Məhkəmə qərarları › İş №2(014)-420/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-420/2020

08.09.2020 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-420/2020 08.09.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2na məxsus fərdi yaşayış evindən, ona məxsus həyətyanı sahəyə baxan pəncərənin bağlanması, həmçinin X2na məxsusu fərdi yaşayış evinin dam örtüyündən ona məxsus həyətyanı sahəyə axan atmosfer sularının təxliyəsi üçün müvafiq növ sisteminin quraşdırılması və bu atmosfer sularının axması nəticəsində həyətyanı sahənin torpaq qatına dəyən zərərin araşdırılması və ortaya çıxacaq zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, ünvan 1 saylı ünvanda ona məxsus olan fərdi yaşayış evində 3 azyaşlı övladı ilə birlikdə yaşayır. X2 onun razılığı olmadan ona məxsus olan fərdi yaşayış evinə ona məxsus həyətyanı sahəyə baxan pəncərə qoyub. Dəfələrlə ona bu pəncərəni bağlaması üçün müraciət etsə də, hər dəfə ona qarşı kobud rəftar edir, ağır söyüş və təhqirlərlə şərəf və ləyaqətini alçaldır, bu pənçərənin heç bir gücün bağlaya bilməyəcəyini söyləyir. Bundan başqa X2na məxsus fərdi yaşayış evinin dam örtüyünün ona məxsus həyətyanı sahəyə çıxıntısı böyük olduğu üçün atmosfer yağıntıları zamanı həyətyanı sahəyə ciddi zərər dəyir. Belə ki, X2na məxsus fərdi yaşayış evinin dam örüyünün atmosfer sularının təxliyəsi üçün vacib olan növ sistemi olmadığı üçün bu sular ona məxsus həyətyanı sahəyə axır, həyətyanı sahəsində olan əkinlərə və ağaclara ciddi zərər verir, şoranlaşmaya səbəb olur. Qonşusu açıq-aydın onunla düşmənçilik aparır, ona və övladlarına zərər vermək üçün əlindən gələn bütün vasitələrdən istifadə edir. İddiaçı məhkəmə iclasında məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X9 məhkəmə iclasında iddiaçının cavabdeh qismində onu cəlb etməsini düzgün olmadığını, qeyd edilən fərdi yaşayış evinin ona məxsus olmadığını, atasına məxsus olduğunu, buna görə atasının cavabdeh kimi işə cəlb edilməli olduğunu bildirdi. Sədrlik edən əsli olmayan cavabdeh X6 əsli olan cavabdeh X8 ilə əvəz edilməsinə dair iddiaçının etiraz etmədiyini nəzərə alaraq məhkəmə iclasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə əsli olmayan cavabdeh X6 əsli olan cavabdeh X8 ilə əvəz etdi. Cavabdeh X8 məhkəmə iclasında iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, uzun müddətdir ki, həmin evdə yaşayır, əvvəllər heç bir vaxt onun qonşuları ilə hər hansı bir münaqişəsi olmamışdır. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli ******* seriyalı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhər, Y.Nəbiyev küçəsi, dalan 2, ev 26-da yerləşən 0.0602 hektar torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən **********45-10301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Daşınmaz X5 məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/426 saylı, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinin 17 saylı LTİ-nin mühəndisi Silyan Abbasovun tərtib etdiyi mütəxəssis rəyində qeyd olunur ki, X4 məxsus olan fərdi yaşayış evinin dam örtüyünün mailliyi, dayaqlar arasındakı məsafə və s. parametrlərinə əsasən, həmin dam örtüyünün tikinti norma və qaydalarına uyğun quraşdırıldığı müəyyən edilmişdir. Lakin yaşayış evinin dam örtüyünün kənarlarına vurulmuş su novu və navalcanın bəzi qopmuş hissələrdən atmosfer yağıntılarının iddiaçıya məxsus torpaq sahəsinə axması mümkündür. Eyni zamanda yaşayış evlərində atmosfer sularının müəyyən istiqamətdə axıdılması üçün lahiyə ilə nəzərdə tutulması su novlarının və navalçaların quraşdırılması zəruridir. X4 məxsus olan fərdi yaşayış evinin dam örtüyünün suyunun axdığı ərazinin boş olduöunu nəzərə alaraq, İddiaçı məxsus əraziyə hər hansı bir ziyan dəyməsi müəyyən olunmadı. Bu səbəbdən də, tədqiqat aparılmadı. Fərdi yaşayış Fondu tərəfindən sentyabr 1993-cü il tarixdə X4 məxsus olan fərdi yaşayış evinə dair verilmiş texniki pasportda İddiaçı həyətinə tərəf açılmış 1,3x1,5m ölçüdə pəncərə nəzərdə tutulmamışdır. Həmin pəncərənin açılması Azərbaycan Respublikasının şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 bəndinin tələbinə ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri - dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarə edilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 8-ci maddəsinə əsasən Şəhərsalma və tikinti fəaliyyəti obyektlərində, xüsusən insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti öbyektlərində sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş soisal minimumlar təmin edilməlidir. Eyni məcəlləinin 73.4-cü maddəsinə əsasən Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sualrının bir qonşuunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkbəliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhəsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Eyni Məcəllənin 70.1-ci maddəsinə əsasən Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. Bu halda qonşu sərhəddəki tikintidə layihə ilə nəzərdə tutulmayan boşluq olmamalıdır. Tərəflərdən biri bu qaydalara zidd olaraq, insolyasiya və təbii işıqlandırma şəraiti yaratmaq məqsədilə pəncərə boşluqları və ya digər boşluqlar aça bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Eyni məcəllənin 170.4.-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqaməti dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverməzdir. Eyni məcəllənin 173.1.-ci maddəsinə əsasən başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyəçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, X4 məxsus olan fərdi yaşayış evinin dam örtüyünün mailliyi, dayaqlar arasındakı məsafə və s. parametrlərinə əsasən, həmin dam örtüyünün tikinti norma və qaydalarına uyğun quraşdırıldığı müəyyən edilmişdir. Lakin yaşayış evinin dam örtüyünün kənarlarına vurulmuş su novu və navalcanın bəzi qopmuş hissələrdən atmosfer yağıntılarının iddiaçıya məxsus torpaq sahəsinə axması mümkündür. Eyni zamanda yaşayış evlərində atmosfer sularının müəyyən istiqamətdə axıdılması üçün lahiyə ilə nəzərdə tutulması su novlarının və navalçaların quraşdırılması zəruridir. X1 məxsus olan fərdi yaşayış evinin dam örtüyünün suyunun axdığı ərazi boş olduğundan İddiaçı məxsus əraziyə hər hansı bir ziyan dəyməsi müəyyən olunmadı. Fərdi yaşayış Fondu tərəfindən sentyabr 1993-cü il tarixdə X4 məxsus olan fərdi yaşayış evinə dair verilmiş texniki pasportda İddiaçı həyətinə tərəf açılmış 1,3x1,5 mölçüdə pəncərə nəzərdə tutulmamışdır. Həmin pəncərənin açılması Azərbaycan Respublikasının şəhərsalma və Tikinti Məcəlləsinin 70.1 bəndinin tələbinə ziddir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X7 məxsus fərdi yaşayış evindən, iddiaçıya məxsus həyətyanı sahəyə baxan pəncərə bağlanılmalı, həmçinin X7 məxsusu fərdi yaşayış evinin dam örtüyündən iddiaçıya məxsus həyətyanı sahəyə axan atmosfer sularının təxliyəsi üçün müvafiq su novu və navalçalar sistemi quraşdırılmalıdır.İddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir.Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, Ekspertiza tədqiqatının dəyəri olan 100 AZN-nin 50 AZN-i iddiaçıdan, 50 AZN-i cavabdehdən tutulmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh X4 məxsus fərdi yaşayış evindən, iddiaçıya məxsus həyətyanı sahəyə baxan pəncərə bağlanılsın, X1 məxsusu fərdi yaşayış evinin dam örtüyündən iddiaçıya məxsus həyətyanı sahəyə axan atmosfer sularının təxliyəsi üçün müvafiq nov və navalça sistemi quraşdırılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri hər biri üçün ayrılıqda 50 AZN olmaqla ümumilikdə 100 AZN iddiaçı və cavabdehdən tutularaq Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar