Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-274/2020 10.03.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Ağdaş rayonu Qaradeyin kənd X7 üzrə İcra Nümayəndəliyi, Ağdaş rayon Eymur kənd X7 üzrə İcra Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı «faktının müəyyən edilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: Ərizəçi maraqlı şəxslər Ağdaş rayonu Qaradeyin kənd X7 üzrə İcra Nümayəndəliyi, Ağdaş rayon Eymur kənd X7 üzrə İcra Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı «faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1982-1996-cı illərdə Ağdaş rayonu Sabiq “Nizami” kolxozunda işlədiyi illərin “Nizami” adına kolxoza aid Fond № 25, siyahı 42, iş “4, bağ № 1-də olan staj (arxiv) kitabında vətəndaş Vəliyeva Suqar (Suqur) adlı vətəndaşın üzərindən xətt çəkilərək düzəliş əsasında Ərizəçi adı qeyd edilmiş, titul vərəqinin Ərizəçi aid edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşı kimi 1954-cü il təvəllüdlü olduğundan, pensiya yaşı çatdığından, pensiyaya çıxmışdır. Bu səbəbdən də hamı kimi ona da pensiya təyin edilib. Ancaq Ağdaş rayonunda fəaliyyət göstərən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsi tərəfindən xx.xx.2019-cıı il tarixindən pensiyanın ödənişi dayandırılmışdır. Əsas əmək kitabçasında göstərilən 1982-1996-cı illərdə Ağdaş rayon Eymur kəndi üzrə “Nizami” adına kolxozunda işlədiyi illərin staj kitabında, yəni arxiv kitabında Vəliyev Suqar (Suqur) adının yazılması və onun üzərindən xətt çəkildiyi, düzəliş əsasında Ərizəçi adı qeyd edildiyi üçün əmək pensiyası dayandırılaraq məhkəməyə müraciət etməyi bildirilmişdir. O maraqlı şəxsin hazırkı mövqeyi ilə razı deyil. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, maraqlı şəxs onun barəsində qeyri obyektiv mövqeyi nümayiş etdirməklə pensiyanın dayandırılması, bir bürokrativ hərəkətdir. Belə ki, onun əmək kitabçası var, əmək kitabçasında işlədiyi illərin yəni 1982-1996-cı illərdə “Nizami” adına kolxozunda işləməyi kolxozun rəsmi möhürü ilə təsdiq edilib. O, xx.xx.1982-cı il tarixində 15 saylı əmrlə kolxoza daxil olmuş, kolxoz üzvü kimi həmin illərdə işləmişdir. xx.xx.1996-cı ildə 19 saylı əmrlə kolxoz üzvlüyündən azad edilmişdir. Bu dövr sovet dövrünü əhatə edir, həmin zamanda onun bir kolxozçu olaraq işləməyi əmək kitabçasında öz təsdiqini tapıb. Kolxozçunun əmək kitabçası onun əmək fəaliyyətini nümayiş etdirən, əvəzsiz sənəddir. Bundan digər tərəfə olan münasibətlər yəni, hansısa məmurun sovet dövründə etmiş olduğu yalnışlıqlar və səhvlər üçün o məsuliyyət daşımır. Ona göndərilmiş xx.xx.2019-cu il tarixli məktubla staj kitabının titul vərəqində Ərizəçi adı qeyd edilmədiyi üçün onun pensiyası dayandırırlar. Qeyd olunan hərəkətsizliyi savadlı və yaxud da savadsız olaraq bir kolxoz mühasibi tərtib edib. Zəruri düzəlişləri etməyibsə burada onun pensiyası niyə dayanmalıdır? Onun adı qrafasında Vəliyeva Suqra yazılıb, Vəliyeva Suqra onun anasıdır. O bu səbəbdən təkrarən arxivə müraciət edərək anası Suqraya aid əmək günü və əmək haqqı qeydlərini almışdır. Həmin arxiv arayışında anasının il ərzində adam günü və aldığı pulun çıxarışını istəmişdir. Anasına aid əmək günü uçotu və staj kitabında 1983-1990- cı illərin cədvəlini çıxartmışdır. Ona görə ki, məhkəmə bu hala diqqət yetirsin. Burada anası Suqranın adına ayrı vərəq, ayrı staj illəri mövcuddur. Onun təqdim etdiyi yəni ona aid olan, üstündən xətt çəkilmiş, üzərindən Ərizəçi adı yazılmış cədvəldə isə onun staj illəri, kolxoz günləri və aldığını illərin pulu qeyd edilib. Bir kitabda iki yerdə fərqli rəqəmlərlə Vəliyeva Suqranın adının olması mümkün deyildir. Həm də bir nümunə kimi istənilən ili anası ilə ona münasibətdə bu cədvəl üzrə yəni, arxiv arayışı üzrə yoxlasanız bu halda tam fərqliliyi görə bilərsiz. O bu səbəbdən bu halları özü sübut etməli olmuşdur. Məhkəmə tərəfindən də həmin kitab yoxlanılsa, anasının adının səhvən yazıldığı bir daha öz təsdiqini tapar. O “Nizami” adına kolxozda işləmişdir, “Nizami” adına kolxoz ləğv olunandan sonra onun hüquqi varisi həm Qaradeyin kənd X7nə, həmdə Eymur kənd X7nə ayrılmışdır. Bu səbəbdən də hər iki maraqlı şəxsləri o, hazırkı iddia ərizəsində də mübahisələndirmişdir. O qanuni şəkildə pensiya almış, qeyd olunan səhv onun səhvi deyil. Sənədlərdə onun anasının adının iki yerdə yazılması bir daha dediklərini təsdiq edir. Onun da Azərbaycan Respublikasının vətəndaşı olaraq pensiya almaq hüquq vardır, bu hüquq icra edilmişdir. Ancaq sovet dövrünün hansısa bir məmurunun səhvi onun təqsiri deyildir. “Nizami” adına kolxozun dağılması nəticəsində hazırda onun hüquqi varisləri olan hazırkı maraqlı şəxslər tələbində qeyd edilənləri qəbul edirlər. Kiminsə səhvi ucbatında əmək stajında, əmək kitabçasında 1982-1996-cı illərin rəsmi qeydləri, iş stajını qeyd edildiyi halda bu faktın ona mənsub olması, aidiyyatı orqanların tərəfindən mübahisləndirildiyindən, bu barədə ona rəsmi məktub verildiyindən o həmin faktın məhkəmə qaydasıdan tanınmasını istəyir. Ona görə də onun 1982-1996-cı illərdə Ağdaş rayonu sabiq “Nizami” kolxozunda işlədiyi illərin “Nizami” adına kolxoza aid Fond № 25, siyahı 42, iş № 4, bağ № 1 -də olan staj (arxiv) kitabında vətəndaş Vəliyeva Suqar (Suqur) adlı vətəndaşın üzərindən xətt çəkilərək düzəliş əsasında Ərizəçi adı qeyd edilmiş, titul vərəqinin ona Ərizəçi aid edilməsi faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmədən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinin nümayəndələri X3 məhkəmədən ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Ərizəçi 1982-1996-cı illərdə Ağdaş rayonu, Eymur kənd sabiq “Nizami” kolxozunda işlədiyi illərin yoxlanılması zamanı “Nizami” adına kolxoza aid Fond № 25, siyahı 42, iş № 4, bağ № 1 olan staj (arxiv) kitabında vətəndaş Vəliyeva Suqar (Suqur) adlı vətəndaşın üzərindən xətt çəkilərək düzəliş əsasında Ərizəçi adı qeyd edilmiş, həmçinin titul vərəqində Ərizəçi adı qeyd edilməmiş, buna görə də Ərizəçi adına açılmış əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Maraqlı şəxslər Ağdaş rayonu Qaradeyin kənd X7 üzrə İcra Nümayəndəliyi, Ağdaş rayon Eymur kənd X7 üzrə İcra Nümayəndəliyinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, onlar məhkəmə iclаsınа gəlməmişlər, gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər və işə оnların iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, maraqlı şəxslərin, məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını, iş materiallarını hərtərəfli tam və obyektiv araşdırıb belə bir nəticəyə gəlir ki, ərizə təmin edilməməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli **********2 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsində aparılan növbəti inventarizasiya zamanı sizin yaşa görə əmək pensiyası işində sosial sığorta stajınızı təsdiq edən əmək kitabçasında göstərilən 1982-1996-ci illərdə Ağdaş rayon Eymur kənd sabiq “Nizami” kolxozunda işlədiyi illərin yoxlanması zamanı məlum olmuşdur ki, “Nizami” adına kolxoza aid Fond № 25, siyahı 42, iş № 4 bağ № 1 olan staj kitabında arxiv kitabında vətəndaş Vəliyeva Suqar (Suqur) adlı vətəndaşın üzərində xətt çəkilib, düzəliş əsasında Ərizəçi adı qeyd edilib, həmçinin Staj kitabının titul vərəqində Ərizəçi adı qeyd edilmədiyi üçün əmək pensiyanızın ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RPŞ-nin xx.xx.2015-ci il tarixli AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx.xx.1954-cü ildə Ağdaş rayon Eymur kəndində anadan olmuş, Ağdaş rayon, Eymur kəndində qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nin Eymur kənd X7 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 204 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Eymur sakini Ərizəçi hal-hazırda Eymur kəndində yaşayır və təsərrüfatbaşına kitabda qeydiyyatdadır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 175 saylı Arxiv arayışdan məlum olur ki, Ağdaş rayon Eymur kənd sabiq “Nizami” kolxozunun əmək günü uçotu və staj kitablarında X2 əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 170 saylı Arxiv arayışdan məlum olur ki, Ağdaş rayon Eymur kənd sabiq “Nizami” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1954-cü ildə anadan olmuş Ərizəçi əmək günü və əmək haqqı qazanmasına dair qeydlər var. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Zaks şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 1953-cü il tarixli ИЖ № 065127 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X4 x xxxxxxxx 1932-ci ildə Eymur kəndində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan SSR Ağdaş rayon Qaradeyin İcra şöbəsi tərəfindən verilmiş x xxxxx 1968-ci il tarixli AZ “ 098282 saylı evlənmək haqqında şəhadətnaməsinin surətindən məlum olur ki, X8 ilə X4 xx.xx.1968-ci ildə ailə qurmuşlar. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 285 saylı ölüm haqqında arayışdan məlum olur ki, ölüm haqqında X5 xx.xx.2005-ci ildə Ağdaş rayon Eymur İ/N tərəfindən 05 saylı akt qeydi saxlanılır. Mülki işdə olan “Nizami” adına kolxoza aid Fond № 25, siyahı 42, iş № 4, bağ № 1 olan staj (arxiv) kitabından çıxarışın surətindən də görünür ki, vətəndaş Vəliyeva Suqar (Suqur) adlı vətəndaşın üzərindən xətt çəkilərək düzəliş əsasında Ərizəçi adı qeyd edilmiş, həmçinin titul vərəqində Ərizəçi adı qeyd edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. AR ƏM Maddə 87-ci maddəsinin 1-ci bəndinə əsasən İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilir ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır.. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxslər Ağdaş rayonu Qaradeyin kənd X7 üzrə İcra Nümayəndəliyi, Ağdaş rayon Eymur kənd X7 üzrə İcra Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı «hüquqi əməliyyətli faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizəçi maraqlı şəxslər Ağdaş rayonu Qaradeyin kənd X7 üzrə İcra Nümayəndəliyi, Ağdaş rayon Eymur kənd X7 üzrə İcra Nümayəndəliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon Şöbəsinə qarşı «hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nizam Əliyev