Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-349/2021 12.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Qarayev Orxan Sərxan oğlunun katibliyi, Ərizəçi İddiaçı2 iştirakı ilə Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi Yevlax şəhəri və Ağdaş rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsinə, mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi adına qeydə alınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər İddiaçı2 və İddiaçı1 maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi Yevlax şəhəri və Ağdaş rayon Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə faktının müəyyən edilməsinə, mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi adına qeydə alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan məhkəmə iclasına iddia ərizəsinin həcminin dəyişdirilməsi ilə bağlı ərizə verərək, 01 aprel 2009-cu il tarixdə Ağdaş rayonunda Pirkəkə kəndində ölmüş X4 və 21 aprel 2013-cü il tarixdə Ağdaş rayonunda Pirkəkə kəndində ölmüş X3 ölümündən sonra, yəni vərəsəliyin açıldığı vaxtdan Ağdaş rayonunun Pirkəkə kənd ərazisində miras qalmış 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onlar ərizəçilər İddiaçı1 və İddiaçı2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı1 bacısı X10 23 iyul 1975-ci il tarixdə ərizəçi İddiaçı2 qardaşı X16 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşdur. Gülafət Zakirova nikah bağlandıqdan sonra "Yunusova" soyadını qəbul etmişdir. Onların birgə nikahlarından uşaqları olmamışdır. Torpaq islahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 04 noyabr tarixli 19 saylı qərarı ilə X4 və X3 ümumi birgə mülkiyyətinə Ağdaş rayonunun Pirkəkə kəndi ərazisindən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X16 01 aprel 2009-cu il tarixdə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmişdir. O ölən günədək arvadı, yəni ərizəçi İddiaçı1 bacısı X11 ilə birlikdə yaşamışdır. X16 ölən günə vəsiyyətnamə qoymamışdır. X4 ölümündən sonra Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində ondan miras qalmış onun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/2 hissə payını, yəni 0.96 hektar hissəsindən ibarət miras əmlakdan arvadı X11 və ərizəçi İddiaçı2 idarə və istifadə etməyə başlamışdır. X11 21 aprel 2013-cü il tarixdə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmişdir. O əri vəfat edəndən sonra ölən günədək onunla birlikdə Ağdaş rayonunun Pirkəkə kəndində yaşamışdır. Göründüyü kimi X4 ölümündən sonra, yəni vərəsəliyin açıldığı gündən Ağdaş rayonunun Pirkəkə kəndi ərazisində ondan miras qalmış onun və X3 ümumi birgə mülkiyyətinə verilmiş 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/2 hissə payını, yəni 0.96 hektar hissəsindən ibarət miras əmlakı arvadı X3 razılığı ilə mərhumun qardaşı kimi o, ərizəçi İddiaçı2, X3 ölümündən sonra həmin torpaq sahəsindən ona çatası payını, yəni 0.96 hektar hissədən ibarət miras əmlakı mərhumənin birinci növbəli vərəsələri, yəni uşaqları, əri və ya valideynləri olmadığından, bacısı kimi ikinci növbəli isə yeganə vərəsəsi olduğundan ikinci növbəli vərəsə kimi o, ərizəçi İddiaçı1 faktiki olaraq qəbul etmişdir. Mərhumların ölümündən sonra onlardan miras qalmış 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 0.23 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini faktiki olaraq hər ikisi qəbul edərək idarə və istifadə etməyə başlamışdır və hazırda da istifadə etməklə faktiki olaraq sahiblik edirlər.Həmin miras əmlak olan 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini vərəsəlik açıldığı vaxtdan faktiki olaraq qəbul etsələr də mirasın açılmasını müvafiq icra orqanında rəsmiləşdirilməmişdir. Göstərdikləri ünvanda miras qalmış 1.92 hektar kənd təsərrüaftı təyinatlı torpaq sahəsi hazırda ipoteka ilə yüklü edilməmiş və ya üzərinə həbs qoyulmamışdır. Ərizəçi İddiaçı2 məhkəmə icalsında ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizəsinin təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı1 və maraqlı orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 17 saylı ərazi idarəsi və Ağdaş rayon Notariat Ofisinə məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, onların izahatını və ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində X12 ifadə verərək bildirdi ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 onun qonşusudur. Həqiqətən də 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 0.23 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini faktiki olaraq ərizəçilərin hər ikisi qəbul edərək idarə və istifadə edirlər. Məhkəmə iclasında şahid qismində X8 ifadə verərək bildirdi ki, ərizəçilər İddiaçı2 və İddiaçı1 onun qonşusudur. Həqiqətən də 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 0.23 hektar həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini faktiki olaraq ərizəçilərin hər ikisi qəbul edərək idarə və istifadə edirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağın Mülkiyyətə verilməsinə dair JN-066A, (kod ********) saylı şəhadətnaməyə əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən Ağdaş rayon Pirkəkə kəndi ərazisində 0.23 hektar torpaq sahəsi X16, X3 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli 537 nömrəli doğum haqqında arayışdan görünür ki, İddiaçı2 xx.xx.1951-ci ildə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1951-ci il tarixdə 14 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X13, ana qrafasında X14 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli 536 nömrəli doğum haqqında arayışdan görünür ki, X16 12.02.1948ci ildə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 07.04.1948-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X13, ana qrafasında X14 göstərilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.02.2020-cu il tarixli 504 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X16 01.04.2009-cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.04.2009-cu il tarixli 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.02.2020-cu il tarixli 506 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X13 25.09.1971-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.09.1971-ci il tarixli 10 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 aprel 2021-ci il tarixli 22 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X14 14.12.1987-ci ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.12.1987-ci il tarixli 22 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli 538 nömrəli doğum haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.1941-ci ildə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25.12.1941-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X34 oğlu, ana qrafasında X17 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il traixli 540 saylı nikah haqqında arayışdan məlum olur ki, X29 ilə İddiaçı1 26.12.1958-ci il tarixdə 33 saylı qeyd ilə nikahlarını bağlamışlar. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 975 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X21 03.11.1989cu ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 03.11.1989-cu il tarixli 31 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2021-ci il tarixli 974 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X17 07.04.1974cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 10.04.1974-cü il tarixli 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2020-ci il tarixli 539 nömrəli doğum haqqında arayışdan görünür ki, X10 15.11.1947ci ildə Ağdaş rayon Pirkəkə kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 23.11.1947-ci il tarixdə 38 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X34 oğlu, ana qrafasında X19 göstərilmişdir. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 fevral 2020-ci il tarixli 505 seriya nömrəli ölüm haqqında arayışdan görünür ki, X11 21.04.2013cü ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26.04.2013-cü il tarixli 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 fevral 2020-ci il traixli 507 saylı nikah haqqında arayışdan məlum olur ki, X16 ilə X10 23.07.1975-ci il tarixdə 09 saylı qeyd ilə nikahlarını bağlamışlar. İş materiallarında olan Ağdaş rayon Pirkəkə Bələdiyyəsi tərəfindən verilmiş 31.03.2021-ci il tarixli 11 saylı arayışdan məlum olur ki, X16 və X11 vəfat etdikdən sonra onlara məxsus Ağdaş rayon Pirkəkə kəndində olan JN204 saylı Dövlət Aktında olan 1.92 ha pay torpaq sahəsini və JN066A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə olan 0.23 ha həyətyanı torpağa və fərdi yaşayış evinə X4 qardaşı İddiaçı2 və X3 bacısı X18 tərəfindən əkilib becərilmiş və yuxarıda göstərilən əmlak və torpaq vergilərinin hamısı onlar tərəfindən ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət hüquqna dair JN-204, (kod ********) saylı dövlət aktından görünü ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 04 noyabr 1998-ci il tarixli 19 saylı qərarına əsasən Ağdaş rayon Pirkəkə kəndi ərazisində 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X16 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş RİHB-nın Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli 68 saylı arayışdan məlum olur ki, Ağdaş rayonu Pirkəkə kəndində yaşamış mərhumə X3 vərəsələri X15 –həyat yoldaşı, (vəfat edib) İddiaçı1-bacısı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş RİHB-nın Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli 71 saylı arayışdan məlum olur ki, Ağdaş rayonu Pirkəkə kəndində yaşamış mərhum X4 vərəsələri X11–həyat yoldaşı (vəfat edib), qardaşı İddiaçı2dur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş RİHB-nın Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli 70 saylı arayışdan məlum olur ki, Ağdaş rayonu Pirkəkə kəndində yaşamış mərhum X2 yaşayış yeri Ağdaş rayon Pirkəkə kəndi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş RİHB-nın Pirkəkə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 may 2020-ci il tarixli 67 saylı arayışdan məlum olur ki, Ağdaş rayonu Pirkəkə kəndində yaşamış mərhum X1 yaşayış yeri Ağdaş rayon Pirkəkə kəndi olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.02.2020-ci il tarixli 216 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı 1947-ci Ağdaş rayon Pirkəkə kəndində anadan olmuş Ağdaş Pirkəkə kəndində qeydiyyatda olmuş mərhumə X11 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20.02.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir Həyat yoldaşı: X16-vəfat edib, Bacısı: İddiaçı1. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.02.2020-ci il tarixli 515 saylı arayışdan məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı 1948-ci Ağdaş rayon Pirkəkə kəndində anadan olmuş Ağdaş Pirkəkə kəndində qeydiyyatda olmuş mərhum X16 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 20.02.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir Həyat yoldaşı: X11 -vəfat edib, Qardaşı: X5. İş materiallarında olan Mingəçevir şəhər Mənzil İstismar sahəsi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 535 saylı arayışdan məlum olur ki, Abbasova X7 şəhərində M.Maqamayev küçəsi ev 87 saylı mənzil 18-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdaş rayon Pirkəkə Bələdiyyəsi tərəfindən verilmiş 04 mart 2020-ci il tarixli 04 saylı arayışdan məlum olur ki, 2009-cu ildə vəfat etmiş X9 və 2013-cü ildə vəfat etmiş X6 məxsus AR DT və XK-si tərəfindən onlara verilmiş JN-204, kod 90311018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ına əsasən Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 1.92 ha torpaq sahəsinin torpaq vergisini onlar vəfat etdikdən sonra İddiaçı2 ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Notariat Ofisinin 458 saylı 08 sentyabr 2020-ci il tarixli məktubundan məlum olur ki, tərəflərin mərhum bacı və qardaşlarının ölümündən sonra onlardan qalmış mirasın kütləsi ilə bağlı müəyyən ziddiyyətlər olduğuna görə miras əmlaka vərəsəlik işin açılması mümkün olmamış və müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı ərizəçinin izahatından, şahid ifadələrindən, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X16 01 aprel 2009-cu ildə, X11 isə 21 aprel 2013-cü ildə vəfat etmişdir. Onlar ölən günə vəsiyyətnamə qoymamışlar. Onların rəsmi nikahlarından övladları olmamışdır. Məhkəmə hesab edir ki, miras qoyan şəxslər – X16 01 aprel 2009-cu ildə, X11 isə 21 aprel 2013-cü ildə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (01 sentyabr 2000-ci il redaksiyada) müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1 və 1159.2-ci madəsinə əsasən ölənin bacıları və qardaşları qanun üzrə ikinci növbə vərəsələr bərabər pay hüquqlu vərəsələr Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X16 01 aprel 2009-cu il tarixdə, X11 isə 21 aprel 2013-cü il tarixdə vəfat etdiyindən həmin günlər mirasın açıldığı vaxt sayılır. Miras qoyanlar Ağdaş rayonu Pirkəkə kəndində daimi yaşadığından və daşınmaz əmlak Ağdaş rayonu ərazisində yerlədiyindən mirasın açıldığı yer Ağdaş rayonudur. Miras əmlaka X16 və X11 öldüyü məqamadək malik olduqları Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.23 hektar həyətyanı torpaq sahəsi daxildir. Məhkəmə araşdırması zamanı miras qoyanların vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli miras əmlak, yəni Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 0.23 hektar həyətyanı torpaq sahəsi mirasqoyanlar X16 və X3 ümumi birgə mülkiyyətlərində olmuşdur və onların adlarına rəsmiləşçdirilmişdir. Mirasqoyanların ölümündən sonra miras qalmış torpaq sahəsini İddiaçı2 və İddiaçı1 faktiki qəbul edərək birlikdə miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başlamaqla, mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmişlər. Lakin ərizəçilər mirasın açılması ilə əlaqədar aidiyyati üzrə Ağdaş rayon Notariat ofisinə müraciət etsələr də, miras qalmış əmlakın tam kütləsini dəqiq müəyyən etmək mümkün olmadığına görə vərəsəlik işinin açılması mükün olmamış və mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə, məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə qanuni əsası olduğundan təmin edilməli, 01 aprel 2009-cu il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində vəfat etmiş X4 və 21 aprel 2013-cü il tarixdə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmiş X3 ölümündən sonra onlardan miras qalmış Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, 0.23 hektar həyətyanı torpaq sahəsi qanun üzrə birinci növbəli vərəsələri olmadığına görə qanun üzrə ikinci növbəli vərəsələri İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 01 aprel 2009-cu il tarixdə Ağdaş rayonu, Pirkəkə kəndində vəfat etmiş X4 və 21 aprel 2013-cü il tarixdə Ağdaş rayonunun Pirkəkə kəndində vəfat etmiş X3 ölümündən sonra onlardan miras qalmış Ağdaş rayonu Pirkəkə kəndində yerləşən 1.92 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanun üzrə birinci növbəli vərəsələri olmadığına görə qanun üzrə ikinci növbəli vərəsələri İddiaçı2 və İddiaçı1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-349/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-349/2021
12.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver