlakda payları hər birinə 1/7 hissədə müəyyən edilməlidir. Ona görə də iddiasının təmin olunmasını xahiş edir. İddiaçı məhkəmə icalsında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iddianı qəbul edərək məhkəmə iclasında izah etdi ki, həqiqətən də valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlakla o, iddiaçı və digər cavabdehlər, həmçinin vəfat etmiş qardaşları X8 iki nəfər uşaqları faktiki olaraq qəbul etmişlər. Lakin aralarında mirs əmlakda palarla bağlı müəyyən anlaşılmazlıq olduğuna görə notaiat ofisində vərəsəliyin açılması mümkün olmamışdır. Hazırda bütün vərəsələrin vərəsəlik hüququnun tanınmasını və miras əmlakda paylarının müəyyən edilməsinə razıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh5əsgər Teymur oğlu, Cavabdeh5, Cavabdeh7 iddianı qəbul edərək məhkəmə iclasında Cavabdeh2 izahatına uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh X20 iddianı qəbul edərək məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, mərhum X8 oğludur. Atası vəfat etdiyinə görə özü və bacısı X7 qanun üzrə vərəsədir. Vərəsə kimi o və bacısı babası Teymur Hüseynovun və nənəsi Afayət Həşimovanın ölümündən sonra onlardan miras qalmış həyətyanı torpaq sahəsi və yaşayış evi ilə maraqlanmış və miras əmlakda atalarına çatası payını istəmək mövqeyini ortaya qoymuşdur. Mərhum baba və nənəsindən miras qalmış əmlakda mərhum atalarına çatası payını istəyir. Bütün vərəsələrin vərəsəlik hüquqlarının tanınmasına və hər birinin paylarının müəyyən edilməsinə razıdır. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdehə xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 fevral 2020-ci il tarixli 557 nömrəli nikah haqqında akt qeydindən çıxarışdan aydın olur ki, X14 ilə X12 01 mart 1962-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli 1803 və 1805 saylı döğum və ölüm haqqında akt qeydi barədə arayışlardan görünür ki, 04 avqust 1963-cü ildə Ağdaş rayonunu Qəribli kəndində anadan olmuş Cavabdeh5mərdan Teymur oğlu 30 noyabr 1963-cü ildə Ağdaş rayonunu Qəribli kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 avqust 2020-ci il tarixli 1804 və 1806 saylı döğum və ölüm haqqında akt qeydi barədə arayışlardan görünür ki, 01 oktyabr 1964-cü ildə Ağdaş rayonunu Qəribli kəndində anadan olmuş X16 03 dekabr 1964-vü ildə Ağdaş rayonunu Qəribli kəndində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 oktyabr 1966-cı il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin və AZE ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətlərindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1966-cı ildə ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZE 17878587 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh2 27 yanvar 1956-cı ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuşdur və ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 fevral 2020-ci il tarixli 554 saylı ölüm haqqında akt qeydi barədə arayışdan məlum olur ki, X15 01 avqust 2003cü ildə ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən27 aprel 1959-cu il tarixli 1İ-İE 568180 saylı doğum haqqında şəhadətnamənin və AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx xxxxx 1953-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur və ünvan 4 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 noyabr 2018-ci il tarixli AZ-T 078157 saylı doğum haqqında şəhadətnamənin və AZE 09776753 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh7 26 fevral 1962-ci ildə ünvan 5 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA2283137 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh5 10 may 1950-ci ildə ünvan 6 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 08 noyabr 2018-ci il tarixli AZ-T 078157 saylı doğum haqqında şəhadətnamənin və AZE 06881766 saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Cavabdeh5əsgər Teymur oğlu 04 may 1971-ci ildə ünvan 7 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 136 saylı, 09 sentyabr 2019-cu il tarixli Sərəncamından görünür ki, xx xxxxx 1953-cü ildə anadan olmuş Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan hesab edildiyinə görə şəxsi əmlakı, hüquq və mənafelərinin müdafiəsi üçün doğma bacısı ünvan 9 ünvanında yaşayan Cavabdeh7 onun üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 16 fevral 2021-ci il tarixli, **********57 saylı və 19 aprel 2021-ci il tarixli, **********68 saylı məktublarından və onlara əlavə olunmuş sənədlərdən məlum olur ki, ünvan 10 ünvanda 0.175 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi Cavabdeh7 adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, X4 adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, Cavabdeh1 adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, Cavabdeh2 adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, X8 adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, İddiaçı adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, Cavabdeh5əsgər Teymur oğlunun adına fərdi yaşayış evinin yalnız torpaq sahəsi ümumbirgə, X9 adına yaşayış evi tam, torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququ üzrə 02 iyul 2020-ci ildə qeydiyyata alınmışdır və adlarına 02 iyul 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və fərdi yaşçayış evinin texniki pasportu işlənərək verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 yanvar 2014-cü tarixli AZ-İ 645558 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X14 31 dekabr 2013-cü ildə Ağdaş şəhərində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 dekabr 2018-ci tarixli AZ-İ 985739 saylı ölüm haqqında şəhadətnamədən məlum olur ki, X11 08 dekabr 2018-ci ildə Ağdaş şəhərində ölmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin 20 avqust 2020-ci il tarixli 1801 saylı arayışından məlum olur ki, 1932-ci ildə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 11 ünvanı qeyd edilmiş mərhum X4 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20 avqust 2020-ci il tarixədək aparılmış və həyat yoldaşı X14 (vəfat edib), oğlu Cavabdeh2, oğlu Cavabdeh5əsgər Teymur oğlu, oğlu Cavabdeh5, oğlu X15 (vəfat edib), qızı hüseynova Zərinə Teymur qızı, qızı X16 (vəfat edib), oğlu Cavabdeh5mərdan Teymur oğlu (vəfat edib), qızı, X19 və Cavabdeh1 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsinin 20 avqust 2020-ci il tarixli 1802 saylı arayışından məlum olur ki, 27.04.1960-cı ildə Ağdaş rayonunda anadan olmuş və ölüm akt qeydində sonuncu yaşayış yeri ünvan 11 ünvanı qeyd edilmiş mərhum X8 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20 avqust 2020-ci il tarixədək aparılmış və X3 (vəfat edib), anası X11 (vəfat edib), həyat yoldaşı Cavabdeh6, oğlu X20 və qızı X17 barədə məlumatlar aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat Ofisinin 458 saylı 08 sentyabr 2020-ci il tarixli məktubundan məlum olur ki, vərəsə olan tərəflərin arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı ixtilaf olduğuna görə vərəsəlik işin açılması mümkün olmamış və tərəflərə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəflərin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxslər X14 31 dekabr 2013-cü ildə, X11 isə 08 dekabr 2018-ci ildə Ağdaş şəhərində ölmüşdür. Məhkəmə hesab edir ki, miras qoyan şəxslər – 31 dekabr 2013-cü, X11 isə 08 dekabr 2018-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X14 31 dekabr 2013-cü ildə, X11 isə 08 dekabr 2018-ci ildə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyanlar Ağdaş şəhərində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş şəhərində yerlədiyindən mirasın açıldığı yer Ağdaş şəhəridir. X9 payına miras əmlakın, yəni ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin tam, evin yerləşdiyi 0.175 ha həyətyanı torpaq sahəsinin isə ümumbirgə, X4 payına isə torpaq sahəsinin ümumbirgə hissəsi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyan X14 və X4 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni ünvan 12 ünvanında yerləşən fərdi yaşayış evinin tam, evin yerləşdiyi 0.175 ha həyətyanı torpaq sahəsinin isə ümumbirgə hissəsi X9, 0.175 ha həyətyanı torpaq sahəsinin ümumbirgə hissəsi isə X4 adına rəsmiləşdirilmişdir. Mirasqoyaların ölümündən sonra miras qalmış yaşayış evinin və evin yerləşdiyi 0.175 ha həyətyanı torpaq sahəsinin miras qalmış hissəsi iddiaçı və cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilərək miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Miras qoyanların ölümündən sonra qanun üzrə birinci növbəli vərəsəlri 7 nəfərdən ibarət olduğuna görə miras əmlakda hər birinin payı 1/7 hissədə müəyyən edilməlidir. Qanun üzrə vərəsələrdən X15 vəfat etdiyindən onun qanun üzrə birinci növbəli vərəsələri olan uşaqları X10 və X5 birgə payları 1/7 hissədə müəyyən edilməlidir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsası olduğundan qismən təmin edilməli, 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X14 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş X6 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsinə və onun üzərində tikilmiş fərdi yaşayış evinə iddiaçı və cavabdehlərin hər birinin vərəsəlik hüquqları tanınmalı, miraq qalmış əmlakları hər birinə 1/7 hissədə, 01.08.2003-cü ildə vəfat etmiş qanun üzrə birinci növbə vərəsə X8 qanun üzrə birinci növbə vərəsələri olan uşaqları cavabdehlər X10 və X5 həmin əmlaklarda payları birlikdə 1/7 hissədə müəyyən edilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 31 dekabr 2013-cü il tarixdə vəfat etmiş X14 və 08 dekabr 2018-ci il tarixdə vəfat etmiş X6 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.175 hektar həyətyanı torpaq sahəsindən və onun üzərində tikilmiş fərdi yaşayış evindən onlara çatası paylarına İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh5əsgər Teymur oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1, X10 və X5 vərəsəlik hüquqları tanınsın. Miras qalmış həmin əmlakda İddiaçı, cavabdehlər Cavabdeh2 Cavabdeh5əsgər Teymur oğlunun, Cavabdeh5, Cavabdeh7, Cavabdeh1 hər birinin, cavabdehlər X10 və X5 isə birlikdə payı 1/7 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar