Məhkəmə qərarları › İş №2(014)-2200/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2200/2021

02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2200/2021 02.11.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Qarayev Orxan Sərxan oğlunun katibliyi, Ərizəçinin Ərizəçi nümayəndəsi X12 iştirakı ilə, Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1939-cu il təvəllüdlü X9 onun (xx.xx.1945-ci il təvəllüdlü Ərizəçi) bacısı olmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərmişdir ki, bacısı X21 1939-cu ildə Ağdaş şəhərində anadan olmuş, 16.10.1970-ci il tarixdə X4 ilə rəsmi nikaha girməklə Süleymanova soyadını götürmüşdür. Evlənən tarixdən Bakı şəhərində yaşamış, 23.08.2021-ci il tarixdə vəfat etmişdir. Ondan miras əmlak olaraq Bakı şəhəri, Nizami rayonunda mənzil qalmışdır. Hazırda həmin əmlakı vərəsəlik qaydasında adına rəsmiləşdirmək istəyir, lakin qohumluq münasibətini təsdiq edə biləcək X9 doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Bacısı Ağdaş rayonunda doğulduğu üçün bu barədə arayış almaq üçün Ağdaş rayon Dövlət Arxivinə və Maraqlı şəxsnə müraciət etmişdir. Həmin orqanların müvafiq cavab məktublarında arxivdə X9 doğum haqqında məlumat aşkarlanmadığı qeyd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən mirasın qəbulu ərizəsi üçün bacısı X21 və onun doğum, nikah şəhadətnamələrini və bu barədə arayışı notariusa təqdim etməlidir. Bacısının doğum haqqında şəhadətnaməsinin aşkar olunmaması səbəbindən mirasın qəbulu barədə notariusa ərizə verə bilmir, vərəsəlik hüququnu rəsmiləşdirə bilmir. Ərizəçinin Ərizəçi nümayəndəsi X26 məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Həqiqətən də Afət Susannanın bacısı olub. Afətin atasının adı X5, anasının adı X6r. Afət uşaqlıqdan bu həyətdə oynayıb, böyümüşdür. Evləndikdən sonra Bakıya köçsə də, arada bir rayona gəlib-gedirdi.Ölümündən bir müddət əvvəl də rayonda olmuş, bacısı Susanna onun qulluğunda durmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, X21 onun dostunun xalasıdır. Afət xalanı təxminən 3 ay əvvəl görmüşdür. Afət xalanın evi Bakı şəhəri Nizami rayonu, Xalqlar dostluğu metrosunun yaxınlığında yerləşir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, X21 onun qonşusudur. Afət xala Bakıda yaşayır. Onun yoldaşının adı X2r. Afət xala 2 aya yaxındır ki, vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 09.09.2021-ci il tarixli 2703 saylı məktubdan məlum olur ki, doğum haqqında akt qeydi avtomatlaşdırılmış sistem üzrə yoxlama aparılmış və Maraqlı şəxs arxivində aşkar olunmamışdır. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli 151 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Qeydiyyat Şöbəsinin (VVAQ) 1939-cu illəri əhatə edən Ağdaş rayonunun doğum sənədlərinə baxış zamanı X3 adına rast gəlinmədi. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş 07.09.2021-ci il tarixli AZ-İİ 213862 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X10 23.08.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli AZ-T 169297 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X15 xx.xx.1945-ci il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. X1, anası X6r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 2788 saylı nikah haqqında arayışdan məlum olur ki, X27 ilə X11 nikahlarını 04.09.1975-ci il tarixdə 79 saylı akt ilə qeydə aldırmışlar. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 2786 saylı nikah haqqında arayışdan məlum olur ki, X4 ilə X21 nikahlarını 16.10.1970-ci il tarixdə 84 saylı akt ilə qeydə aldırmışlar. İş materiallarında olan X23 filialı tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli 374 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayonunun qeydiyyat şöbəsinin sənədləri filiala təhvil verilməmişdir. Odur ki, X10ba 1939-cu illəri əhatə edən doğum sənədini vermək mümkün olmamışdır. İş materiallarında olan Ağdaş şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 4177 saylı arayışdan məlum olur ki, Ərizəçi 1975-ci ilədək aşağıdakı ailə üzvləri ilə birgə Ağdaş şəhər L.Məmmədbəyov küçəsi 1/3 saylı evdə yaşayır. X7-atası, X16-anası, X17-qardaşı, X21-bacısı, X18-bacısı, X8qardaşıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ölənin bacıları və qardaşları miras qoyanın ikinci növbə vərəsələri sayılırlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi, mərhum X9 bacısıdır. Afət Əhmədovanın adına Bakı şəhəri, Nizami rayonunda yaşayış mənzil vardır. Ərizəçi bacısından miras qalmış əmlaka vərəsəlik işi açdırmaq istəsə də, qohumluq faktını müəyyən edə bilmədiyindən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi oğlunun “qohumluq münasibəti faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi əsaslıdır və mərhum X9 onun bacısı olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.08.2021-ci ildə ölmüş Süleymanova (Əhmədova) Afət Rəhim qızının Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar