Məhkəmə qərarları › İş №2(014)-295/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-295/2022

06.05.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-295/2022 06.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X23 19 aprel 1962-ci ildə keçmiş Astarxan rayonunun (hazırda Cəlilabad rayonu) Ləkin kəndində anadan olmuşdur. X1 və X9 olmuşdur. X2 ilə X15 10 avqust 1987-ci ildə Ağdaş RİHB-nin Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Onların birgə nikahlarından 01 iyun 1988-ci ildə bacısı X27, xx xxxxxx 1991-ci ildə isə o, Ərizəçi anadan olmuşdur. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 avqust 1998-ci il tarixli 15 saylı qərarı ilə Ağdaş rayonunun Qoşaqovaq kəndi ərazisində X3, nənəsi X9, atası X23, X4, bacısı X16 və onun ümumi birgə mülkiyyətlərinə 0,32 hektar həyətyanı, 5,04 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə adlarına müvafiq olaraq JH-076A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN: 132 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. Valideynləri Ağdaş rayonunun Qoşaqovaq kəndində rəsmi qeydiyyatda olsalar da, evlənəndən sonra Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərinə köçmüşlər. Bir müddət orada yaşayandan sonra ailə yenidən Azərbaycana qayıtmışdır. Atası X7, onları babası və nənəsinin Ağdaş rayonunun Qoşaqovaq kəndində yerləşən evlərində onların yanında qoyaraq yenidən Rusiyaya qayıtmışdır. O, Rusiyaya gedəndən bir müddət sonra ondan xəbər olmadığına görə anası Rusiyaya orada yaşayan əmisi X10 yanına gedib, atasının itkin düşdüyünü eşidəndən sonra atasının itkin düşməsi və tapılması barədə ərizə ilə Yekaterinburq şəhər Daxili İşlər İdarəsinə müraciət etmişdir. Anasının dediyinə görə atası barəsində axtarış işi açılandan və anası Azərbaycana qayıdandan sonra Yekaterinburq şəhər Daxili İşlər orqanından atasının axtarışının davam etdirilməsi barədə iki dəfə məlumat verilmişdir. X4 ilə atası X23 arasında qeyd edilmiş nikah 2015-ci ilin dekabr ayında Ağdaş Rayon Məhkəməsində pozulmuşdur. X3 23 iyun 2000-ci il tarixdə, nənəsi X9 isə 21 yanvar 2008-ci il tarixdə Ağdaş rayonunun Qoşaqovaq kəndində vəfat etmişdir. Babası və nənəsinin ölümündən sonra onlardan miras qalmış bütün əmlaklarını, o cümlədən həyətyanı və pay torpaq sahələrindən onlara çatası paylarını faktiki olaraq o, qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Onların ölümündən sonra onlardan miras qalmış paylarına vərəsəlik işi açdırmaq istəyəndə onlara məlum olmuşdur ki, atası X11 da münasibətinin öyrənilməsi və ya onun ölməsi barədə sənəd tələb olunmuşdur. Atası 2002-ci ildən Rusiya Federasiyasının Sverdlovsk vilayətində itkin düşdüyündən onun məhkəmə qaydasında ölmüş elan edilməsi üçün itkin düşməsi və bu barədə axtarış işinin açılması barədə arayış tələb olunduğundan Rusiyanın həmin şəhərində yaşayan əmisi X10 vasitəsi ilə Rusiya Federasiyası, Sverdlovsk vilayəti Yekaterinburq şəhər Daxili İşlər İdarəsindən 08 dekabr 2021-ci il tarixli 31523 nömrəli arayış əldə olunub. Həmin arayışda atası X12 2002-ci ildən intin düşməsi və onun harada olması müəyyən olunmamışdır. Məhkəmə iclasında Ərizəçi iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, ərizəçi onun atasının əmisi nəvəsidir. Ərizəçi ilə qohum kimi ünsiyyətləri yaxşıdır. Ərizəçinin atası 20 ildir ki, itkin düşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun dayısının nəvəsidir. Ərizəçi ilə bir kənddə yaşayırlar. Ərizəçinin atası 20 ildən çoxdur ki, Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərinə getmiş və bir daha qayıtmamışdır. Ərizəçinin əmisi Eldar Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində yaşayır və onunla ünsiyyəti var. Ərizəçinin əmisi Eldar qardaşını 21 ildir axtarmağına baxmayaraq, ondan heç bir xəbər olmadığını bildirir. İşin materiallarında olan Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 08.04.2022-ci il tarixli, № 11/1290 saylı məktubundan görünür ki, X12 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşin materiallarında olan Ağdaş RİHB-nin Qoşaqovaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 30.03.2022-ci il tatixli, № 54 saylı məktubundan görünür ki, 19 aprel 1962-ci il təvəllüdlü X23 onlarda olan məlumata görə sonuncu dəfə 1999-cu ildə ərazidə olmuş və sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. İndiyə qədər əlavə məlumat yoxdur. İşin materiallarında olan Ağdaş rayon Qoşaqovaq Bələdiyyəsinin 30.03.2022-ci il tatixli, № 04 saylı məktubundan görünür ki, 19 aprel 1962-ci il təvəllüdlü X23 onlarda olan məlumata görə sonuncu dəfə 1999-cu ildə ərazidə olmuş və sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. İndiyə qədər əlavə məlumat yoxdur. İşin materiallarında olan Ləkin kənd soveti tərəfindən 09.05.1962-ci il tarixdə verilmiş, AZ seriyalı, № 202764 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X23 19 aprel 1962-ci il tarixdə Ləkin kəndində anadan olmuş, atası X14, anası isə X5. İşin materiallarında olan Ağdaş RİHB-nin Qoşaqovaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 mart 2010-cu il tarixli, AZ-İ seriyalı, № 553617 saylı nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X23 ilə X24 10.08.1987-ci il tarixdə 28 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Yadiyarova soyadı verilmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən 07.12.2006-cı il tarixdə verilmiş, AZ-İ seriyalı, № 237410 saylı hikahın pozulması haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X23 ilə X15 arasında olan nikah 24.02.2016-cı il tarixdə pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 102 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Yadiyarova soyadı verilmişdir. İşin materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01.09.2021-ci il tarixli, № 2618 saylı ölüm haqqında arayışın təsdiqlənmiş surətindən görünür ki, X9 17.01.2008-ci il tarixdə ölmüş və bu barədə Ağdaş rayon Qoşaqovaq kənd İ/N tərəfindən 02 saylı akt qeydi saxlanılır. İşin materiallarında olan Ağdaş rayon Qoşaqovaq kənd icra nümayəndəliyi tərəfindən verilmiş 27.06.2000-ci il tarixli, V-JQ seriyalı № 296405 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 23.06.2000-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri 13 №-ilə qeyd edilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-076A nömrəli (kod ********) olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X17, X8, X18, X25, X28 və X21 Ağdaş rayonu, Qoşaqovaq kəndində 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-132 nömrəli (kod ********) olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, X17, X8, X18, X25, X28 və X21 Ağdaş rayonu, Qoşaqovaq kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,04 ha torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Sverdlovsk vilayəti üzrə Rusiya DİN Bİ Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Yekaterinburq şəhəri üzrə İdarəsinin 9 saylı Polis şöbəsinin 08.12.2021-ci il tarixli arayışından görünür ki, 19 aprel 1962-ci il təvəllüdlü X23 2002-ci ildə itkin düşdüyünə görə Rusiya DİN-in Yekaterinburq şəhəri üzrə Bİ-in 9 saylı Polis şöbəsində axtarışda qeydə alınıb. Hal-hazırda onun yerləşdiyi müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası 19 aprel 1962-ci il təvəllüdlü X23 1999-cu ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, geri qayıtmamış və onun barəsində X44 Nazirliyində və onun ailəsində indiyə kimi heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi atası 19 aprel 1962-ci il təvəllüdlü X23 ölmüş elan edilməli və qətnamənin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. Ərizəçi atası 19 aprel 1962-ci il təvəllüdlü X23 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X12 ölüm günü sayılsın. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar