Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-33/2021 14.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı1 Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında, Müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xüsusi mülkiyyətlərində olan Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 0.2883 ha torpaq sahəsindən çıxarılmaları, qanunsuz tikililərin cavabdehlərin öz vəsaitəlri hesabına sökülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı2 məhkəmə iclasında bildirdi ki, mübahisəli torpaq sahəsi mərhum əri X2 xüsusi mülkiyətində olmuşdur.Həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edildiyi üçün ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxılan zaman mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mərhum ərinin xüsusi mülkiyyətində olan torpaq sahəsinin 680 kv.m hissəsini zəbt etmişdir.Buna görə də Ağdaş Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Cavabdeh1 Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 0.29 ha torpaq sahəsinin 680 kv.m hissəsindən çıxarılmaqla hasarlanmış çəpərin sökülməsi qət edilmişdir.Bundan sonra Cavabdeh2 qarşı qanunsuz tikilmiş yaşayış evinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, işə baxılan zaman mütəxəssis rəyi ilə müəyyən olunmuşdur ki, ona və ailəsinə məxsus torpaq sahəsi Cavabdeh2 tərəfindən zəbt olunmuşdur, heç bir tikinti olmadan otlaq-biçənək sahəsi kimi istifadə edilir. Məhkəmə tərəfindən verilmiş vaxt ərzində torpaq sahəsinin mülkiyyətində olması barədə sənəd təqdim etmədiyi üçün məhkəmənin 01 iyun 2015-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra o, cavabdehlərə qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bir daha nəzərə çatdırmaq istəyir ki, cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsini zəbt edərək istifadə edir. Cavabdehlərdən Cavabdeh1 onun torpağından istifadə etməsinə baxmayaraq onun torpağında hər hansı bir tikilisi yoxdur. Lakin Cavabdeh1 onun torpaq sahəsində əkin biçinlə məşğuldur. Cavabdeh2 isə onun torpağında evi var, hətta həmin evin çəpəri də mövcuddur. Verilmiş mütəxəssis rəyi ilə iddiasının əsaslı olması sübut olunur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini bildirərək,işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olmadığını, həmin torpaq sahəsini kənd bələdiyyəsi ona 20 ildən çoxdur ki, verdiyini, odur ki, həmin torpaqdan uzun müddətdir ki, istifadə edərək həmin yerdə yonca əkdiyini bildirdi. Mütəxəssis rəyi ilə onun istifadə etdiyi torpaq sahəsinin iddiaçıların mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmiş olsa da, hesab edir ki, onun istifadə etdiyi torpaq sahəsi iddiaçıların mülkiyyəti yox,bələdiyyənin mülkiyyətidir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, o, iddiaçıların mülkiyyətində olan torpaq sahəsində ev tikməmişdir, o, yaşayış evini özünə məxsus torpaq sahəsində tikmişdir. Ümumiyyətlə o,iddiaçılara məxsus torpaq sahəsindən istifadə etmir. Odur ki, iddianın ona qarşı olan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx xxx 2002-ci ildə anadan olmuş İddiaçı1, 06 sentyabr 2003-cü ildə anadan olmuş X1,09 yanvar 2007-ci ildə anadan olmuş X3 valideynləri X5 və İddiaçı2 Zabit qızıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 01 noyabr 2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu, Mürsəl kəndində yerləşən 0,2883 hektar torpaq sahəsi 5/8 hissədə İddiaçı2, 1/8 hissədə X4, 1/8 hissədə İddiaçı1, 1/8 hissədə X3 paylı mülkiyyətindədir. Ağdaş Rayon Məhkəməsinin 20 avqust 2014-cü il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayonu,Mürsəl kəndində yaşayan Cavabdeh1 İddiaçı2 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Ağdaş rayonunun Mürsəl kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin 680 kv.m hissəsindən çıxarılmaqla hasarlanmış çəpərin sökülməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 27 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonunun Mürsəl kəndində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçıların və cavabdehlərin iştirakı ilə baxış keçirilərək cavabdehlərin faktiki istifadə etdikləri torpaq sahələrinin koordinatları müəyyən edildi. Həmin koordinatlar Ağdaş rayonu Mürsəl kəndi Mürsəl təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə iddiaçıya məxsus JN-130B/0.29 ha torpaq sahəsinin məkan göstəriciləri arasında fərq olduğundan mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyildir. Məhkəmənin,tərəflərin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon şöbəsinin müdiri Mahir Əliyevin iştirakı ilə 10 mart 2021-ci ildə mübahisəli torpaq sahəsinə yerli baxış keçirmişdir, yerli baxış zamanı iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzrə plan və ölçüsünə dair sənəd vermək üçün koordinatlar götürülmüşdür. Baxış zamanı müəyyən olundu ki, iddiaçılara məxsus olduğu qeyd olunan torpaq sahəsi şimal və qərb tərəfdən kanalla,şərq tərəfdən qamış hasarla,cənub tərəfdən Cavabdeh1 yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə əhatə olunmuşdur. Cavabdeh2 yaşayış evinin yerləşdiyi torpaq sahəsi qamış hasara alınmışdır.Həmçinin mübahisəli torpaq sahəsinin ayrıca giriş çıxışı vardır. Yerli baxış zamanı Cavabdeh1 bildirmişdir ki, onun yonca əkdiyi torpaq sahəsini kənd bələdiyyəsi 20 ildən çoxdur ki, onun istifadəsinə vermişdir. Odur ki, o, həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, şəhadətnamə ilə ərazidə olan torpaq sahələri arasında sürüşmələr vardır. Hazırda iddiaçının torpaq sahəsinin plan və ölçüsü olmadığından nə isə dəqiq müəyyən etmək mümkün deyildir. Məhz buna görə də mübahisə üzrə dəqiq rəy verilə bilməmişdir. Odur ki, mübahisə üzrə təkrar müətəxəssi rəyi verilməsi üçün torpaq sahəsinin paln və ölçüsünə dair sənəd əlavə olunaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-yə göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 may 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş rayonunun Mürsəl kəndində yerləşən torpaq sahəsinə iddiaçıların və cavabdehlərin faktiki istifadə etdikləri mübahisələndirilən torpaq sahələrinin koordinatları naturada müəyyən edilərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində ********** qeydiyyat nömrə ilə xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış 0,2883 ha torpaq sahəsinin **********82 reyestr nömrəli çıxarışla torpaq sahəsinin planı və ölçüsü 605730 sənədindəki koordinatlarla tutuşdurulduqda məlum oldu ki, sənəd üzrə iddiaçının mülkiyyətinə verilmiş 0,2883 ha torpaq sahəsinin 0,26 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh2 məxsus tikili iddiaçının mülkiyyətində olan 0,2883 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi müəyyən edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 311 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsaəsn iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar, yerli baxışın nəticəsi və mütəxəssis rəyi əsasında məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçılar və onların ailə üzvlərinə məxsus Ağdaş rayonu,Mürsəl kəndində yerləşən 0,2883 ha torpaq sahəsinin 0,26 ha hissəsi Cavabdeh1 tərəfindən qanunsuz olaraq istifadə edilir. Cavabdeh2 məxsus tikili isə mübahisəli torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mülkiyyət hüquqları pozulduğundan, iddia qismən təmin edilərək Cavabdeh1 iddiaçılar və onların ailə üzvlərinin mülkiyyətində olan 0,2883 ha torpaq sahəsinin zəbt etdiyi 0,26 ha hissəsindən çıxarılmalı,iddia qalan hissədə və Cavabdeh2 münasibəttdə rədd edilməli, ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilməlidir. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 311 manat cavabdeh Cavabdeh1 tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı2,İddiaçı1 və onların ailə üzvlərinin ümumi mülkiyyətində olan Ağdaş rayonu,Mürsəl kəndində yerləşən 0,2883 ha torpaq sahəsinin zəbt olunmuş 0,26 ha hissəsindən Cavabdeh1 çıxarılsın. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 311 manat (üç yüz on bir manat) Cavabdeh1 tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın ASC-nin Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** Ödənilmiş dövlət rüsumu İddiaçı2 özünə aid edilsin. İddia qalan hissədə və Cavabdeh2 münasibətdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-33/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-33/2021
14.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver