Məhkəmə qərarları › İş №2(014)-319/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-319/2020

01.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-319/2020 01.06.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh nümayəndəsi və vəkili T.Məmmədovun iştirakı ilə İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası x2 mülkiyyətində olan Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi, dalan 3,ev 4 ünvanında yerləşən fərdi yaşayış evinə onun ½ hissədə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, Ağdaş şəhəri, M.Şeyxzadə küçəsi, dalan 3,ev 4 ünvanında yerləşən fərdi yaşayış evi seriya MA ******* nömrəli, 20 may 2010cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən atası x2 mülkiyyətində olmuşdur. Atası x4 27 iyul 2012-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra birinci növbə vərəsə olaraq o və qardaşı olan Cavabdeh qalmışdır. Qeyd edir ki,o,atasından miras qalmış evə 2013-cü ilin sentyabr ayında köçmüşdür. Qeyd edir ki, o, miras qalmış evin ikinci mərtəbəsində bir otaqda yaşayır. Otaqda ona məxsus geyim əşyaları və mebellər vardır. Həmin evdə qardaşının ailəsi də yaşmaqdadır. Qardaşı və ailəsi atası sağ olandan indiyə qədər həmin evdə yaşayırlar. Atasının yas mərasimində iştirak etmişdir. Yaşadığı otaqda bəzi mebel əşyaları qardaşı olan cavabdehə məxsusdur. Qeyd edir ki, o, notariat kontoruna miras qalmış evin yarısının onun adına rəsmiləşdirilməsi üçün müraciət etsə də, cavabdeh atasından miras qalmış evin bütünlüklə onun adına rəsmiləşdirilməsini tələb etmişdir. Odur ki, notariat kontoruna müraciət etdikdə cavabdehlə aralarında mübahisə olduğu üçün ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili x6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tərəflər mərhum x2 birinci növbə vərəsələridir. x4 27 iyul 2012-ci ildə vəfat etmişdir. Mərhumdan miras olaraq ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi qalmışdır. İddiaçı miras əmlakı qəbul etməmişdir. Belə ki, iddiaçı yas mərasimində iştirak etmiş və öz evinə qayıtmışdır. Həmçinin iddiaçı mərhuma məxsus hər hansı bir əmlak miras olaraq qəbul etməmiş, mübahisə predmeti olan evdə isə iki-üç il keçdikdən sonra yaşamağa başlamışdır. Halbuki, mübhaisə predmeti olan evdə cavabdeh və ailəsi mərhum Əli Hacıyevin sağlığından bu gunə kimi yaşamaqdadırlar. Belə ki, miras qalmış ev bütünlüklə cavabdeh tərəfindən qəbul olunmuş və evə dair bütün kommunal xərclər cavabdeh tərəfindən ödənilmişdir. Hesab edir ki, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışdır. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. İş üzrə şahid x7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum Əli Hacıyevin qonşusu olmuş və tərəflərin hazırda qonşusudur. 20 ildir ki, mübahisə predmeti olan evin qonşuluğundakı evdə yaşayır. İddiaçı atası rəhmətə gedəndən 2-3 il sonra həmin evdə yaşamağa başlamışdır. Lakin Cavabdeh və ailəsi isə mərhum sağ olandan bugunə kimi həmin evdə yaşayırlar.Hazırda həmin evdə iddiaçı və cavabdehin ailəsi yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Göyçay Rayon Notariat Kontorunun x3 16 yanvar 2020-ci il tarixli notariat əməliyyatı aparılmasından 70 nömrəli imtina qərarından görünür ki, 27 iyul 2012-ci il tarixdə vəfat etmiş x1 miras qalmış ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi ilə bağlı miras şərikləri arasında mirasın bölüşdürülməsi barədə ixtilaf olduğu üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1969-cu ildə anadan olmuş İddiaçı valideynləri x4 və x5r. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, x4 27 iyul 2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi x2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə icasında araşdırılmış sübutlar,dindirilmiş şahid ifadəsi və tərəflərin izahatları nəticəsində məhkəmə tərəfindən müəyyən olundu ki, mərhum x4 27 iyul 2012-ci ildə vəfat etmiş və miras qalmış mübahisə predmeti olan fərdi yaşayış evinə iddiaçı mərhumun ölümündən bir ildən artıq vaxt keçdikdən sonra köçüb yaşamağa başlamışdır. Belə ki, iddiaçı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və müddətin uzadılması üçün ərizə ilə məhkəməyə müraciət etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik hüququnun tanınması tələbi haqqında iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar