Məhkəmə qərarları › İş №2(014)-2521/2021

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-2521/2021

03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-2521/2021 03.12.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi F.Nəsibov, İddiaçı BOKT MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı istifadə hüququnun xitam verilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin İddiaçı BOKT MMC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələbinə əməl etməmiş, yəni iddia ərizəsində Cavabdeh1 və X1 ailə üzvləri olan 20.09.2007-ci il təvəllüdlü X5, 22.12.2009-cu il təvəllüdlü X3 və 16.06.2013-cü il təvəllüdlü X4 cavabdeh kimi göstərmədiyi halda onlara qarşı tələb irəli sürmüş, yəni Ağdaş rayonu, Toftqi kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi və evdən çıxarılmalarını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə əməl edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmuna əməl edilmədikdə, hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması haqqında qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Buna görə də hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı BOKT MMC-nin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar