Məhkəmə qərarları › İş №2(014)-41/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-41/2024

01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-41/2024 01.07.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh3 vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, xx.xx.2021-ci ildə də ƏMDK-nin DƏDRX-nin 17 sayli ərazi idarəsi tərəfindən Ağdaş şəhəri, Cardam kəndində yerləşən 1,622 hektar torpaq sahəsine, qeydiyyat nömrasi **********, reyestr nömrasi **********95 olan dövlət çıxarışı mənə və oğlum X4 verilmişdir. Uzun müddətdir ki, mənə məxsus torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmişdir.Həm də mənim razılığımız olmadan. Qonşu olduğumuz üçün dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq cavabdehlər torpağımı tərk etməyib. Hazirda uzun müddətdir ki, cavabdehlər torpağı sahəmi qanunsuz zəbt etmişdir və qanunsuz olaraq istifada edir. Nəticədə mən öz torpağımdan və onun istifadəsindən məhrum olmuşam. Cavabdehlər isə mənim şəxsi mülkiyyətimi şəxsi təsərrüfatı və qazanc üçün istifadə edir. Mən isə öz torpaq sahəmə yaxinlaşa bilmirəm. Cavabdehin sadalanan əməlləri öz növbəsində cinayat xarakterlidir.Qeyd olunanlara əsasən cavabdehler tərəfindən mənə və oğluma məxsus Ağdaş şəhəri, Cardam kəndində yerləşən, cavabdehlərin qanunsuz zəbt etdiyi, mülkiyyətimizdə olan 1.622 ha torpaq sahəsindən çıxarilması və torpaq sahəmizin zəbtdən azad edilərək mənə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X1 Məhkəmə İnformasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, xx.xx.2021-ci ildə ƏMDK-nin DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 ha torpaq sahəsinə qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********95 olan dövlət çıxarışı iddiaçıya və oğlu X4 verilmişdir. Uzun müddətdir ki, iddiaçıya məxsus torpaq sahəsi cavabdehlər tərəfindən istifadə edilmişdir, həm də onun razılığı olmadan. Qonşu olduqları üçün dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər torpağı tərk etməyiblər. Hazırda uzun müddətdir ki, cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etmişlər və qanunsuz istifadə edirlər. Nəticədə o, öz torpağından və onun istifadəsindən məhrum olmuşdur. Cavabdehlər isə onun şəxsi mülkiyyətini şəxsi təsərrüfatı və qazanc üçün istifadə edir. O, isə öz torpaq sahəsinə yaxınlaşa bilmir. Cavabdehlərin sadalanan əməlləri öz növbəsində cinayətdir. Hesab edir ki, torpaq sahəsinin qanunsuz zəbtdən azad edilməsi məhkəmə qaydasında həllini tapmalıdır. Hazırda cavabdehlər torpaq sahəsini qanunsuz zəbt etdiyindən heç bir təsərrüfat fəaliyyəti ilə məşğul ola bilmir. Ancaq cavabdehlər torpaq sahəsindən qanunsuz olaraq öz şəxsi məqsədləri üçün istifadə edir. Hətta bununla bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş və əraziyə baxan mütəxəsislər və ekspert həqiqətəndə cavabdehlərin iddiaçının mülkiyyətində olan torpaq sahəsini zəbt etdiklri açıq-aşkar qeyd edilir, lakin buna baxmayaraq cavabdehlər müxtəlif bəhanələrlə iddiaçının torpaq sahəsindən çıxmaq istəmirlər. Buna bariz nümunə xx.xx.2024-cü il tarixdə keçrilən məhkəmə iclasında cavabdehlərin məhkəmə iclasının təxirə saldırmaları ilə bağlı dedikləri əsassız sözlərdir. Belə ki, mütəxəsis rəyi xx.xx.2024-cü il tarixdə və ekspert rəyi isə xx.xx.2024-cü il tarixdə sistemə yerləşdirilmişdir. Necə ola bilərdi ki, iddiaçı həmin rəy ilə sistem vsitəsi ilə tanış olduğu halda cavabdehlər hələdə tanış olmamışdır. Bir daha qeyd edir, cavabdehlər məhkəmə iclasını əsassız olaraq uzadırlar. İddia tələbini müdafiə edir, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, məhkəmədən iddia tələbinə iddiaçının və onun iştrakı olmadan baxılmasını və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən edilmiş zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər biri ayrıayrılıqda izahat verərək bildirdilər ki, iddiaçının iddia tələbi əsassızdır. Həmin torpaq sahəsindən istifadə edirlər. Həmin torpaq sahəsi dövlət aktı əsasında onlara verilmişdir. Odur ki, iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh3 vəkili Nümayəndə1 izahatında iş üzrə düzgün ekspertiza aparılmadığını, iddiaçının iddiasının əsassız olduğunu, buna görə də iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində yerləşən 1,622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 və İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsin İddiaçı tərəfindən verlən ərizədə göstərilir ki, **********95 reyestr nömrəlin çıxarışa əsasən mülkiyyətində olan Ağdaş rayonu Cardam kəndində yerləşən 1,622 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsinin 4 döngə nöqtəsinin koordinatlarının yerdə (naturada) ona tanıılması üçün köməklik göstərməsini xahiş etmişdir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2-İ-00xx-xx/2023 saylı məktubunda göstərilir ki, **********95 reyestr nömrəlin çıxarışa əsasən Ağdaş rayonu Cardam kəndində yerləşən 1,622 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri, döngə nöktələrinin koordinatları və mərz nişanları İddiaçı yerdə (naturada) tanııdılmışdır. İşin materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli, 3- 21-3-35/2-339/2024 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(014)-1412/2023 nömrəli qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir. İddaçı İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayon, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilən hissəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2819 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin yerquluşu üzrə mühəndisi Farid Vəliyevin mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilən hissəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquluşu planında göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xüsusi mülkiyyətinə **********95 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Cardam kəndi ərazisində verilmiş 1,622 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,52 ha hissəsi naturada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonu, Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 1,622 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,52 hektar hissəsindən məcburi qaydada çıxarılmaları, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Ağdaş rayonunun Cardam kəndində yerləşən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarış əsasında İddiaçı məxsus 1,622 hektar torpaq sahəsinin zəbt etmiş olduqları 1,52 hektar hissəsindən məcburi qaydada çıxarılsınlar. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar