Məhkəmə qərarları › İş №2(014)-268/2022

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-268/2022

31.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-268/2022 31.01.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Mustafayeva Ulduzə Mütəllim qızının katibliyi İddiaçı, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli seriya RX ******* nömrəli çıxarışa əsasən xüsusi mülkiyətində olan Ağdaş rayonu, Xosrov kəndi ərazisində olan 0.38 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hər biri zəbt etdikləri 0.19 hektar hissəsindən məcburi çıxarılmaları, Cavabdeh2 həmin 0.19 hektar torpaq sahəsində tikdirdiyi iki mərtəbəli yaşayış evinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün iş üzrə məhkəmə baxışına hazırlığının icraatına xitam verilməlidir. Belə ki, Ağdaş Rayon Məhkəməsinin icraatında olmuş 2(014)-154/2019 nömrəli mülki işin materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin zəbt edilmiş pay torpaq sahəsindən məcburi çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 fevral 2019-cu il tarixli mütəxəssis rəyi ilə Cavabdeh2 istifadə etdiyi 0.17 ha, Cavabdeh1 istifadə etdiyi 0.24 ha torpaq sahəsinin İddiaçı mülkiyyətinə RX ******* nömrəli çıxarışla verilmiş Ağdaş rayonu, Xosrov kəndində yerləşən 0.38 ha torpaq sahəsinə aid olmaması müəyyən edilmiş, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 19.06.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli 2(014)-154/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə müvafiq olaraq tərəflərə izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı qanunsuz tikilin sökülməsi və torpaq sahəsindən məcburi çıxarılma tələbi haqqında iddiasına dair mülki iş üzrə məhkəmə baxışına hazırlığının icraatına xitam verilsin. İddiaçı tərəfindən 14.12.2021-ci il tarixdə «Kapital Bank»ın Ağdaş filialına 20499 nömrəli qəbzlə ödənilmiş 90 (doxsan) manat və 16.05.2021-ci il tarixdə «Kapital Bank»ın Ağdaş filialına 10881 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar