Məhkəmə qərarları › İş №2(014)-24/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-24/2022

07.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-24/2022 07.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X3 kаtibliyi, İddiаçı İddiaçı1 Cavabdeh Şahid iştirakı ilə, İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Şahid və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Müəyyən еtdi: İddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh X6 və 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “torpaq sahəsinin zəbtdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 Ağdaş rayonu, Aralbir kənd ərazisində ümumi mülkiyyətlərində olan 2.48 ha torpaq sahəsinin qanunsuz zəbt etdiyi 2 ha hissəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin onlara qaytarılması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1998-ci ildə Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli saylı qərarı ilə Ağdaş rayonu, Aralbir kəndində İddiaçı1, İddiaçı2 oğlu, İddiaçı3 və Kərimova (Çələbiyeva) Leyla Elmi qızına kənd ərazisindən təsərrüfatı təyinatlı JN-0022 kod 90317038 olan ümumilikdə 2.48 ha torpaq sahəsi verilmişdir. İki ilə yaxındır ki, onlara məxsus torpaq sahəsinin 2 ha hissəsi cavabdeh tərəfindən onların razılığı olmadan istifadə edilmişdir. Həmkəndli olduqları üçün dəfələrlə xəbərdarlıq etməklərinə baxmayaraq cavabdeh torpaqlarını tərk etməmişdir. Hazırda cavabdeh torpaq sahələrini qanunsuz zəbt etmiş və qanunsuz olaraq istifadə edərək qazanc götürmüşdür. Onlar isə ailələrinin ehtiyaclarını qarşılamaqda çətinlik çəkirlər. Nəticədə öz torpaqlarını əkib-becərməkdən məhrum olmuş və öz torpaqlarından heç bir qazanc götürə bilmirlər. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayət xarakterlidir. Hazırda cavabdeh qanunsuz olaraq torpaq sahələrinin 2 ha hissəsini özbaşına tutmaqla ona yiyələndiyindən heç bir təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmirlər. Ancaq cavabdeh torpaq sahəsindən qanunsuz olaraq istifadə edərək hər il xeyli miqdarda qazanc götürür. O, isə torpaq sahəsini cavabdeh qanunsuz zəbt etdiyindən hər il xeyli miqdarda halal qazancından məhrum olmuşdur. Nəticədə isə cavabdeh qanunsuz qazanc əldə edir o isə maddi imkansızlıqdan səfalət çəkir. Hesab edir ki, torpaq sahələrinin qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. İddiaçı1 məhkəmə iclasına ərizə verərək, iddia tələbinə cavab verməli olan şəxsin Şahid olduğunu bildirərək, iddia ərizəsində yol verilmiş yalnışlığın düzəldilərək X4 Şahid kimi qeyd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mülki iş üzrə İddiaçı1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçılar məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Mülki iş üzrə cavabdeh Şahid məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının iddia etdiyi torpaq sahələrindən arvadı X2 adına olan sənədlər əsasında istifadə edir. İddiaçı dəfələrlə ondan torpaq sahəsindən çıxmağı tələb etsə də, yalnız bununla bağlı müvafiq dövlət orqanlarının araşdırılması aparıldıqdan sonra edə biləcəyini bildirmişdir. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş üzrə 3-cü şəxs ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq 3-cü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən 3-cü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-0022, (kod ********) saylı dövlət akına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən Ağdaş rayon Aral-1 kəndi ərazisində 2.48 hektar torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11.08.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və “Torpaq sahəsini planı və ölçüsü”nün surətindən məlum olur ki, Ağdaş rayon, Birinci Aral kəndində yerləşən 0.4545 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında Nəbiyeva Hicran Məhəmməd qızının mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli **********82 saylı məktubdan məlum olur ki, idarənin arxiv materiallarına istinadən bildirilir ki, Ağdaş rayonu, Birinci Aral kəndində yaşayan X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ünvan reyestr xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsi tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli 033 saylı arayışdan məlum olur ki, 20 sentyabr 2021-ci il tarixdə, saat 11:30-da Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi X1 Rayon Məhkəməsinin inzibati binasında olmuşdur. İş üzrə iddiaçı tərəflər gəlsə də, cavabdeh tərəfin iştirakı təmin edilmədiyindən çöl-ölçü işləri aparılması və baxışın keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidməti "xxxx" MMC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən məlum olur ki, 1.iddiaçıların xüsusi mülkiyyətində olan. Ağdaş rayonu Aralbir kəndində yerləşən 2.05 ha torpaq sahəsinin 1.63 ha hissəsi cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. 2. Cavabdeh tərəfindən istifadə olunan 1.63 ha hissə tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. 3 və 4. Baxış zamanı, iddiaçı mülkiyyətinə verilmiş 2.48 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirdi. 5. Cavabdehin faktiki istifadə etdiyi naturada göstərdiyi 2.92 ha torpaq sahəsinin 724 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunana, Nəbiyeva Hicran Məhəmməd qızının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********64 (AA №526467) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.4545 ha torpaq sahəsi ilə üst-üstə düşür. 6. Nəbiyeva Hicran Məhəmməd qızının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən **********64 (AA №526467) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.4545 ha və **********01 (AA №526470) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.6019 ha, **********63 (AA № 526466) 0.2089 ha torpaq sahələri tərtib olunmuş yerquruluşu planında təsvir edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayonu Aralbir kəndi tərəfindən verilmiş 29 oktyabr 2021-ci il tarixli aktdan məlum olur ki, Ağdaş rayon Aralbbir kəndində iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və döngə nöqtələrinin koordinatları müəyyənləşdirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli 10/943 saylı ekspert rəyindən məlum olur ki, 1.iddiaçıların xüsusi mülkiyyətində olan. Ağdaş rayonu Aralbir kəndində yerləşən 2.05 ha torpaq sahəsinin 1.63 ha hissəsi cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. 2. Cavabdeh tərəfindən istifadə olunan 1.63 ha hissə tərtib olunmuş yerquruluşu planında göstərilmişdir. 3 və 4. Baxış zamanı, iddiaçı mülkiyyətinə verilmiş 2.48 ha torpaq sahəsindən faktiki olaraq istifadə etmədiyini bildirdi. 5. Cavabdehin faktiki istifadə etdiyi naturada göstərdiyi 2.92 ha torpaq sahəsinin 724 kv.m hissəsi, məhkəmə tərəfindən təqdim olunana, Nəbiyeva Hicran Məhəmməd qızının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********64 (AA №526467) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.4545 ha torpaq sahəsi ilə üst-üstə düşür. 6. Nəbiyeva Hicran Məhəmməd qızının Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyetrindən **********64 (AA №526467) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.4545 ha və **********01 (AA №526470) reyestr nömrəsi ilə mülkiyyətinə verilmiş 0.6019 ha, **********63 (AA № 526466) 0.2089 ha torpaq sahələri tərtib olunmuş yerquruluşu planında təsvir edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Torpağa Mülkiyyət hüququna dair JN-0022, (kod ********) saylı dövlət akında Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 Ağdaş rayon Aral-1 kəndi ərazisində 2.48 hektar torpaq sahəsi vardır. İddiaçılar həmin 2.48 ha torpaq sahəsindən onların icazəsi olmadan cavabdeh Şahid tərəfindən qanunsuz istifadə edildiyini qeyd etsələr də, iş materiallarında olan mütəxəssis və ekspert rəyinə əsasən, iddiaçıların xüsusi mülkiyyətində olan, Ağdaş rayonu Aralbir kəndində yerləşən 2.05 ha torpaq sahəsinin 1.63 ha hissəsi cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunmuşdur. Nəticədə cavabdeh iddiaçıları öz mülkiyyətlərindən faktiki olaraq məhrum etmişdir, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıların hüquqları və qanuni maraqları pozulmuşdur. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Şahid iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonunun Aral-Bir kəndi ərazisində yerləşən 2.05 ha torpaq sahəsinin 1.63 hektar hissəsindən çıxarılmalı və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçılaraya qaytarılmalıdır. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci cavabdeh Şahid alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Şahid iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ümumi birgə mülkiyyətində olan Ağdaş rayonunun Aral-Bir kəndi ərazisində yerləşən 2.05 ha torpaq sahəsinin 1.63 hektar hissəsindən çıxarılsın və torpaq sahəsi zəbtdən azad edilərək iddiaçılara qaytarılsın. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci cavabdeh Şahid alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar