Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-32/2022 03.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə ona fərdi sahibkarlıq məqsədi üçün Ağdaş Xaldan asvalt yolunun sol tərəfindən yanacaqdoldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr 450 kv.m torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq, zəbt edilmişdir. Tərəfindən dəfələrlə bildirilməsinə baxmayaraq, torpaq sahəsindən çıxmır və onun hüquqlarını pozur. Ağdaş rayon Dövlət arxivindən verilmiş arayışdan görünür ki, Ağdaş rayon Məşəd bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı hazırda qüvvədədir və həmin qərar arxivə verilmişdir. Həmin torpaq sahəsinin koordinatları ayrılmış torpaq sahəsinin yerquruluşu planında əks olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin ona naturada təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh Azərbavcan Respublikası ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********03 reyestr nömrəli Torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi, Cavabdeh Ağdaş rayon ərazisində aparılan elektron uçot xəritəsinə əsasən zəbt etdiyi 450 kv.m və 0,02 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin naturada İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı vəkili və nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 sayli Yevlax ərazi idarəsi tərəfindən verilmiş oktyabr 2020-ci il tarixli № **********89 saylı məktubdan görünür ki, daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası 13 yanvar 2015-cı il tarixli fərmanında qeyd olunan tələblərə əsasən torpaq sahəsinə dair hüquqmüəyyənedıcı sənədlər Ərazi idarəsinə təqdim olunduqdan sonra qanunamüvafıq qaydada baxılacaqdır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 20 iyun 2017-cı il tarixli, № 254 saylı arxiv arayışından görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 51 N-li evde yaşayan İddiaçı fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr (450m2) torpaq sahəsi verilməsi məqsədə uyğun hesab edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Məşəd Bələdiyyəsinin 3xx.xx.2001-ci il tarixli, ümümi iclas protokolundan görünür ki, Ağdaş şəhəri, Nizami küçəsi 51N-li evde yaşayan İddiaçı fərdi sahibkarliq məqsədi üçün Ağdaş-Xaldan asvalt yolunun sol tərəfindən yanacaq doldurma məntəqəsinin sağ tərəfindən boş torpaq sahəsindən 15x30 metr (450m2)torpaq sahəsi verilməsi məqsədə uyğun hesab edilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, 69 saylı arayışından görünür ki, X2 adına ayrılmış 400 (dörd yüz) kv metr torpaq sahəsi Bakı - Şamaxı - Yevlax avtomobil yolunun 244 km sahəsi yolun mühavizə zolağına düşmür və həmin yerə daşınılmaz əmlakın dövlət reyestirindən çıxarış və texniki pasport verilməsinə etiraz edilmir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 sayli Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA seriyalı, № 548850 saylı tprpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş sürətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş şəhəri ərazisindən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, reyestr nomrəsi **********03 saylı çıxarışın surətindən gürünür ki, Cavabdeh xüsusi mülkiyyətinə Ağdaş şəhəri ərazisindən 0,4921 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyun 2022-ci il tarixli, 10/2865 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMCnin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Pərviz Məmmədovun mütəxəssis rəyində qeyd edilir ki, Ağdaş Rayon Məhkəməsi tərəfindən təqdim olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) Cavabdeh mülkiyyətinə verilmiş 0.4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşür. Ekspert tərəfindən qeyd edilir ki, Mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəsindən mütəxəssis rəyində yazılan məlumatlara, baza məlumatlarını muqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Mütəxəsiss rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, iddiaçı cavabdeh tərəfindən onun istifadəsində olan Ağdaş şəhər ərazisindən 450 kv.m və 0,02 hektar torpaq sahəsinin zəbt edilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, **********03 reyestr nömrəli çıxarışla (Torpaq sahəsinin planı və ölçüsü AA №548850) Cavabdeh mülkiyyətinə verilmiş 0,4921 ha kənd təyinatlı torpaq sahəsi Ağdaş Rayon Məhkəməsinin təqdim etdiyi 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180,7 kv.m hissəsi ilə üstüstə düşməsi müəyyən etmişdir. Lakin məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının istinad etdiyi sxem heç bir rəsmi qurum tərəfindən imzalanmamış və təsdiq olunmamışdır. Ekspert rəyində də ekspert torpaq sahələrinin üst-üstə düşməsinə dair qənaətə gələrkən məhz işin materiallarında olan həmin 2 ədəd sxemdə qeyd edilmiş koordinatlarla müəyyən olunan 0,04 ha torpaq sahəsinin 180.7 kv.m hissəsi ilə üst-üstə düşməsini göstərmişdir. Göründüyü kimi qeyd olunan üst-üstə düşən torpaq sahələrinə dair cavabdehin mülkiyyət hüququna dair çıxarışı mövcud olduğu halda iddiaçının heç bir orqan tərəfindən təsdiq olunmamış sxemi vardır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-32/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-32/2022
03.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver