Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-26/2020 09.07.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı nümayəndəsi və vəkili M.Paşayevin Cavabdeh və vəkili E.Abdullayevin iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma və tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan torpaq sahəsindən məcburi çıxarılma və tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(014)-785/2012 saylı qətnaməsinə əsasən əri X1 xx xxx 2010-cu ildə ölümündən sonra ondan miras qalmış, tərəfindən miras əmlak kimi qəbul edilmiş,həmin miras əmlakın həmin vaxtdan ona məxsus olması faktı müəyyən edilmiş və adına qeydə alınması qət olunmuş, Ağdaş rayonunun Şəmsabad kəndində Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005-ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evi ilə əlaqədar hər hansı hərəkətlərin edilməsinin Cavabdeh qadağan edilməsinə, hətəryanı torpaq sahəsində apardığı özbaşına tikinti işlərini dərhal dayandırmasına, həmin torpaq sahələrindən məcburi qaydada çıxarılmaqla hər hansı bir formada istifadəsinin qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ƏMDK-in yanında DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2018-ci il tarixdə qeydiyyata alınmış çıxarışa RX ******* əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ əsasında ona məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsini özbaşına zəbt etmiş Cavabdeh oradan məcburi qaydada çıxarılması, həmin torpaq sahəsindən istifadəsinin qadağan edilməsi,mülkiyyət hüququnu pozmaqla həmin torpaq sahəsində apardığı özbaşına tikilinin yaşayış evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə baxılıb müvafiq qərar qəbul olunanadək İddiaçı Cavabdeh qarşı özbaşına istifadənin qadağan edilməsi və məcburi çıxarma tələbi haqqında iddiasına dair mülki iş üzrə icraat dayandırılmışdır. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə baxılıb qətnamənin dəyişdirilmədən saxlanılması şikayətin təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmişdir, odur ki,məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş və iş üzrə icraat təzələnərək məhkəmə iclasında baxılması üçün təyin edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsi ilə X1 xx xxx 2010-cu ildə ölümündən sonra ondan miras qalmış Ağdaş rayonunun Şəmsabad kəndində Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005-ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və adına qeydə alınması qət edilmişdir. Bildirir ki, Ağdaş rayonunun Şəmsabad kənd sakini olan X5 ilə xx.xx.2004-cü ildə Şəmsabad k.i.n.-də 17 saylı nikah qeydə aldırmaqla ailə qurub hazırda miras qalmış təsərrüfatda birlikdə yaşamağa bağlamışlar. Ərinin xx.xx.2010-cu ildə Ağdaş rayonunun Şəmsabad kəndində ölümündən sonra yuxarıda qeyd olunan pay torpaq sahəsi, həyətyanı torpaq sahəsi miras qalmışdır. Ərinin qanun üzrə birinci dərəcəli vərəsələri ola biləcək valideynləri olan atası 1982-ci ildə, anası 1986-cı ildə öldükləri, həmin vaxtdan həyət təsərrüfatının ərinin adına keçməklə ona məxsus oldugu, əri ilə birgə nikahlarından və ya başqa nikahdan ərinin övladlarının olmaması səbəbindən onun qanun üzrə yeganə birinci dərəcəli vərəsəsi yalnız o olmuş və onun öldüyü gündən ondan qalan miras əmlakı o, qəbul etməklə idarə etməyə başlamışdır. Hazırda cavabdeh ərindən miras qalmış əmlakla əlaqədar məhkəmənin tam qanuni qərarının olmasına reyestr çıxarışına əsasn 0,24 ha torpaq sahəsinin mülkiyyətində olmasına baxmayaraq cavabdeh heç bir hüquqi əsası olmadan mülkiyyət hüququnu pozmuş, həyətyanı torpaq sahəsini özbaşıan zəbt etmiş, torpaq sahəsində özbaşına şəkildə yaşayış evi tikmişdir. Hesab edir ki,iddiası əsaslıdır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi,həmçinin bildirdi ki, cavabdeh hazırda mübahisə predmeti olan iddiaçının mülkiyyətində yerləşən torpaq sahəsini zəbt edərək özbaşına yaşayış evi tikmişdir. Hesab edir ki,iddiaları əsaslıdır. Bütün bunlar Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi və mütəxəssis rəyi ilə də isbat edilir. Odur ki, iddia əsaslı olduğu üçün iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, xx xxxxx 1969cu il tarixdə mübahisə predmeti olan torpağın yerləşdiyi kənddə həmin təsərrüfatda anadan olmuş və bu günədək həmin təsərrüfatda qeydiyyatda olmaqla 2008-ci il tarixədək həmin evdə yaşamışdır. 2008-ci ildə ailə qurmağı ilə əlaqədar müvəqqəti olaraq Bakı şəhərində köçərək orada yaşamış və 2012-ci ilin dekabr ayında yenidən Şəmsabad kəndinə qayıtmışdır. Bu gün də həmin kənddə həmin təsərrüfatda qeydiyyatdadır. Ağdaş rayon Dövlət Arxivindən əldə etdiyi sənədlərdən məlum olur ki, 1996-2000-ci illərin təsərrüfatbaşına kitabında onun adının üstündən xətt çəkilmiş və təsərrüfatı ayrı göstərilmişdir. Lakin təsərrüfatı barədə səhifə açılmamış, təsərrüfatının həyətyanı torpaq sahəsi ölçüsü göstərilməmişdir. Bütün bunlar barədə onun məlumatı və xəbəri olmamışdır. Ona ayrı təsərrüfat verilməsi ilə əlaqədar heç bir qruma müraciət etməmişdir. Kənd icra nümayəndəliyindən verilən məlumata görə ona torpaq sahəsi mərhum valideynlərindən qalmış 0.24 hektar torpaq sahəsindən ayrılmışdır. Belə olmasaydı, kənddə islahat zamanı adambaşına 0.42 hektar pay torpaq sahəsi düşdüyü halda mərhum qardaşına cəmi 0.23 hektar pay torpaq sahəsi verilməzdi. Yəni onun adına verilmiş şəhadətnaməyə əsasən həmin ünvanda yerləşən 0.24 hektar torpaq sahəsinin 0.11 hektar hissəsi ya zəbt kimi və yaxud da özgə torpağı kimi yazılmışdır. 2010-cu ildə mərhum qardaşının ölümündən sonra iddiaçı tərəfindən 2012-ci ildə mirasın qəbulu ilə əlaqədar məhkəməyə müraciət etməsindən, həmin iş üzrə məhkəmə tərəfindən miras qalmış həyətyanı torpaq sahəsinin və onun üzərində mərhum valideynləri tərəfindən tikilmiş və mərhum anasının adına olan yaşayış evinin iddiaçı tərəfindən qəbul edilməsinə dair xx xxxxxx 2012-ci il tarixdə qətnamə qəbul edilməsindən xəbərim olmamışdır. Bütün bunlar da onun xəbəri olmadan onun təsərrüfatı üçün ayrılmış 0.10 hektar həyətyanı torpaq sahəsinin hazırda iddiaçının mülkiyyətində olan 0.24 hektar həyətyanı torpaq sahəsində yerləşdiyini təsdiq edir. Məhz buna görə də o, 2018-ci ildə həmin həyətdə heç kim yaşamadığından şəxsən kənd icra nümayəndəliyini xəbərdar etməklə və onun icazəsi ilə yaşayış evi tikdirmişdir. Həmin vaxt kənd icra nümayəndəsi onun üçün ayrılmış təsərrüfatın məhz mərhum valideynlərinə, onların ölümündən sonra mərhum qardaşı Məhəbbət İsrəfilovun adına qeydə alınmış 0.24 hektar həyətyanı torpaq sahəsində olduğu bildirilmişdir. Hesab edir ki,iddia əsassızdır belə ki, o, heç kimin torpağını zəbt etməmişdir. Faktiki olaraq özünə məxsus olan torpaqdan istifadə edir və həmin torpaqda yaşayış evi tikdirir. Odur ki,iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X13 xx xxxxxx 2004-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmişlər, evləndikdən sonra qadın ərinin İsrəfilova soyadını qəbul etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 2010-cu ildə vəfat etmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(014)-785/2012 saylı qətnaməsindən görünür ki, X1 xx xxx 2010cu ildə ölümündən sonra ondan miras qalmış Ağdaş rayonunun Şəmsabad kəndində Ağdaş rayon AİK-nın xx xxxxxx 1998-ci il tarixli 20 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət aktına (JN-0050, kod 90318018) əsasən məxsus olan 0.23 hektar çöl pay torpaq sahəsi, xx xxxxxxxx 2005-ci ildə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə (JN-071A) əsasən məxsus olan 0.24 hektar həyətyanı torpaq sahəsi və həmin sahədə yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və adına qeydə alınması qət edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Torpağa mülkiyyət hüququna dair JN-0050, kod-90318018 saylı dövlət aktından görünür ki, Ağdaş rayon X8 xx xxxxxx 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,23 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-071A, kod-90318018 saylı şəhadətnamədən görünür ki, Ağdaş rayon X8 xx xxxxxx 1998-ci il tarixli 20 nömrəli qərarı ilə Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X2 mülkiyyətinə verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən İddiaçı mərhum həyat yoldaşı X3 JN-071A nömrəli şəhadətnamə ilə verilmiş 0,24 ha torpaq sahəsində Cavabdeh fərdi yaşayış evi inşa etdirmiş və həmin torpaq sahəsindən istifadə edir. JN-050 nömrəli Dövlət aktı ilə İddiaçı mərhum həyat yoldaşı X4 verilmiş 0,23 ha torpaq sahəsindən Cavabdeh istifadə etmir. Torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 manatdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli xx xxxxxx 2018-ci il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.Plan və ölçünün tərtib edilməsinə əsas Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi və edilən torpağın mülkiyyətə verilməsinə dair JN-071A, kod-90318018 saylı şəhadətnamədir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən daşınmaz əmlakın real bazar dəyərinin müəyyən edilməsinə dair arayışdan görünür ki, Ağdaş rayonu, Şəmsabad kəndində yerləşən 0,2409 ha torpaq sahəsinin xx xxxxxx 2018-ci il tarixə real bazr dəyəri 6400 manatdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki,sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki,mübahisə predmeti olan Ağdaş rayonu,Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı və cavabdehin qardaşı olan X1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olmuşdur. Məhəbbət isrəfilovun vəfatından sonra torpaq sahəsi Ağdaş rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə miras əmlak kimi birinci dərəcəli vərəsə kimi iddiaçı tərəfindən qəbul edilmişdir. Cavabdeh sözügedən qətnamədən apelyasiya şikayəti versə də,apelyasiya şikayəti təmin edilməmişdir.Odur ki,iddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair öz adına Ağdaş rayonu,Şəmsabad kəndində yerləşən 0,24 ha torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olduğunu göstərən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı,1408800 nömrəli xx xxxxxx 2018-ci il tarixli çıxarış almışdır. Verilmiş mütəxəssis rəyi ilə və tərəflərin izahatları ilə cavabdehin iddiaçının mülkiyyətində olan 0,24 hektar torpaq sahəsini zəbt edərək orada özbaşına tikilmiş tikili yaşayış evi inşa etdirməsi məlum olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, həmin torpaq sahəsindən istifadə Cavabdeh qadağan edilməli, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili yaşayış evi X7 hesabına sökülməlidir. Ödənilmiş dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Mütəxəssis rəyinin verilməsi üçün tələb edilən 60 mana xərc isə cavabdehdın tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 17 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində 100 saylı reyestr kitabının 54 saylı vərəqində xx xxxxxx 2010-cu il tarixdə qeydiyyata alınmış RX 14008800 nömrəli çıxarışa əsasən Ağdaş rayonunun Şəmsabad kəndində yerləşən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0,24 hektar həyətyanı torpaq sahəsindən Cavabdeh məcburi qaydada çıxarılsın, həmin torpaq sahəsindən istifadə Cavabdeh qadağan edilsin, həmin torpaq sahəsində özbaşına tikilmiş tikili-yaşayış evi X7 hesabına sökülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün tələb edilən xərc 60 mana (altmış manat) iş üzrə Cavabdeh tutularaq aşağ4ıdakı hesaba köçürülsün. Kapitalbankın 1 saylı Xətai filialı Kod: 200071 voen(bank) ********** Müxbir hesab: AZ37NABZ**********000001944 Swift: AİİBAZ2X Kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:********** HESAB N: AZ23AİİB******************** Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-26/2020
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-26/2020
09.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver