Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-2285/2021 23.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi Ərizəçi nümayəndəsi X2 Maraqlı şəxs1 Maraqlı orqan Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə Ərizəçi maraqlı şəxs Qasımova (Kərimova)Turanə Rza qızına və maraqlı orqan Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın atanın yanında olması faktının müəyyən edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və maraqlı orqan Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı uşağın atanın yanında olması faktının müəyyən edilməsi tələbi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə 2016-cı ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşlar. Faktiki nikahlarından 02 aprel 2017-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Maraqlı şəxs1 ilə rəsmi nikahları olmadığına görə ərizəsi əsasında Ağdaş rayon qeydiyyat şöbəsində atalıq müəyyən edilmiş və bu barədə atalığın müəyyən edilməsi və doğum haqqında akt qeydləri kitablarında 09 dekabr 2020-ci ildə müvafiq olaraq 1080 və 127 nömrə ilə qeydlər aparılmışdır. Bundan sonra uşağa doğum haqqında şəhadətnamə verilmişdir. Uşaq anadan olandan təqribən il yarımdan sonra maraqlı şəxs azyaşlı uşağı onun yanında qoyaraq öz atası evinə getmiş, keçən müddətdə geri qayıtmamış, uşaqla maraqlanmamışdır. Ona görə də Maraqlı şəxs1 ilə birgə yaşayışlarından anadan olmuş 02 aprel 2017-ci il təvəllüdlü X1 onun yanında saxlanılmasına dair qərar qəbul edilməsi üçün ərizə ilə Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasında ərizəsi komissiya üzvlərinin iştirakı ilə araşdırılmış və uşağın atasının yəni onun himayəsində saxlanılması məqsədəmüvafiq hesab edilmişdir. Uşağın atasının yanında saxlanılması barədə qərar qəbul edilməsinin Maraqlı şəxs2 başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının səlahiyyətində olmadığını və bununla əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Maraqlı şəxslə aralarında rəsmi nikah olmadığına, onunla faktiki nikahlarından anadan olmuş uşağın faktiki olaraq onun yanında və himayəsində olmasını başqa formada müəyyən etmək mümkün deyil. Ona görə də həmin faktın müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Maraqlı şəxs1 ilə birgə faktiki nikahlarından 02 aprel 2017-ci il təvəllüdlü X1 onun, yəni atası Ərizəçi yanında və himayəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ərizəçi nümayəndəsi X6 məhkəmə iclasında iddianı müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında bildirdi ki, Ərizəçi ilə faktiki nikahlarından 02 aprel 2017-ci il təvəllüdlü X5 adlı bir uşaqları anadan olmuşdur. Onlar ayrıldıqdan sonra İlham Qasımov atası Ərizəçi yanında qalmışdır. 3-cü şəxs Maraqlı şəxs2 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək rəydə göstərilənləri təsdiq etdi. Məhkəmə tərəflərin və Maraqlı şəxs2 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs2 başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 23 dekabr 2020-ci il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Ərizəçi ilə keçmiş həyat yoldaşı Ağdaş rayonu, Mürsəl kənd sakini Maraqlı şəxs1 azyaşlı övladı 02 aprel 2017-ci il təvəllüdlü X3 iki ildən artıqdır ki, atasının yanında qoyaraq çıxıb getməsini və bu günə qədər övladı ilə maraqlanmadığını, azyaşlının uzun müddətdir ki, faktiki olaraq anadan ayrı atasının himayəsində yaşamasını, atasının övladına baxmaq istəməsini, uşaqla proflaktiki söhbət zamanı xeyli müddətdir ki, atası ilə birlikdə yaşamasının bildirməsini və ataya bağlılığını, faktiki olaraq ananın həmin ünvanda yaşamamasını və komissiya üzvlərinin uşağın ata himayəsində qalmasına dair birgə qərarını nəzərə alaraq azyaşlı yəni, 02 aprel 2017-ci il təvəllüdlü X1 atası Ağdaş rayonu, Yuxarı Ləki kənd sakini Ərizəçi himayəsində qalması məqsədəmüvafiq hesab edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs2 Başçısının yanında Yuxarı Ləki kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 505 saylı 08 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olan Maraqlı şəxs1 təxminən 3 il bundan əvvəl oğlu X3 atası Ərizəçi yanında qoyub getmiş və bugünə qədər atasının himayəsində qalmışdır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin və atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, 02 aprel 2017-ci il təvəllüdlü X1 atası Ərizəçi, anası Maraqlı şəxs1dır. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qətnaməsindən görünür ki, Maraqlı şəxs1 02 aprel 2017-ci il təvəllüdlü X5 ilə hər ayın ikinci həftəsinin bazar günləri saat 10:00-dan saat 14:00-dək, Novruz bayramının yalnız ilk günü saat 10:00-dan saat 14:00-dək, eləcə də bir neçə gündən ibarət olan digər bayram günlərinin yalnız ilk günü nəzərə alınmaqla, bayram günləri saat 10:00-dan saat 12:00-dək Ağdaş rayonu ərazisində görüşməklə ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin qanunun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələr vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə məcəlləsinin 56.1-ci maddəsində göstərilir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 305.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, nikah pozulmasının, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308.-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında müəyyən edilir ki, tərəflər 2016-cı il tarixdə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Tərəflərin faktiki nikahlarından 02 aprel 2017-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Tərəflərin rəsmi nikahları olmadıqları üçün Ağdaş rayon qeydiyyat şöbəsində atalıq müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. 02 aprel 2017-ci il təvəllüdlü X1 atasının yanında və himayəsindədir. Odur ki, ərizə təmin edilməli, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağdaş rayonu, Mürsəl kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Maraqlı şəxs1 ilə Ərizəçi birgə faktiki nikahlarından 02 aprel 2017-ci ildə anadan olmuş X1 atası Ərizəçi yanında olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədə təqdim olunan (alınan) vaxtdan bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-2285/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-2285/2021
23.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver