Məhkəmə qərarları › İş №2(014)-214/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-214/2022

11.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-214/2022 11.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Nəsibov Famil Hümbət oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki üzrə verilmiş ərizəni və iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı İddiaçı cavabdehlər Xəlilov Elşən Zeynal oğlu və X1 qarşı zəbt edilmiş torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmənin icraatına 15 dekabr 2021-ci il tarixdə daxil olmuş, məhkəmə hazırlıq iclası 11 yanvar 2022-ci il tarixə təyin edilmiş, iş üzrə İddiaçı 22 dekabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1 və 170.3-cü maddələrinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər.Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar