Məhkəmə qərarları › İş №2(014)-355/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-355/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-355/2024 15.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum babası X8 ilə nənəsi X1 birgə nikahlarından iki övladları-atası X22 və X2 anadan olmuşlar. Nənəsi və babası, atası və bibisi Ermənistan Respublikasının vətəndaşları olmuşlar və orada anadan olmuşlar. Ailələri və qohumları Ermənistandan Azərbaycana köçürüldükdən sonra onlar Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində məskunlaşmışlar və sonradan dövlət tərəfindən onlara fərdi yaşayış evi tikdirmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Mərhum atası Əli Mərdanov və bacısı Qostan Mərdənova valideynlərini itirdiklərindən onlara əmi oğulları X16 valideynləri baxmışlar. Mərhum atası 1965-ci ildə anası X17 ilə ailə qurduqdan sonra özlərinə məxsus təsərrüfatda yaşamışlar. X2 ruhi xəstə olmaqla ailəli olmamışdır. Kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabı üzrə onun ayrı təsərrüfatı olmamışdır və o ölən günədək əmisi oğlu X24 və onun arvadı X6 ilə birlikdə yaşamışdır. Atasının əmisi oğlu X24 11 oktyabr 1993-cü ildə Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmişdir. Mərhum bibisi əmisi oğlu Şəmil Mərdanov öləndən sonra Şəmilin arvadı X6 ilə birlikdə yaşamışdır. Torpaq İslahatı zamanı Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə mərhum atasının əmisi arvadı X4 və mərhum X2nın ümumi birgə mülkiyyətinə Ağdaş rayonunun Şəmsabad kəndi ərazisindən yaşayış evləri yerləşən 0.2501 hektar həyətyanı, 0.9756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində qeydə alınmışdır və müvafiq olaraq adlarına 0.2501 hektar həyətyanı torpaq sahəsinə dair **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* saylı, 0.9756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair isə **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Mərhum X2 16 aprel 2005-ci il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmişdir. Mərhum atası X22 22 oktyabr 2011-ci ildə, anası X17 isə 23 avqust 2015-ci ildə Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmişdir. Onların ölümündən sonra onlardan miras qalmış JN:172, kod 90318018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi birgə mülkiyyətlərində olan 0.9112 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birnə çatası payını qanun üzrə birinci növbə vərəsə kimi o qəbul etmişdir. Mərhum X2nın ölümündən sonra qanun üzrə birinci növbə vərəsəsi olmadığından ondan miras qalmış yuxarıda qeyd edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən müvafiq olaraq 0.2501 hektar həyətyanı və 0.9756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası hissəsini faktiki olaraq mən qəbul etmişdir. Mərhum dayısı X9 ölümündən sonra onun mülkiyyətinə verilmiş torpaq sahəsinə mərhumun qanun üzrə birinci növbədə vərəsələri omadığına və qanun üzrə ikinci növbə vərəsə kimi ondan miras qalmış əmlakı faktiki olaraq özü qəbul etdiyindən ondan irs qalmış əmlakın qəbulunu rəsmiləşdirmək üçün Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin mərhum babası X8 ilə nənəsi X1 nikah və ölüm haqqında, mərhum bibisi ilə atasının doğum haqqında akt qeydlərini, yəni miras qoyan X7 onun doğma bibisi, onun isə onun doğma qardaşı oğlu olmağını təsdiq edən hüquqi əhəmiyyəti olan sənədləri əldə edə bilmədiyimə görə maraqlı şəxs Ağdaş rayon Notariat ofisi tərəfindən vərəsəlik işinin açılması mümkün olmamışdır. Ona görə də maraqlı orqan Ağdaş rayon Notariat ofisi 2 nömrəli, xx.xx.2024-cü il tarixli məktubu ilə mərhum atası X18 ilə mərhum X2nın doğma bacı-qardaş, onun mərhum X2nın qardaşı oğlu olması faktının, yəni qohumluq münasibətlərndə olma faktının müəyyən edilməsi ilə bağlı aidiyyati məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Onun 16 aprel 2005-ci il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmiş X2nın doğma qardaşı oğlu olmağı, yəni mərhumun onun doğma bibisi olmağı faktı məhkəməyə dəvət edəcəyi şahidlərin ifadələri ilə də təsdiq olunacaq. Onun 16 aprel 2005-ci il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmiş X7 doğma qardaşı oğlu olmağı, yəni mərhumun onun doğma bibisi olmağı təsdiqləyən sənədləri başqa qaydada əldə edə bilmədiyinə görə hazırki ərizə ilə məhkəməyə müraciət edirəm. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi mənə vərəsəlik hüququmun əmələ gəlməsi ilə əlaqədar lazımdır. 16 aprel 2005-ci il tarixçin Ağdaş rayonunun Şəmsabad kəndində ölmüş X7 onun doğma bibisi olmağı barədə qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair qətnamə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxslər Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslər Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. 16 aprel 2005-ci il tarixçin Ağdaş rayonunun Şəmsabad kəndində ölmüş X7 onun doğma bibisidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. 16 aprel 2005-ci il tarixçin Ağdaş rayonunun Şəmsabad kəndində ölmüş X7 onun doğma bibisidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadə verərək göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. 16 aprel 2005-ci il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində ölmüş X7 onun doğma bibisidir. İşin materiallarında olan ünvan 1 İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 114 saylı arayışdan görünür ki, X3 rayonunun Şəmsabad kəndində yaşamaqla qeydiyyatda olmuşdur. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 239 saylı arxiv arayışından görünür ki, X5 təsərüfatbaşı kitabının 313/197 № li təsərüfatı adına olmaqdadır. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 82 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) doğum və bərpa sənədlərinə baxış zamanı vətəndaş X13 adına rast gəlinməmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 81 saylı arxiv arayışından görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon Qeydiyyat şöbəsinin (VVAQ) doğum və bərpa sənədlərinə baxış zamanı vətəndaş X7 adına rast gəlinməmişdir. İşin materiallarında olan ünvan 1 İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ № 123888 saylı şəhadətnamədən görünür ki, X12 16 aprel 2005-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçidur. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş seriya nömrəsi JN 172, KOD 90318018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.9112 ha olan torpaq sahəsi miras qoyana məxsus hissədən ibarətdir. İşin materiallarında olan qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, xx.xx.2011-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X10 oğlu ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçidur. Və o miras əmlakdan ½ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Ağdaş rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş seriya nömrəsi JN 172, KOD 90318018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.9112 ha olan torpaq sahəsi miras qoyana məxsus hissədən ibarətdir. İşin materiallarında olan ünvan 1 İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZ-İ № 514268 saylı şəhadətnamədən görünür ki, X22 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İşin materiallarında olan **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli, seriya RX, ******* saylı çıxarışdan görünür ki, X4 91 kv.m fərdi yaşayiş onun onun tam mülkiyyətində və 0.2501 ha torpaq sahəsi X4 və X7 ümumi birgə mülkiyyətindədir. İşin materiallarında olan **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, X4 və X7 ümumi birgə mülkiyyətində 0.9756 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisi 2 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərizəçi mərhum atası X18 ilə mərhum X2nın doğma bacıqardaş, onun mərhum X2nın qardaşı oğlu olması faktının, yəni qohumluq münasibətlərndə olma faktının müəyyən edilməsi ilə bağlı aidiyyati məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-143/2024 saylı arayışdan görünür ki, X7 nikahı, övladları, atası, anası, bacısı və qardaşları barədə məlumat aşkar edilməmişdir. İşin materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə fondu tərəfindən verilmiş arayışdan görünür ki, X7 pensiyaçı olmasına dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, 16 aprel 2005ci il tarixdə ölmüş X7 ərizəçi X19 bibisi olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı şəxsin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizəsi təmin edilsin. 16 aprel 2005-ci il tarixdə ölmüş X7 ərizəçi X19 bibisi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar