Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2280/2025 22.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclаs kаtibi X4, İddiaçı, onun vəkili Vəkil2, Cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə X12 Peşə Məktəbinin direktoru Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X12 Peşə Məktəbinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dаir işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (işəgötürən) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbi arasında bağlanmış müddətli əmək müqaviləsinə xitam verilməsinə dair cavabdehin 30 sentyabr 2025-ci il tarixli 175 nömrəli əmrin qanunsuz hesab edilməsi, Ağdaş Peşə Məktəbində arxivçi vəzifəsinə yenidən bərpa olunması və həmin vəzifədən qanunsuz kənarlaşdırıldığına görə 30 sentyabr 2025-ci ildən hazırkı iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olan tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, eləcə də mediasiya prosesinə görə ödənilmiş ödənişin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı uzun illərdir Ağdaş Peşə Məktəbində çalışmışdır. Müxtəlif illərdə müəssisədə müxtəlif vəzifələrdə fəaliyyət göstərmiş, ümumilikdə 32 il əmək stajına, o cümlədən Ağdaş Peşə Məktəbində 12 il iş stajına malikdir. Əvvəllər gözətçi vəzifəsində çalışdığı halda həmin ştatın ixtisarı nəticəsində iki il müddətində işsiz qalmışdır. Sonradan, çoxsaylı müraciətləri və Əmək Müfəttişliyi ilə Baş Nazir Əli Əsədovun müvafiq qərarı əsasında 2024-cü ilin oktyabr ayında yenidən Ağdaş Peşə Məktəbində arxivçi vəzifəsinə təyin olunmuşdur. Arxiv işi daimi xarakter daşımasına baxmayaraq, müəssisənin direktoru Nümayəndə2 onunla 1 illik müddətli əmək müqaviləsi bağlamışdır. Müqavilə müddətinin bitməsinə az qalmış direktor onu yanına çağıraraq “səninlə işləmək istəmirəm, yerinə başqa adam danışmışam, yaşlısan, qızın işləyib sənə baxsın” kimi ifadələr işlətmiş və müddətin bitməsi bəhanəsi ilə əmək müqaviləsini uzatmaqdan imtina etmişdir. Faktiki olaraq onun yerinə yetirdiyi arxiv işi daimi və fasiləsiz xarakter daşıyır, müəssisənin fəaliyyətində bu işin vacibliyi və davamlılığı əvvəldən bəllidir. Buna baxmayaraq, direktor Nümayəndə2 onunla əsassız olaraq müddətli əmək müqaviləsi bağlamış və bununla əmək münasibətlərini qeyri-sabit vəziyyətdə saxlamağa cəhd etmişdir. Nümayəndə2 təkcə onunla deyil, müəssisədə çalışan bir çox işçilərlə də müddətli əmək müqavilələri bağlayır. Bu, işçiləri daimi təzyiq və asılılıq altında saxlamaq, müqavilələrin uzadılması zamanı maddi maraq güdmək, yəni qeyri-rəsmi ödəniş və ya ‘'hörmət' tələb etmək məqsədi daşıyır. Onunla da eyni məqsədlə müddətli müqavilə bağlanmış, müqavilə müddəti bitdikdə isə direktor tərəfindən “səninlə işləmək istəmirəm, yerinə başqa adam danışmışam, qızın sənə baxsın, sən artıq yaşlısan” kimi ifadələrlə təhqir olunmuşdur. Onun müqaviləsinin uzadılması üçün də dolayı yolla maddi qarşılıq gözlənilmiş, o, isə bu cür hərəkətə getmədiyi üçün əmək münasibətlərinə xitam verilmişdir. Direktorun bu davranışı əmək münasibətlərinin hüquqi mahiyyətinə zidd olmaqla yanaşı, əmək hüquqlarının kobud şəkildə pozulması, əmək intizamının zərbə altına qoyulması və mənəvi-psixoloji təzyiq kimi qiymətləndirilməlidir. 01 oktyabr 2025-ci il tarixində direktor Nümayəndə2 onu öz otağına çağıraraq onun, ailə üzvlərinin və müharibə iştirakçısı olan qardaşının ünvanına təhqiramiz ifadələr işlətmiş, ona qarşı açıq psixoloji təzyiq göstərmişdir. Hadisə nəticəsində səhhəti pisləşmiş, qan təzyiqi 280-ə qədər qalxmış və təcili tibbi yardım çağırılmışdır. Əmək Məcəlləsinin 47, 68 və 69-cu maddələrinə əsasən, işin xarakteri daimi olduqda və müddətli müqavilə bağlanması üçün əsaslı səbəb olmadıqda, belə müqavilə müddətsiz hesab edilir. Bu səbəbdən, onunla bağlanmış müqaviləyə 30 sentyabr 2025-ci il tarixli 175 nömrəli əmr əsasında xitam verilməsi qanunsuzdur. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci maddəsinə görə, işəgötürən yalnız qanunla müəyyən olunmuş əsaslarla əmək münasibətlərinə xitam verə bilər. Direktor Nümayəndə2 tərəfindən verilən əmr bu tələblərə cavab vermir və şəxsi münasibətlər, maddi maraq və subyektiv yanaşma əsasında verilmiş qərardır. Onunla bağlanmış müddətli əmək müqaviləsinə cavabdeh - işə götürən tərəfindən xitam verilməsi üçün təkcə onun müddətinin başa çatması əsas ola bilməz. Paralel olaraq digər əsaslar, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan əsaslar da mövcud olmalı idi. Belə əsaslar isə olmamışdır. Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin başa çatması əsasında müqaviləyə xitam verilməsi üçün işəgötürən qarşı tərəfi müddətin bitməsinə azı bir həftə qalmış yazılı qaydada (kağız daşıyıcısında və ya elektron informasiya sistemi vasitəsilə) mütləq qaydada xəbərdar etməlidir. Lakin işə götürən tərəfindən ona hər hansı formada yazılı bildiriş təqdim edilməmiş, əmək müqaviləsinin müddətinin bitməsi barədə əvvəlcədən məlumat verilməmişdir. Bu hal Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır və işəgötürən tərəfindən müqaviləyə xitam verilməsinin qanunsuz olduğunu bir daha təsdiqləyir. Ağdaş Peşə Məktəbində çalışdığı 12 il ərzində heç bir intizam tənbeh almamışdır. Eyni zamanda, mübahisənin məhkəməyə qədər həlli prosedurlarına əməl edilməsi məqsədilə tərəfindən 1 aylıq müddət ötürülmədən 29 oktyabr 2025-ci il tarixdə 1 saylı X7 müraciət edilmişdir. 21 noyabr 2025-ci il tarixdə baş tutmuş mediasiya prossesində qarşı tərəf iştirak etməmiş və bununla bağlı 21 oktyabr 2025-ci il tarixli MŞB/3/2023-00035 saylı arayış verilmiş, eyni zamanda mediasiya xərci onun tərəfindən ödənilmişdir. Göründüyü kimi məsələnin qarşılıqlı razılıq yolu ilə həll edilməsi mümkün olmadığından, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə X20 Peşə Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı məhkəməyə “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini qəbul etmir. Bundan əlavə iş materialları və məhkəmə iclasında iddiaçının izahatı və iclas protokolları ilə müəyyən olunur ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddəti hazırki iş üzrə 1 ay nəzərdə tutulsa da, müddət ötürülmüşdür. Bu səbəbdən də, iddia müddətini tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. İddiаçı İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, müəssisənin direktoru Nümayəndə2 onunla işləmək istəmədiyini bildirdikdə işə ehtiyacı olduğunu, pensiya yaşına 6 il qaldığını, oğlunun tələbə olduğunu, ödənişli əsaslarla oxuduğunu, işə ehtiyacı olduğunu ona bildirmiş, lakin Nümayəndə2 ona “get sənə qızın köməklik etsin” demişdir. Elmira xanım hal-hazırda onun yerinə işçi götürmüşdür. Özü şəkər xəstəsidir. Müqavilə bağlanandan əvvəl həmin məktəbdə gözətçi işləmiş, sonra həmin ştat ixtisara düşdüyündən bir müddət işsiz qalmış, çoxsaylı orqanlara müraciətindən sonra peşə məktəbində 01 oktyabr 2024-cü il tarixdə arxivçi kimi işə başlamışdır. Onunla müddətli müqavilə bağlandığını müqaviləyə imza etdikdən sonra bilmiş, lakin müəssisənin direktoru Nümayəndə2 ona narahat olmamağını bildirdiyindən, o, bu müqaviləni mübahisələndirməmişdir. Qeydiyyatda olduğu evi yanmışdır, orada yaşamır, bu səbəbdən ona heç bir bildiriş gəlməmişdir. O, yalnız 09 oktyabr 2025-ci il tarixli bildirişi almışdır. O işə bərpa olunmaq istəyir. Onun işləməsi çox vacibdir, maddi çətinlikləri mövcuddur. Daha sonra məhkəmə iclasında sualları cavablandıran Kəmalə Musayeva bildirdi ki, işə başlayarkən əmək müqaviləsini sima proqramı vasitəsi ilə imzalamışdır. Müqaviləssinə xitam verilməmişdən 10 gün qabaq elmia Qafarova onu xidməti otağına çağırıb, onunla işləmək istəmədiyini bildirmişdir. Onun SİMA proqramından anlayışı olmadığından, qızları 30 sentyabr 2025-ci il tarixdə ona işdən çıxarıldığını bildirmişlər, səhəri gün o, məktəbə getmiş və direktorla mübahisə edərək səhhəti pisləşmişdir. O, Nümayəndə2 onu qanunusuz işdən çıxarması barədə həm Ağdaş rayon prokurorluğuna, həm də Əmək Müfəttişliyinə şikayət etmiş, hər iki orqanda araşdırma aparılmış və nəticələri ona təqdim olunmuşdur. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirdi ki, vəkili olduğu İddiaçı 2024-cü ilin oktyabr ayından 2025-ci ilin oktyabr ayına kimi Peşə məktəbində arxivçi kimi işləmişdir. Müddətli əmək müqaviləsi müddətli işlərdə bağlanılır, lakin iddiaçının arxivci işlədiyi vəzifəsi daimi iş olmasına baxmayaraq onunla 1 il müddətində müddətli müqavilə bağlanılmışdır. Əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalar pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanması üçün əsaslar müəyyən edilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş əsasların heç biri mövcud omadığı hallarda işçi ilə müddətli əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən işəgötürən azı bir təqvim ayı qabaqcadan işçini xəbərdar etməli və əmək müqaviləsinə xitam verilməlidir. Lakin iddiaçı bildirir ki, əmək müqaviləsinə xitam verilməsi barədə ona 10 gün qalmış xəbər verilmişdir. Daha sonra xəbərdarlıq edilmişdir ki, işdən çıxarılmışdır. İşdən çıxarılması şifahi deyil yazılı formada olmalı idi. Bu da Əmək Məcəlləsində nəzərdə tutulmuş qanun pozuntusudur. Cavabdeh özü də bildirmişdir ki, iddiaçının ünvanına xəbərdarlıq çatmamışdır. Axırıncı iş günü işşiyə əmək kitabçası, əmək müqaviləsinə xitam verilməsinə dair əmr və son haqq hesab gününə uyğun əmək haqqı hesablanıb verilməlidir. İddiaçıya müfəttişlik tərəfindən ünvanlanmış məktubdan görünür ki, Ağdaş rayon Peşə Məktəbi barəsində müvafiq tədbirlər görülmüşdür. Bundan başqa iddiaçının əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə hissəsində düzəliş edilmiş və tarix pozularaq yenidən yazılmışdır. Cavabdeh tərəf deyirki, iddiaçı iddia müddətini ötürmüşdür. Lakin iddiaçı əmək kitabçasını almamış, əmək kitabçasının surətini notarial qaydada təsdiq etmək üçün notariata getmiş, lakin təsdiq edilməmişdir. Bu səbəbləri nəzərə alaraq iddia müddəti tədbiq edilməməlidir. xx.xx.2025-ci il tarixli işçinin peşə məktəbində arxivci vəzifəsindən azad edilməsi barədə əmr qanunun tələblərinə zidd olaraq verilmişdir. İddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Lakin son gün əmək kitabçası iddiaçıya verilməmişdir. İddiaçı işə bərpa edilməli və məcburi iş buraxılması ilə əlaqədar olaraq ona əmək haqqı ona ödənilməlidir. İşçinin hüquqları pozulmuşdur, əmr qanunsuzdur, iddia təmin olunmalıdır. Cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbinin direktoru Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirdi ki, Kəmalə Musayeva ilə xx.xx.2024-cü il tarixdən-xx.xx.2025-ci il tarixə kimi 1 il müddətə müddətli əmək müqaviləsi bağlanmışdır. Kəmalə Musayeva işəgötürmə barədə əmək müqaviləsini SİMA proqramı vasitəsi ilə imzalanmış, eyni zamanda onunla yazılı müqavilə də bağlanmışdır. Hər iki əmək müqaviləsində müqavilənin müddəti göstərilmiş və həmin müqavilənin 1 il müddətə bağlandığını bilə-bilə Kəmalə Musayeva həmin müqaviləni könüllü şəkildə imzalamışdır. Ağdaş Peşə Məktəbində bütün müqavilələr, həmçinin özünün əmək müqaviləsi 1 il müddətə bağlanır. 19 sentyabr 2025-ci il tarixdə Kəmalə Musayevanın şəxsi kabinetinə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə bildiriş yerləşdirilmiş, eyni zamanda bu barədə əmək müqaviləsində qeyd etdiyi ev ünvanına rəsmi məktub da göndərilmiş, lakin məktub “şəxs bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. İşçinin əmək müqaviləsinə 30 sentyabr 2025-ci il tarixdə xitam verilmiş, işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmr isə həmin gün işçinin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə işçiyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr göndərilərək, təhvil-təslim üçün məktəbə dəvət olunmuş, lakin həmin məktub da “şəxs bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə işçiyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr təkrar göndərilərək, təhvil-təslim üçün məktəbə dəvət olunmuş və Kəmalə Musayevaya həmin məktub çatmasına baxmayaraq o, məktəbə gəlməmişdir. xx.xx.2025ci il tarixdə X21 Peşə Məktəbinə gələrək işdən çıxarılması ilə bağlı səs-küy salmış, ona müvafiq sənədləri götürmək təklif olunsa da bundan imtina etmiş, lakin sonradan gəlib əmək kitabçasını götürmüşdür. Cаvаbdеh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbinin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı X10 məhkəməyə ərizə ilə müraciət edərək işə bərpa olunmasını xahiş etmişdir. İddia tələbini qəbul etmirlər və iddianın rədd olunmasını xahiş edirlər. Belə ki, iddiaçı bir neçə hala istinad edir ki, bunlardan biri də çıxışlarında əmək müqaviləsinin 2-ci maddəsində əmək müqaviləsinin müddətsiz bağlanması ilə bağlıdır. İddiaçı əvvəldən müqavilənin 1 illik müddətli müqavilə olmasını bilmiş və öz iradəsi daxilində ərizə yazmaqla öz elektron kabinetindən SİMA tətbiqi ilə həmin müqaviləni imzalanmışdır. Bunu iddiaçı özü etiraf edir və müqavilənin əvvəldən 1 illik bağlanmasını məhkəmə iclasında da bildirir. İddiaçı öz iradə ifadəsini tam olaraq bildirməklə, müqavilənin müddətli olmasını bilmiş və bu müqavilənin özünün təklif etdiyi müddətdə bağlanmasını xahiş etmişdir. Bundan əlavə müqavilə sərbəst bağlanır və heç kim məcburi qaydada əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Kəmalə Musayevanın sərbəst iradə ifadəsi ilə müddətli müqaviləni bağlaması, hətta müqavilənin müddətinin onun tərəfindən müəyyən olunması və onun müqavilə bağlandığı vaxtdan işdən çıxan vaxtadək müqavilənin müddətli bağlanması ilə bağlı heç bir şikayət və ya iradı olmaması aydın görünür. Bundan əlavə iddiaçı X6 münasibətdə məktub verilərək müddətin bitməsi ilə əlaqədar işdən çıxarılacağı həm rəsmi, həm də şifahi formada bildirilmişdir. İddiaçı heç bir irad bildirməmiş və özünün də etiraf etdiyi kimi işdən çıxdığı gün yəni xx.xx.2025-ci ildə elektron sistemlə (ƏMAS) işdən çıxarılmasını görmüş və əmrlə tanış olmuşdur. Hətta bununla əlaqədar iddiaçı öz narazılığını cavabdehə bildirməsi iddia ərizəsindən görünür. İddiaçı Prokurorluq və Əmək Müfəttişliyinə müraciət etmiş və sözügedən orqanlar tərəfindən işdən çıxma ilə əlaqədar hər-hansı qanun pozuntusunun olması müəyyən olunmamışdır. X15 tərəfindən təqdim olunmuş sənədlərdən də görünür ki, işdən çıxarılma ilə əlaqədar bütün tədbirlər qanuna müvafiq olmuşdur. İddiaçının xx.xx.2025-ci ildə işdən çıxarılması barədə əmr verilməsinə, onun sözügedən əmrlə tanış olmasına baxmayaraq Mediasiya Təşkilatına xx.xx.2025- ci ildə müraciət etmiş, bununla bağlı mediasiya arayışını isə xx.xx.2025-ci ildə almışdır. Lakin məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir. Bununla da heç bir üzürlü səbəb olmadan iddia müddətini ötürmüşdür. İddia müddəti konkret bir anlayışdır və əmək mübahisələrində 1 aylıq müddət göstərilib. Cavabdeh isə sözügedən müddəti ötürməklə bununla bağlı normaları qəsdən pozmuşdur. Bununla bağlı məhkəmə hazırlıq iclasında ərizə verilmişdir. Əksinə onun əvvəldən fikrini bildirməyinə baxmayaraq və iddiaçıya müddətin ötürülməsinin üzürlü sayılması barədə sübutlarının verilməsi təklif olunsa da heç bir sübut təqdim etməmişdir. MPM-nin tələblərinə əsasən sübutlar və vəsatətlər məhkəmə hazırlıq iclasında verilməsini nəzərə alaraq iddiaçının öz tələbini əsaslandıran sübutların təqdim edilməməsi, onunla bağlanmış müqavilənin əvvəldən müddətli olması barədə məlumatlı olması, iddiaçının öz iradə ifadəsi kimi ərizə verərək və əmək müqaviləsini SİMA tətbiqi ilə şəxsən özü tərəfindən imzalaması, işdən çıxan zaman müqavilənin müddətinin bitməsi ilə əlaqədar işdən çıxmasını bilməsi və bu barədə elektron sistemdə əmrlə tanış olması və cavabdeh orqan tərəfindən bütün qaydalara riayət edilməklə əmək müqaviləsinə xitam verilməsi iddianın rədd olunmasına səbəbdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarına əsasən tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1 hissəsinə və 35-ci maddəsinin l-l V və Vİ11 hissələrinə uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarına əsasən X16 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Həmin qərarda göstərilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəbiərdəıı ötürülərsə, fərdi əmək mübahisəlinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 fevral 2023-cü il tarixli qərarına əsasən İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Sözügedən hallarla bağlı iddiaçı tərəfindən heç bir əsaslı sübut təqdim edilməmiş və bu cür məsələlər məhkəmə baxışında təqdim edilə bilmədiyi üçün tədqiq edilməməlidir. Ona görə də yuxarıda qeyd etdiklərini nəzərə alaraq iddiaçı X5 verdiyi iddia əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən həm elektron, həm də yazılı əmək müqavilələrindən görünür ki, Ağdaş Peşə Məktəbi Nümayəndə2 ilə Ağdaş şəhəri Zeynəb Qənbərova küçəsi 7 ünvanında yaşayan İddiaçı arasında 01 oktyabr 2024cü il tarixdən 01 oktyabr 2025-ci il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq müddətli əmək müqaviləsi bağlanmışdır. İşçi X2 Peşə Məktəbində arxivçi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Peşə Məktəbi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli 133 saylı əmrin surətindən görünür ki, X10 01 oktyabr 2024-cü il tarixdə məktəbə “Arxivçi” ştatına təyin edilmişdir. Onunla 01 oktyabr 2025-ci il tarixədək müddətli əmək müqaviləsi bağlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Peşə Məktəbinin “Xidmət üçün müraciətlə bağlı” elektron bildirişdən görünür ki, Ağdaş şəhəri C.Hacıyev küçəsində yaşayan X10 19 sentyabr 2025-ci il tarixdə əmək müqaviləsinin müddətinin sona çatdığı və müqavilənin uzadılmayacağı haqqında məlumatlandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Peşə Məktəbinin 19 sentyabr 2025-ci il tarixli 116 saylı xəbərdarlığının surətindən görünür ki, X6 onunla bağlanmış əmək müqaviləsinin müddətinin 01 oktyabr 2025-ci il tarixində bitəcəyi, Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin tələblərinə uyğun olaraq onunla bağlanan əmək müqaviləsinin müddətinin uzadılmayacağı, müddətli əmək müqaviləsinə 01 oktyabr 2025-ci il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayan X6 Ağdaş Peşə Məktəbi tərəfindən göndərilmiş məktub “bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Peşə Məktəbi tərəfindən verilmiş 30 sentyabr 2025-ci il tarixli 175 saylı əmrin surətindən görünür ki, arxivçi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68.2. “B”əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsinin 30 sentyabr 2025-ci il tarixli xxxxxxx0002X0 saylı bildirişindən görünür ki, İddiaçı ilə Ağdaş Peşə Məktəbi arasında bağlanmış əmək müqaviləsinə 01 oktyabr 2025-ci il tarixdə 68.2.b əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə xitam verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən eroom.e-sosial.gov.az sistemindən əldə olunmuş çıxarışdan görünür ki, arxivçi İddiaçı 30 sentyabr 2025-ci il tarixdə xxxxxxx0002X0 saylı 175 nömrəli əmrə əsasən 68.2.b əmək müqaviləsinin müddətinin qurtarması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbi tərəfindən verilmiş 01 oktyabr 2025-ci il tarixli 119 saylı məktubun surətindən görünür ki, Ağdaş şəhəri Zeynəb Qənbərova küçəsi 7 ünvanında yaşayan X6 həmin tarixdə onunla “Arxivçi” ştatı üzrə müddətli bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitdyi üçün həmin tarixdən müqaviləsinə xitam verildiyi, xitam əmrinin məktuba qoşma şəklində əlavə olunduğu bildirilmiş, işləmiş olduğu “Arxivçi” ştatı üzrə bütün sənədlərin təhvil təslimi üçün xx.xx.2025-ci il tarixində Ağdaş Peşə Məktəbinə gəlməyi və rəsmi qaydada (aktlaşdırılmış forma üzrə) təhvil-təslim etməyi xahiş olunmuş, xahişin nəzərə alınmadığı, qeyd olunan tarixdə məktəbə gəlmədiyi və təhvil-təslim etmədiyi təqdidə iştirakı olmadan məktəb daxilində yoxlanış komissiyası yaradılaraq sənədlər üzrə yoxlama aparılacağı bildirilmişdir. İş materiallarında olan məktubdan görünür ki, ünvan 4 ünvanında yaşayan X6 Ağdaş Peşə Məktəbi tərəfindən göndərilmiş məktub “bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli 122 saylı məktubun surətindən görünür ki, Ağdaş şəhəri Zeynəb Qənbərova küçəsi 7 ünvanında yaşayan X6 həmin tarixdə onunla “Arxivçi” ştatı üzrə müddətli bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2025-ci il tarixdə bitdyi üçün həmin tarixdən müqaviləsinə xitam verildiyi, xitam əmrinin məktuba qoşma şəklində əlavə olunduğu bildirilmiş, işləmiş olduğu “Arxivçi” ştatı üzrə bütün sənədlərin təhvil təslimi üçün xx.xx.2025-ci il tarixində Ağdaş Peşə Məktəbinə gəlməyi və rəsmi qaydada (aktlaşdırılmış forma üzrə) təhvil-təslim etməyi bildirilsə də məktubun ona çatmadığı, bu səbəbdən növbəti tarixdə-xx.xx.2025-ci il tarixdə Ağdaş peşə məktəbinə gəlməsi xahiş olunmuş, xahişin nəzərə alınmadığı, qeyd olunan tarixdə məktəbə gəlmədiyi və təhviltəslim etmədiyi təqdidə iştirakı olmadan məktəb daxilində yoxlanış komissiyası yaradılaraq sənədlər üzrə yoxlama aparılacağı bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən poçt qəbzindən görünür ki, həmin məktub xx.xx.2025-ci il tarixdə İddiaçı çatdırılması üçün poçta verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 noyabr 2025-ci il tarixli, MŞA/MT063/2025-00035 nömrəli ilkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 29 oktyabr 2025-ci il tarixdə mediasiyaya müraciət etmiş, İddiaçı ilkin Mediasiya Sessiyasında iştirak etmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə məktəbi ilkin Mediasiya Sessiyasında iştirak etməmişdir. Bu səbəbdən razılıq əldə olunması mümkün olmamışdır. X8 (İMS) iştirak edilməsi barədə 50 manat mediasiya xərci ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən inzibati tənbeh vermə haqqında 05 dekabr 2025-ci il tarixli MN-1869920 saylı qərarın surətindən görünür ki, işəgötürən Nümayəndə2 tərəfindən vətəndaş X5 bayram qabağı iş gününün müddəti bir saat qısaldılmamış və iş vaxtından artıq işlərə cəlb edilmiş. Nəticədə Nümayəndə2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 manat inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Kərim İsmayılbəylinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 12 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Ağdaş şəhər sakini X5 Ağdaş Peşə Məktəbinin direktoru Nümayəndə2 onu əsassız olaraq işdən çıxartması və onun yerinə rüşvət alaraq başqa şəxsi işə qəbul etməsi, həmçinin ayrı-ayrı şəxslərdən rüşvət qismində pul alaraq Ağdaş Peşə Məktəbinə işçi qəbul etməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı Ağdaş Peşə məktəbinin direktoru Nümayəndə2 əməlində hər hansı cinayət tərkibi aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında DƏMX X23 X1 ünvanladığı 26 dekabr 2025ci il tarixli 3-17-512-M-122035/25 saylı məktubundan görünür ki, Ağdaş Peşə Məktəbində əmək hüquqlarınızın pozulması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığınız müraciətinizə aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X23 Şöbəsində baxılmışdır. Müraciətinizlə əlaqədar ətraflı izahat verməyiniz məqsədi ilə ünvanınıza (Ağdaş şəhəri, C Hacıyev küçəsi 6/27) xx.xx.2025-ci il tarixli, 3-17-5/2-M-95532/2025 nömrəli məktub göndərilmişdir. Siz xx.xx.2025-ci il tarixli izahatınızda əmək müqavilənizə xitam verilməsi ilə bağlı bildiriş almadığınızı, əmək məzuniyyəti hüququndan istifadə etdiyinizi qeyd etmisiniz. Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq aidiyyəti sənədlərin 7 (yeddi) iş günü müddətində təqdim olunması ilə bağlı Ağdaş Peşə Məktəbinə xx.xx.2025-ci il tarixli. 3-17-5/2-94358/2025 nömrəli məktubla sorğu göndərilmiş, müvafiq olaraq aidiyyəti sənədlər təqdim edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb ediləcəyi bildirilmişdir. Məktəb tərəfindən xx.xx.2025-ci il tarixli, 141 nömrəli cavab məktubu və təqdim edilən sənədlərə əsasən məlum oldu ki, X26 Məktəbi arasında xx.xx.2024-cü il tarixdən 01.10 2025-ci il tarixədək bir il müddətinə əmək müqaviləsi bağlanılmış, Sizinlə bağlanımış əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar 19 sentyabr 2025-ci il tarixli 116 nömrəli xəbərdarlıq məktubu Sizin şəxsi kabinetinizə göndərilmiş, xx.xx.2025-ci il tarixdə əmək müqavilənizin müddəti bitdiyi üçün Sizinlə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək məzuniyyəti hüququndan istifadə etdiyiniz üçün Sizə son haqq hesab (İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi) hesablanmadığı qeyd edilmişdir. Müraciətinizlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X9 və Məşğulluq altsisteminə baxış keçirilərkən məlum oldu ki, Ağdaş Peşə Məktəbində xx.xx.2024-cü il tarixdən arxivçi kimi fəaliyyət göstərmisiniz, xx.xx.2025-ci il tarixdə Sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə gorə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşəgötürənin təqdim etdiyi iş vaxtı uçot cədvəllərində Sizin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108.1.5-ci maddəsinə əsasən istirahət, iş günü hesab edilməyən bayram günləri qabağı iş gününüzün müddəti 1 saat qısaldılmamışdır. Bununla bağlı Ağdaş Peşə Məktəbinin direktoru Nümayəndə2 barəsində Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sizə iş vaxtından artıq işlərə işə cəlb edilməyinizə görə məbləğin tam ödənilməsi ilə bağlı Ağdaş Peşə Məktəbinin rəhbərliyinə xx.xx.2025-ci il tarixli 3-17-5/2-120336/2025 nömrəli icrası məcburi göstəriş məktubu ünvanlanmışdır. Sizə iş vaxtından artıq işlərə işə cəlb edilməyinizə görə 28,23 (iyirmi səkkiş manat, 23 qəpık)manat hesablanmış və ******************** nömrəli bank hesabınıza köçürülmüşdür. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin "b" bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin hüququdur. Həmin Məcəlləsinin 11-ci maddənin 2-ci bəndinə əsasən isə işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Beləliklə, məhkəmə iddia tərəfinin funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda işəgötürəin onunla müddətli əmək müqaviləsi bağlamasına münasibətdə qeyd edir ki, həmin məsələ mübahisə predmeti olmasa da, 01 oktyabr 2024-cü il tarixdə İddiaçı cavabdeh Ağdaş Peşə Məktəbi ilə bağladığı müqavilənin müddətli olduğunu bilərək könüllü olaraq heç bir təziq altında qalmadan həmin müqaviləni həm SİMA proqramı vasitəsi ilə, həm də öz imzası ilə imzalamış və işdən çıxdığı günə kimi müqaviləni mübahisələndirməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-1-ci hissəssinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 44-cü maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Bundan əlavə, məhkəmə iddia tərəfinin müqavilənin müddətinin uzadılması üçün cavabdeh tərəfin maddi qarşılıq gözləməsi, bu cür hərəkətə getmədiyi üçün əmək münasibətlərinə xitam verilməsi, ona qarşı mənəvi-psixoloji təziq göstərilməsi ilə bağlı iddialarına münasibətdə qeyd edir ki, həmin fakt iddiaçının müraciəti əsasında Ağdaş rayon prokurorluğunda araşdırılmış və Ağdaş rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Kərim İsmayılbəylinin “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 12 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Ağdaş şəhər sakini X5 Ağdaş Peşə Məktəbinin direktoru Nümayəndə2 onu əsassız olaraq işdən çıxartması və onun yerinə rüşvət alaraq başqa şəxsi işə qəbul etməsi, həmçinin ayrı-ayrı şəxslərdən rüşvət qismində pul alaraq Ağdaş Peşə Məktəbinə işçi qəbul etməsi barədə müraciəti əsasında aparılmış araşdırma zamanı Ağdaş Peşə məktəbinin direktoru Nümayəndə2 əməlində hər hansı cinayət tərkibi aşkar edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, iddia tərəfinin onunla bağlanmış müddətli əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün təkcə onun müddətinin başa çatmasının əsas olmadığı, müddətli əmək müqaviləsinin müddətinin başa çatması əsasında müqaviləyə xitam verilməsi üçün işəgötürən qarşı tərəfi müddətin bitməsinə azı bir həftə qalmış yazılı qaydada (kağız daşıyıcısında və ya elektron informasiya sistemi vasitəsilə) mütləq qaydada xəbərdar etməli olmasına baxmayaraq ona hər hansı formada yazılı bildiriş təqdim edilməməsi, əmək müqaviləsinin müddətinin bitməsi barədə əvvəlcədən məlumatlandırılmamasına münasibətdə məhkəmə qeyd edir ki, iddia tərəfinin yuxarıda qeyd olunanlarla bağlı iddiası onların özlərinin və cavabdeh tərəfin izahatları, eyni zamanda iş materialarında olan xəbərdarlıqlar, bildirişlər və eroom.e-sosial.gov.az sistemindən əldə olunmuş çıxarışla, eləcə də digər sənədlərlə təkzib olunur. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, 19 sentyabr 2025-ci il tarixdə Kəmalə Musayevanın elektron kabinetinə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam veriləcəyi barədə bildiriş yerləşdirilmiş, eyni zamanda bu barədə əmək müqaviləsində qeyd etdiyi ev ünvanına rəsmi məktub da gönfdərilmiş, lakin məktub “şəxs bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. İşçinin əmək müqaviləsinə 30 sentyabr 2025-ci il tarixdə xitam verilmiş, işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmr isə həmin gün işçinin elektron kabinetinə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixdə işçiyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr göndərilərək, təhvil-təslim üçün məktəbə dəvət olunmuş, lakin həmin məktub da “şəxs bu ünvanda yaşamır” səbəbilə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə işçiyə əmək müqaviləsinə xitam verilməsi haqqında əmr təkrar göndərilərək, təhvil-təslim üçün məktəbə dəvət olunmuş və Kəmalə Musayevə həmin məktubu eyni ünvanda almışdır. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, X5 iddia ərizəsində göstərdiyi xüsusatlarla bağlı Azərbaycan Respublikası Əmək və X13 Nazirliyi yanında DƏMX X23 Şöbəsində araşdırma aparılmış və X5 əmək müqaviləsinə xitam verilməsində hər hansı bir pozuntu aşkar olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək; h) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işçiləri ezamiyyətə göndərmək. Həmin Məcəllənin 11-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinə xitam verilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin məcəllənin 84-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət və ya bələdiyyə orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası və həmin əsasın nəzərdə tutulduğu bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddia ərizəsi rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh tərəfin iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddia tələbi özü-özlüyündə əsassız olduğundan iddia müddətinin tətbiq edilməsi barədə ərizə nəzərə alınmamalıdır. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından mediasiya xərci iddiaçıya aid edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X20 Peşə Məktəbinə qarşı “müddətli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin qanunsuz hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddia ərizəsi rədd edilsin. Mediasiya xərci iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Ağdaş Rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-2280/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2280/2025
22.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver