Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2292/2025 05.12.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızı, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun, forma və məzmuna riayət edilmədən tərtib edilmişdir, İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi ərazi aidiyyətinə riayət edilmədən Ağdaş Rayon Məhkəməsinə verilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, cavabdehlər Cavabdeh1 hüquq ünvanı Abşeron rayon, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 708, "xxxx" ASCnin hüquq ünvanı isə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsidir. İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair hazırki iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi yol verilən deyil. Belə olan halda hesab edirəm ki, İddiaçı iddia ərizəsini ərazi aidiyyatı üzrə düzgün verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddiaçı tutulmuş pul vəsaitinin geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etsə də, iddia ərizəsinin xahiş etdi hissəsində qaytarılmasını istədiyi məbləği qeyd etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda həmin tələbə uyğun iddiaçı tərəfindən iddianın məhkəmədə baxılması üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “tutulmuş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-2292/2025
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2292/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver