Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-39/2024 29.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci il tarixdə Ağdaş rayonu Dəhnəxəlil kəndində 0.7698 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi almışdır. Daha sonra həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış almışdır. Həmin torpaq sahəsindən bağçılıq məqsədi ilə ağac əkmək istəyən zaman məlum olmuşdur ki, həmin torpaq sahəsinin 0.55 ha hissəsini Ağdaş rayonu Məşəd kənd sakini Cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdehdən həmin torpaq sahəsindən istifadəni dayandırmaq xahiş olunsada, o buna məhəl qoymamış və torpaq sahəsinin ona məxsus olduğunu iddia etmişdi. Bundan sonra İddiaçı torpaq sahəsini yenidən ölçdürmüş və ona məxsus olduğu bildirilmiş, buna əsasəndə həmin torpaq sahəsinə nişanlar basdırmışdır. Lakin Cavabdeh Hacğağa oğlu həmin nişanları çıxarmışdır. Yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssislərinə müraciət edərək, torpaq sahəsinin ölçülməsini istəsədə cavabdeh mütəxəssislərin torpaq sahəsinə daxil olmasına imkan verməmişdir. Bu da onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən həmin zəbt olunmuş sahəni boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.7698 torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.55 hektar hissəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən ərazidə ölçü işləri aparıldığını və bu barədə smeta tərtib edilərək 95 manat pulun ödənilməsi qeyd edildiyini, həmin məbləğ tərəfindən ödənildiyini, Buna görə də, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.7698 torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 0.55 hektar hissəsindən çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, tərəfindən rəy verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə smeta xərci kimi ödənilmiş 95 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, özünə məxsus torpağını istədiyini, buna görədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı mülkiyyətinə Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.7698 torpaq sahəsi verilmişdir. İşin materiallarında olan ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 (yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli, 3-21-21-3-35/2-338/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətinə **********99 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,7698 hektar kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,2552 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə mütəxəssis rəyinin verilməsi üçün 95 manat məbləğində pul ödəmişdir. İşin materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli, № 3-16-16/2-10/2211 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli, 3-21-21-3-35/2- 338/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətinə **********99 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,7698 hektar kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,2552 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda İddiaçı mülkiyyətinə **********99 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,7698 hektar kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0,2552 ha hissəsinın naturada Cavabdeh tərəfindən istifadə edilir. Aparılmış təhqiqatın dəyəri 50 (əlli) manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə Ağdaş rayonu Dəhnəxəlil kəndində yerləşən 0.7698 torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyun 2024-cü il tarixli, № 3-16-16/2-10/2211 saylı ekspert rəyinə, həmçinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və X3 Şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli, 3-21- 21-3-35/2-338/2024 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyətinə **********99 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,7698 hektar kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin 0,2552 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Eyni zamanda İddiaçı mülkiyyətinə **********99 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Dəhnəxəlil kəndi ərazisində verilmiş 0,7698 hektar kənd təsərüfatlı təyinatlı torpaq sahəsinin qərb tərəfdən 0,2552 ha hissəsinın naturada Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 0,7698 hektar torpaq sahəsinin zəbt etmiş olduğu 0,2552 hektar hissəsindən məcburi qaydada çıxarılmalı, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilməli, iddiaçı tərəfindən mütəxəsis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat pulun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağdaş rayonunun Dəhnəxəlil kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 0,7698 hektar torpaq sahəsinin zəbt etmiş olduğu 0,2552 hektar hissəsindən məcburi qaydada çıxarılsın. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən mütəxəsis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat pulun 50 (əlli) manatı Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-39/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-39/2024
29.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver