Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-21/2022 22.12.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X9 kаtibliyi, İddiаçı İddiaçı1 iştirakı ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən məcburi çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1957-ci ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində doğulmuş, Ağdaş rayonunun Qarağan-şıxlar kəndində yaşayan Cavabdeh Ağdaş rayonunun Qarağan Şıxlar kənd ərazisində yerləşən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 saylı qərarı ilə JN- 103B KOD 90308048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onlara məxsus 0.18 hektar torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiaçı1 məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.1957-ci ildə Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində doğulmuş, Ağdaş rayonunun Qarağan-şıxlar kəndində yaşayan Cavabdeh onların yəni, İddiaçı1, X10 və İddiaçı2 xüsusi mülkiyyətində olan **********78 reyestr nömrəli, Ağdaş rayonun Qarağan- Şıxlar kənd ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən onlara məxsus 0.1497 hektar torpaq sahəsindən məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində yaşayır. X2 xx.xx.2019-cu il tarixdə Ağdaş rayonunda Qarağan-Şıxlar kəndində vəfat etmişdir. Onların mülkiyyətlərində Ağdaş rayonunun Qarağan-Şıxlar kənd ərazisində JN-103B kOD 90308048 sayli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi mərhum anası Sahibə Xəlilova, bacısı Qənirə Xəlilova və ona Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il taruxli 16 saylı qərarı ilə verilmişdir. Bundan əlavə ********** nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda Ağdaş rayonun Qarağan Şıxlar kənd sakini Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə ona həmin torpaq sahəsindən çıxmasını xahiş və tələb etsə də cavabdeh xahişinə və tələbinə məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirir. Ona görə də Cavabdeh qarşı JN-103B kOD 90308048 sayli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.18 hektar torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair şikayət ərizəsi ilə məhkəməyə müraciət etmk məcburiyyətində qalmışdır. Mülki iş üzrə İddiaçı1 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçı məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Mülki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qarağan-Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarxli 991968 saylı ölüm haqqında arayışın surətindən məlum olur ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:103B saylı (kod ********) şəhadətnaməyə əsasən X10, İddiaçı2, X7 0.18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş rayon, Qarağan -Şıxlar kəndində yerləşən 0.1497 hektar torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X10, İddiaçı2, X6 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qarağan-Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 70 saylı arayışdan məlum olur ki, İddiaçı1 xx.xx.1970-ci ildə anadan olmuşdur və hal-hazırda Ağdaş rayon Qarağan Şıxlar kəndidnə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Qarağan-Şıxlar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 71 saylı arayışdan məlum olur ki, İddiaçı2 xx.xx.1958-ci ildə anadan olmuşdur və hal-hazırda Ağdaş rayon Qarağan Şıxlar kəndidnə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Qarağan -Şıxlar kəndində yerləşən 0.55 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh, X11, X8, X8 və X4 mülkiyyətindədir. İşə əlavə edilmiş Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2018-ci il tarixli 03/0406 saylı arayışın surətindən məlum olur ki, X1 xx.xx.2018ci il tarixli, ********* saylı ərizəsinə və xx.xx.2018-ci il tarixli, ********** saylı müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan mənzilində qiymətləndirilmə işi aparılmış, daşınmaz əmlakın xx.xx.2018-ci il tarixinə bazar dəyəri 21000 manat təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********18-10301 nömrəli Texniki Pasportunun surətindən məlum olur ki, Ağdaş rayon Qarağan Şıxlar kəndində yerləşən mənzil X3 adınadır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:107A saylı (kod ********) şəhadətnaməyə əsasən Cavabdeh, X11, X8, X8 və X5 0.55 hektar yaşayış məntəqəsi təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ünvan reyestr xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il **********63 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayon Qarağan-Şıxlar kəndi ərazisində yerləşən iddiaçını iddia etdiyi və özünün faktiki istiafdə etdiyi torpaq sahəsiin koordinatları naturada müəyyən edildi. Həmin koordinatları Ağdaş rayonu Qarağan-Şıxlar kəndi M.Müşfiq adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair Kompleks Yerquruluşu Layihəsində yerləşdirildi. Məlum oldu ki, iddiaçıların birgə mülkiyyətinə “Torpağın mülkiyyətə verilməsin dair” JN-103B kod 90308048 nömrəli şəhadətnamə ilə verilmiş 0.18 ha torpaq sahəsinin məkan göstəriciləri ilə onların faktiki istifadə torpaq sahəsinin həndəsi ölçüləri və məkan göstəriciləri üst-üstə düşmür. Torpaq sahəsinin sənədlərə əsasən müyyən edilmiş məkan göstəriciləri ilə faktiki istifadə göstəriciləri üst-üstə düşmədiyindən cavabdehin, iddiaçıya məxsus torpaq sahəsindən istifadə edib-etməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli 10/6700 saylı ekspert rəyindən məlum olur ki, iddiaçıların birgə mülkiyyətinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-103B kod 90308048 saylı şəhadətnamə ilə verilmiş 0.18 ha torpaq sahəsinin məkan göstəriciləri ilə onların faktiki istifadə torpaq sahəsinin həndəsi ölçüləri və məkan göstəriciləri üst-üstə düşmür. Torpaq sahəsinin sənədlərə əsasən müəyyən edilmiş məkan göstəriciləri ilə faktiki istifadə göstəriciləri üst-üstə düşmədiyindən cavabdehin, iddiaçıya məxssus torpaq sahəsindən istifadə edib-etməməsini müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********30 saylı mütəxəssis rəyindən məlum olur ki, 1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********78 reyestr nömrəsi ilə İddiaçı1 Yaqib oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.1754 hektar (Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 0.1497 hektar) torpaq sahəsinin ayrı-ayrı hissədə 83.59 kv.m və 1767 kv.m olmaqla, 101.26 kv.m hissəsi Cavabdeh naturada göstərdiyi çəpəri daxilindəki faktiki istifadə etdiyi 0.7464 ha torpaq sahəsi ilə üst-üstə düşür. 2.3.4. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında təsvir olunmuşdur. 5.6 Cavabdeh mülkiyyətinə **********18 reyestr nömrəli çıxarışla 0.55 ha torpaq sahəsi verilsə də, natirada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0.74.64 ha təşkil edir. Cavabdeh naturada göstərdiyi torpaq sahəsi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. İş materiallarında olan 1730 nömrəli, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən mütəxəsis rəyi verilməsi üçün 95 manat məbləğində pul Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlaz Ərazi İdarəsinin hesabına ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 10/6834 saylı ekspert rəyindən məlum olur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********78 reyestr nömrəsi ilə İddiaçı1 Yaqib oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.1754 hektar (Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 0.1497 hektar) torpaq sahəsinin ayrı-ayrı hissədə 83.59 kv.m və 1767 kv.m olmaqla, 101.26 kv.m hissəsi Cavabdeh naturada göstərdiyi çəpəri daxilindəki faktiki istifadə etdiyi 0.7464 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilir. Mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında təsvir olunmuşdur. Cavabdeh mülkiyyətinə **********18 reyestr nömrəli çıxarışla 0.55 ha torpaq sahəsi verilsə də, natirada göstərdiyi və istifadə etdiyi torpaq sahəsi 0.74.64 ha təşkil edir. Cavabdeh naturada göstərdiyi torpaq sahəsi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Ekspertiziya təhqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən iddiaçıların **********78 reyestr nömrəli, Ağdaş rayonun Qarağan-Şıxlar kənd ərazisində yerləşən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli 0.1497 hektar torpaq sahəsi vardır. İddiaçılar həmin 0.1497 ha torpaq sahəsindən onların icazəsi olmadan Cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini qeyd etsələr də, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, Ağdaş rayonu Qarağan-Şıxlar kəndində yerləşən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.1754 hektar (Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan koordinatlar daxilində 0.1497 hektar) torpaq sahəsinin ayrı-ayrı hissədə 83.59 kv.m və 1767 kv.m olmaqla, 101.26 kv.m hissəsi Cavabdeh naturada göstərdiyi çəpəri daxilindəki faktiki istifadə etdiyi 0.7464 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Nəticədə cavabdeh iddiaçıları öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qarağan-Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsinin ayrı-ayrı hissədə 83.89 kv.m və 17.67 kv.m olmaqla, cəmi 101.26 kv.m hissəsi olan torpaq sahəsindən çıxarılmalı və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçılaraya qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilməli, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 95 manat pul Cavabdeh alınıb İddiaçı1 ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Qarağan-Şıxlar kəndi ərazisində yerləşən torpaq sahəsinin ayrı-ayrı hissədə 83.89 kv.m və 17.67 kv.m olmaqla, cəmi 101.26 kv.m hissəsi olan sahəsindən çıxarılsın. İddia qalan hissədə rədd edilsin. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin mütəxəssisləri tərəfindən rəy verilməsi üçün çəkilən xərc olan 95 manat pulun Cavabdeh alınıb İddiaçı1 ödənilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN **********) hesabına ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-21/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-21/2022
22.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver