Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-258/2023 15.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1952-ci ildə Ağdaş rayonu, Üznük kəndində anadan olmuşdur. Hazırda Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 6/5 ünvanında yaşayır. X2 xx.xx.1975-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Son vaxtlar başının daxilində əmələ gələn beyin şişlərindən (tümördən, törəmədən) əziyyət çəkmişdir. Uzun müddət müalicə etdirilməsinə baxmayaraq müsbət nəticəsi olmamışdır. X4 18 mart 2021-ci il tarixdə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 6/5 ünvanında vəfat etmiş, ünvan 3nin yeri məlumdur. Müəyyən səbəblərdən X1 ölümü barədə şəhadətnamə alınmamışdır. Hazırda Maraqlı şəxs tərəfindən X3 ölümü barədə şəhadətnamə verilmir və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X1 18 mart 2021-ci il tarixdə Ağdaş şəhərində bədxassəli beyin şişlərindən ölməsi faktını şahidlər də təsdiq edə bilər. Qeyd olunan ölümün qeyd edilmə faktının müəyyən edilməsi ona vərəsəlik məsələsinin həlli ilə əlaqədar lazımdır. Ərizəçi məhkəməyə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, xx.xx.1975-ci ildə doğulmuş X3 18 oktyabr 2020-ci il tarixdə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 6/5 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qohumudur. Ərizəçinin X2 18 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Ağdaş rayon Qaradağlı kənd qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun iş yoldaşının atasıdır. Ərizəçinin oğlu onun isə iş yoldaşı X4 18 oktyabr 2020-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 05/Q-1955 №-li, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Ağdaş rayon Ağdaş bələdiyyəsi tərəfindən verilmiş 110 №-li, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, vəfat etmiş X4 18 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və Ağdaş rayon Qaradağlı kənd qəbiristanlıqında dəfn edilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X9 23 sentyabr 2021ci il tarixli, 1042 saylı arayışından görünür ki, xx.xx.2020ci il tarixdə “Ağdaş rayon Mərkəzi Xəstəxanası” X9 X11 briqadasına çağırış edilmiş, çağırış briqadası ünvana çatanda xx.xx.1975-ci il təvəllüdlü X3 evdə vəfat etməsi müəyyən edilmişdir. İşin materiallarında olan 1 ədəd fotoşəkildən görünür ki, mərhum X3 adı və şəkili olan qəbir mövcuddur. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin X2 18 oktyabr 2020-ci il tarixdə vəfat etmiş və Ağdaş rayon Qaradağlı kənd qəbiristanlığında dəfn edilmiş, lakin ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi oğlunun ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi X1 18 oktyabr 2020-ci il tarixdə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 6/5 ünvanında ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi X1 18 oktyabr 2020-ci il tarixdə Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi 6/5 ünvanında ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-258/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-258/2023
15.02.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver