Məhkəmə qərarları › İş №2(014)-41/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-41/2021

19.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-41/2021 19.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı özbaşına qoyulmuş dəmir köşkün götürülməsi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özbaşına qoyulmuş dəmir köşkün götürülməsi və torpaq sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş şəhəri,H.Əliyev pr. 81 C ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsində Cavabdeh tərəfindən qoyulmuş 24 m2 sahəsi olan dəmir köşkün cavabdehin hesabına ərazidən götürülərək həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş şəhəri,H.Əliyev pr. 81 C ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsində Cavabdeh tərəfindən qoyulmuş 14 m2 sahəsi olan dəmir köşkün cavabdehin hesabına ərazidən götürülərək həmin torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş şəhəri. Heydər Əliyev prospekti. 81C ünvanında fəaliyyət göstərən bazarın 0,11 ha hissəsi RX ******* saylı. xx xxxxx 2018ci il tarixli daşınmaz, əmlakın dövlət reyestrindən Çıxarışa əsasən mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Mülkiyyətçi İddiaçı tam əsaslarla isifadə, sahiblik və sərəncam vermək hüquqlarına malikdir və torpaq sahəsi öz istifadəsindədir. Həmin ərazidə, Məmmədəmin Rəsulzadə küçəsinə çıxışın sağ tərəfində Cavabdeh məxsus mülkiyyətçi ilə razılaşdırılmamış 4 m x 6tn ölçülü. 24 m sahəsi olan dəmir köşk qoyulmuşdur. İddiaçı məxsus torpaq sahəsində Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan köşkün qoyulması mülkiyyətçinin öz mülkiyyətindən tam mülkiyyətçi hüquqları ilə istifadə etməsinin qarşısını alır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq. Cavabdeh dəmir köşkü İddiaçı mülkiyyətində olan torpaq sahəsindən götürməkdən imtina etmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək dəmir köşkün sahəsinin 14 m2 nəzərə alınmasını, azyaşlı uşağı olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir.Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən torpaq sahəsinin plan və ölçüsünə dair sənəddən görünür ki, Ağdaş şəhəri. Heydər Əliyev prospekti. 81C-də yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı,1226412 nömrəli çıxarışa əsasən Ağdaş şəhəri. Heydər Əliyev prospekti. 81C-də yerləşən 0,11 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ağdaş şəhəri,H.Əliyev pr. 81C-də yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək,cavabdehin köşk kimi istifadə etdiyi torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin koordinatlar Ağdaş şəhəri yaşayış məntəqəsinin xüsusi mülkiyyətə,bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planında yerləşdikdə,cavabdehin istifadə etdiyi 14 kv.m torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********54 nömrəli çıxarışla iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış 0,11 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsaəsn iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin 14 kv.metr hissəsi cavabeh tərəfindən zəbt olunaraq köşk kimi istifadə olunur. Odur ki, belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Tərəflərin əmlak və əsaslı mənafeləri nəzərə alınaraq ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 67,20 manat cavabdehdən tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan 0,11 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunaraq istifadə olunan hissəsində qoyulmuş 14 kv.metr dəmir köşk Cavabdeh hesabına sökülsün, zəbtdən azad olunmuş torpaq sahəsi İddiaçı təhvil verilsin. İş üzrə mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc olan 67,20 manat (altmış yeddi manat iyirmi qəpik) Cavabdeh tutularaq aşağıdakı hesaba köçürülsün: Kapital Bankın ASCnin Xətai Filialı, kod: 200071 voen(bank) **********, müxbir hesab: AZ37NABZ**********000001944, swift:AİİBAZ2X, kadastr və yerququluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, HESAB N:AZ23AİİB******************** Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar