Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-3/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evinin cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 tərəfindən öz hesablarına sökülməsinə və onların, eləcə də X2 və Cavabdeh2 uşaqları X2 və X1 və əmlakları ilə birlikdə həmin torpaq sahəsindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək cavabdehlərə qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbinə iddiadan imtina etdiyini bildirmiş və mülki işin icraatına xitam verilməsini xahiş etdi. Cavabdeh2 müıli işin icraatına verilməsinə heç bir etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiadan imtina qəbul edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən imtina qəbul edilənə qədər izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı tikilinin sökülməsi və cavabdehin əmlakı ilə birlikdə torpaq sahəsindən məcburi çıxarılması tələbi haqqında iddiasına xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ağdaş Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-3/2022
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-3/2022
18.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver