Məhkəmə qərarları › İş №2(014)-282/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-282/2020

31.05.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-282/2020 31.05.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçılar İddiaçı6, İddiaçı2, İddiaçı3, İddiaçı1 nümayəndəsi və iddiaçı Nümayəndə və İddiaçı1 Cavabdeh A.Eminovun iştirakı ilə İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X11, X4 və X7 qarşı Özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 Cavabdeh5 oğlu, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı özbaşına tutulmuş(zəbt edilmiş) torpaq sahəsindən məcburi çıxarılma və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus Ağdaş rayonu, Bulaqotağı kənd ərazisində yerləşən 1,77 hektar torpaq sahəsindən cavabdehlər Cavabdeh5 oğlu və Cavabdeh4 zəbt etdikləri 0,09 hektar,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 0,25 hektar və Cavabdeh3 zəbt etdiyi 0,80 hektar hissəsindən məcburi qaydada çıxarılmaları və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə birdəfəlik son quyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Daha sonra iddiaçılar Cavabdeh2 əsl olmayan tərəf olduğunu bildirərək əsl olmayan tərəfin X11,X4 və X12 ilə əvəz edilməsini xahiş etmişlər, odur ki, Cavabdeh2 əsl cavabdehlər X11, X4 və X12 ilə əvəz edilmişdir. Daha sonra iddiaçı və iddiaçıların nümayəndəsi iş üzrə cavabdehlərdən Cavabdeh5 oğlunun cavabdehlər sırasından çıxarılmasını xahiş etmiş və məhkəmə tərəfindən Cavabdeh5 oğlu iş üzrə cavabdehlər sırasından çıxarılmışdır. İddiaçı6, İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi və iddiaçı Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən 1,7721 hektar torpaq sahəsi vardır. Bu barədə adlarına ******* nömrəli, RX seriyalı çıxarış da vardır. Lakin cavabdehlər onlara məxsus torpaq sahəsinin bir hissəsini zəbt etmişlər. Hazırda cavabdehlər onlara məxsus torpağın bir hissəsini qanunsuz zəbt edərək istifadə edirlər. O və ailə üzvlər olan iddiaçılar cavabdehlərdən dəfələrlə torpaq sahəsini boşaltmağı xahiş etsələr də, cavabdehlər onların tələbinə məhəl qoymamışlar. Qeyd edir ki, 17 saylı Yevlax ərazi idarəsindən dəvət olunmuş mütəxəssis də həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini müəyyən etmişdir. Qeyd edir ki, onlar mülkiyyətlərində olan torpaq sahəsinə dair su pulu, torpaq pulu ödəyirlər. Lakin həmin torpaqdan istifadə edə bilmirlər. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçılar İddiaçı4 məhkəmə iclasında iddianı müdafiə edərək Nümayəndə izahatına uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh X11 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisə edilən torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil və iddiaçılara hər hansı bir aidiyyatı yoxdur. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İddia tamamilə əsassızdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, X4 və X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı,1294377 nömrəli çıxarışa əsasən Ağdaş rayonu Bulaqotağıkəndində yerləşən 1,7721 hektar torpaq sahəsi İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və X1 ümumi birgə mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 xx xxxxxx 2013-cü ildə rəsmi nikah qeydindən keçməklə evlənmiş və evləndikdən sonra qadın ərin soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki,Ağdaş rayonu,Bulaqotağı kəndində yerləşən,iddiaçının özünün faktiki istifadə etdiyi və cavabdehlərlə mübahisə etdiyi torpaq sahəsində ölçü işləri aparılmışdır. İddiaçı6 faktiki istifadə etdiyi torpaq sahəsi ilə, onların mülkiyyətinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********07 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış, torpaq sahəsinin planı və ölçüsü sənədinə göstərilən 1,7721 ha torpaq sahəsinin koordinatlarının hüdudlarında yerləşən torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən edilmişdir. Cavabdehin istifadə etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi iddiaçının mülkiyyətinə Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********07 reyestr nömrəli çıxarışla qeydiyyata alınmış torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən 1,7721 ha torpaq sahəsinin koordinatlarının hüdüdları daxilində yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 78,72 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsaəsn iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə hesab edir ki, iddiaçılara məxsus 1,7721 hektar torpaq sahəsinin 0,08 hektar hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə edildiyi mütəxəssis rəyi ilə müəyyən edildiyindən, iddia qismən təmin edilməli, cavabdehlər iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilmiş 0,08 hektar hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulmalı, həmçinin iş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc ödənilmiş tələbin məbləğinə mütanasib olaraq cavabdehlərdən tutulmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh4,Cavabdeh1, Cavabdeh3, X11, X4 və X2 Firqət Miralı oğlu, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 ******* nömrəli, RX seriyalı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla məxsus olan Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən 1,7721 ha torpaq sahəsinin istifadə etdikləri 0,08 ha hissəsindən çıxarılsınlar və onların həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz hərəkətlərinə son qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 78,72 manat (yetmiş səkkiz manat yetmiş iki qəpik) İddiaçı6, İddiaçı1, İddiaçı4, Nümayəndə, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın ASCnin Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar