Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-303/2021 04.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Ər-arvadın ümumi mülkiyyətinin bölünməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ər-arvadın ümumi mülkiyyətinin bölünməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu və övladlarını əvəllər yaşadığı və hazırda qeydiyyatda olduğu, Ağdaş şəhəri,Z.Qənbərova 1-də yerləşən evin tam yarı bölünməklə köçürülməsi,evdən istifadə qaydalarının müəyyən edilməsi və cavabdeh tərəfindən maneçilik törətməmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra ərizə ilə müraciət edərək onun və övladlarının qeydiyyatdda olduğu və yaşadıqları Ağdaş şəhəri,Z.Qənbərova 1-də yerləşən evin bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə xx xxxxxx 1999-cu ildə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmudur. Cavabdehlə nikahlarını xx xxxxxx 1999-cu ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx xxxxxx 2000-ci ildə anadan olmuş X4,xx xxxxxxxx 2001-ci ildə anadan olmuş X5 və xx xxxxxx 2004-cü ildə anadan olmuş X2 adlı üç uşaqları vardır. Cavabdehlə nikahlarını rəsmiləşdirən zaman aralarında əmlakla əlaqədar hər hansı saziş rəsmiləşdirilməmişdir. Cavabdeh ilə birgə nikahda olarkən,yəni xx xxxxxx 2002-ci ildə X1 Ağdaş şəhəri,Z.Qənbərov küçəsi birdə yerləşən 500 kv.metr torpaq sahəsindəki divarları çay daşı və kubiklə hörülmüş,üstü örtülməmiş 91,2 kubmetr həcmində olan 67,7 metr uzunluğunda üç otaqlı yarımçıq evi alqı-satqı müqaviləsi əsasında almışlar. Daha sonra həmin torpaq sahəsində mətbəx, hamam, tualet və yeddi otaqdan ibarət fərdi yaşayış evi inşa etmişlər. Qeyd edir ki, ev onların ümumi vəsaiti hesabına tikilmiş,yəni evin tikintisində Cavabdehlə yanaşı onun da əməyi olmuşdur. Cavabdehlə ailə münasibətləri pisləşdiyindən, Ağdaş rayon məhkəməsinin 2(014)-719/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş Rayon VVAQ şöbəsində xx xxxxxx 1999cu ildə 46 № ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2004-cü ildə anadan olmuş X2 adlı uşaq anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Hesab edir ki, sözügedən yaşayış evini qanunvericiliyin tələbinə görə cavabdehlə birgə nikah dövründə əldə etdiyi üçün bərabər paylı birgə mülkiyyəti sayılır. Odur ki, iddiasının təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə faktiki ailə münasibətlərinə daxil olaraq nikahlarını xx xxxxxx 1999-cu ildə rəsmiləşdirmişlər. İddiaçı ilə birgə ailə münasibətlərindən üç övladı var. Ağdaş şəhəri,Z.Qənbərov küçəsi birdə yerləşən 500 kv.metr torpaq sahəsindəki divarları çay daşı və kubiklə hörülmüş,üstü örtülməmiş 91,2 kubmetr həcmində olan 67,7 metr uzunluğunda üç otaqlı yarımçıq evi alqı-satqı müqaviləsi əsasında iddiaçı ilə birgə nikah dövründə satın almışdır, məhz bundan sonra hazırda yaşadıqları mübahisə predmeti olan fərdi yaşayış evini inşa etməyə başlamışlar. O, iddiaçıya və uşaqlarına həmin evdən istifadə etməyə heç bir maneçilik törətmir. Qeyd edir ki, iddianın təmin edilməsinə heç bir etirazı yoxdur.. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki. aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 2(014)-719/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış Ağdaş Rayon VVAQ şöbəsində xx xxxxxx 1999-cu ildə 46 № ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2004-cü ildə anadan olmuş X2 adlı uşaq anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən Ağdaş Rayon Məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, Ağdaş şəhəri,Z.Qənbərov küçəsi 1-də yerləşən fərdi yaşayış evi Ağdaş rayon Dövlət Notariat kontorunun xx xxxxxx 2002-ci il tarixli 4Ə-01-82 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adınadır. Hüquq sahibi ərizə ilə müraciət etmədiyi üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2002-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh üç milyon doqquz yüz iyirmi min manat ödəməklə X1 Ağdaş şəhəri,Z.Qənbərov küçəsi birdə yerləşən 500 kv.metr torpaq sahəsindəki divarları çay daşı və kubiklə hörülmüş,üstü örtülməmiş 91,2 kubmetr həcmində olan 67,7 metr uzunluğunda üç otaqlı yarımçıq evi alqı-satqı müqaviləsi əsasında satın almışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, Ağdaş şəhəri, Z.Qənbərov küçəsi 1də yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbacan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbacan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbacan Respublikası Mülki Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddiasının əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa haqlıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nigah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2 və 32.2.2-ci madələrinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar əmlakın kimin adına əldə olunmasından asılı olmayaraq ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, bölünməsi tələb edilən daşınmaz əmlak olan fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə əldə olunduğu məhkəmədə müəyyən olunduğundan mübahisə obyekti olan fərdi yaşayış evi tərəflərin ümumi əmlakı kimi nəzərə alınmalı və tərəflər arasında bölünməlidir. Odur ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Ağdaş şəhəri,Z.Qənbərova 1-də yerləşən fərdi yaşayış evi İddiaçı ilə Cavabdeh arasında bərabər payda bölünsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-303/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-303/2021
04.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver