Məhkəmə qərarları › İş №2(014)-43/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-43/2021

03.02.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-43/2021 03.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı Cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinin iştirakı ilə, İddiaçı cаvаbdеh Göyçay rayonu İcra Hakimiyyətinə qаrşı «işə bərpa olunma və məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi» tələbinə dаir işə 03 fevral 2021-ci il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cаvаbdеh Göyçay Rayonu İcra Hakimiyyətinə qаrşı «işə bərpa olunma və məcburi iş buraxmaya (proqula) görə əmək haqqının ödənilməsi» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli sərəncamının ləğv edilərək, onun Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunmaqla məcburi proqula ( iş buraxmaya) görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçı İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, xx xxxxxxxx 1955-ci ildə Göyçay rayonunun Qarayazı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 01 dekabr 1971 -ci ildən başlamışdır. Rayonun müxtəlif idarə və təşkilatlarında rəhbər və məsul vəzifələrdə çalışmışdır. Cavabdeh başçısının 08 oktyabr 2007-ci il tarixli, 178 saylı Sərəncamına əsasən Göyçay Kommunal Təsərrüfatı İdarə rəisinin 18 saylı, 08 oktyabr 2007-ci il tarixli əmri ilə Göyçay Kommunal Təsərrüfatı İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Göyçay Kommunal Təsərrüfatı İdarəsinin baş mühəndisinin 38 saylı 20 dekabr 2012-ci il tarixli əmri ilə Göyçay Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli hökmü ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qərarı ilə barəsində bəraət qərarı çıxarılmış, Göyçay Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsi ilə Göyçay rayon Məhkəməsinin 19 dekabr 2012-ci il tarixli hökmünə əsasən onun Göyçay Kommunal Təsərrüfatı idarəsi rəisi vəzifəsindən çıxarılmağı barədə əmək kitabçasında edilmiş qeyd etibarsız hesab olunmuşdur. Cavabdeh 04 nömrəli, 05 mart 2015-ci il tarixli əmri ilə rəsmiləşdirilmişdir. Cavabdeh başçısının 04 nömrəli, 05 mart 2015-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 dekabr 2014-cü il tarixli qərarı və Göyçay Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsi rəhbər tutaraq o Cavabdeh Kommunal-Təsərrüfatı Birliyinin nəzdindəki Sanitar-Təmizlik idarəsinə rəis vəzifəsinə təyin edilmişdir. Bundan başqa 12 aprel 2018-ci ildə keçirilən seçkilərlə bağlı 8 seçki məntəqəsinə baş təhkimçi təyin olunmuşdur. Həmin məntəqələrdə seçkilər yüksək səviyyədə keçirilmişdir. İşlədiyi müddətdə işinə vicdanla yanaşmış, üzərimə düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Barəsində heç bir inzibati tənbeh tədbiri görülməmişdir. Rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi kimi səmərəli fəaliyyəti ilə əlaqədar əməyi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, rayonunun ictimai-siyasi həyatında və Göyçay şəhərinin təmiz saxlanılmasındakı səmərəli fəaliyyətinə görə Cavabdeh başçısı tərəfindən 12 aprel 2018-ci il tarixdə ona təşəkkür elan olunmuş və bu barədə adına “Təşəkkümamə” verilmişdir. Şəhərdə gördüyü fəal işlərlə bağlı 16 iyul 2019-cu il tarixdə X5 direktoru tərəfindən Diplomla təltif olunmuşdur. Bundan başqa İdarənin baş mühəndisi X14 şəhərinin yüksək səviyyədə təmiz saxlanıldığına görə rayon İcra Hakimiyyət başçısının Fəxri Fərmanı ilə təltif olunmuş və ona 100 manat mükafat verilmişdir ki, idarə rəhbəri kimi bu fəaliyyətdə onun da əməyi olmuşdur. Bildirir ki, Göyçay Rayon Məhkəməsinin 02 mart 2015-ci il tarixli qətnaməsi ilə onun 19 dekabr 2012-ci ildə məhkəmə hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmağı ilə əlaqədar işdən çıxarılmağı barədə 38 saylı, 20 dekabr 2012-ci il tarixli əmr etibarsız hesab olunan zaman həmin qətnamə ilə o əvvəlki vəzifəsinə bərpa edilmişdir. Göyçay Rayon Məhkəməsinin 09 yanvar 2017-ci il tarixli qətnaməsinə əsasən ona məcburi iş buraxma günlərinə görə əmək haqqının hesablanaraq verilməsi qət edilmişdir. Keçən müddət ərizində o işə bərpa olunsa da, dəfələrlə etdiyi müraciətlərinə baxmayaraq ona hesablanaraq verilməli olan əmək haqqını bu günədək almamışdır. 23 iyul 2019-cu il tarixdə Mingəçevir şəhərində yaşayan qohumunun vəfatı ilə bağlı nahar fasiləsinə yaxın rayon İcra hakimiyyəti başçısının 1-ci müavininin icazəsi ilə hüzrdə iştirak etmək üçün Mingəçevir şəhərinə getmiş və nahardan sonra saat 15:00-da iş yerində olmuşdur. İşə qayıtdıqda ona artıq işdən azad olunması bildirilmişdir. Səbəbini soruşduqda Cavabdeh Sanitar-Təmizlik idarəsinin rəisi kimi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirməmişdir.Aradan uzun müddət keçməsinə, 14 avqust və 16 avqust 2019-cu il tarixlərdə rayon İcra Hakimiyyətinin başçısına və rayon Prokuroruna müraciət etməyinə baxmayaraq cavabdeh orqan onun işdən azad olunmağı barədə rayon İcra hakimiyyəti başçısının sərəncamını və əmrdən çıxarışı ona verməmişdir və bu günədək ona dəqiq məlum deyil ki, o nə səbəbdən və hansı əsaslarla işdən azad olunmuşdur. İşdən azad olunmağı ilə əlaqədar İdarə və Həmkarlar İttifaqı tərəfindən heç bir iclas keçirilməmiş, keçirilibsə belə o, həmin iclasa dəvət olunmamış və iştirak etməmişdir. Qanunla müəyyən edilmiş qaydada və müddətdə Həmkarlar İttifaqının razılığı alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona heç bir xəbərdarlıq edilməmiş, müqavilənin ləğv edilməsi barədə ona məktub göndərilməmişdir. Cavabdeh orqan ona sərəncamın və əmrdən çıxarışın verilməsinin geçikdirilməsində məqsəd öz işinə bərpa ilə əlaqədar məhkəməyə və ya digər orqanlara müraciət etmək müddətin keçməsidir. Bildirir ki, o yuxarıda qeyd etdiyi kimi işlədiyi uzun müddət ərzində işində və əmək funksiyasının yerinə yetirilməsində heç bir qanunsuzluğa, özbaşınalığa, səhlənkarlığa və digər neqativ hallara yol verməmişdir. Ona görə də işlədiyi müddət ərzində ona heç bir xəbərdarlıq edilməmiş, irad tutulmamış və töhmət və şiddətli töhmət verilməmişdir. İşlədiyi müddətdə əmək intizamına ciddi riayət etmiş, işinə vicdanla yanaşmış, vəzifəsi üzrə üzərinə düşən öhdəliyi vaxtlı-vaxtında yerinə yetirməmişdir. Hətta faydalı işinə və nümunəvi əmək fəaliyyətinə görə yuxarıda qeyd etdiyi kimi dəfələrlə rəhbərlik tərəfindən təltif olunmuşdur. Hesab edir ki, onun işdən azad olunmağına əsas səbəb cavabdeh tərəfindən ona hesablanmış 6500 manat əmək haqqını tələb etməyi olmuşdur. Göründüyü kimi cavabdeh orqan ona qarşı qərəzli mövqe tutaraq Əmək Məcəlləsinin tələblərinə uyğun olmadan onu işdən azad etməsi ədalət prinsipinə, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun gəlmir. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh başçısı aparatının hüquq şöbəsinin müdiri, səlahiyyətli nümayəndəsi S.Xəlilov məhkəmə iclasına iddia ərizəsinə etiraz verərək iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, İddiaçı rayon icra hakimiyyətinə qarşı “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbi ilə bağlı iddiası təmin olunmamalıdır. Belə ki, rayon icra hakimiyyətinin Sanitar-Təmizlik İdarəsinin fəaliyyətində yaranmış nöqsanlar, şəhərdə məişət tullantılarının vaxtlı-vaxtında toplanmaması, yığıimaması və daşınmaması, idarənin rəhbərinin fəaliyyəti ilə bağlı vətəndaşlardan daxil olmuş yazılı və şifahi müraciətlər, o cümlədən rayon icra hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən rayon icra hakimiyyətinə daxil olmuş məlumatlar bu sahədə yaranmış problemin aradan qaldırılmasını zəruri etmişdir. Məişət tullantılarının daşınmasında, yığılmasında, həmçinin Sanitar-Təmizlik idarəsinin fəaliyyətində mövcud olan nöqsanların və yaranmış problemlərin müzakirə olunması məqsədilə 19 iyun 2019-cu il tarixdə rayon icra hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısının rəhbərliyi ilə iclas keçirilmişdir. İclasda şəhərdə aparılan təmizlik işlərinin vəziyyəti, şəhər təsərrüfatının işində ciddi geriliyin olması, məişət tullantılarının vaxtında daşınmaması, yerə tökülmüş yarpaqların vaxtında toplanması və daşınmasının təmin edilməməsi. Sanitar-Təmizlik idarəsinin maliyyə-təsərrüfatı fəaliyyətində ciddi nöqsanlar olması, idarənin külli miqdarda sosial sığorta borclarının yaranması məsələləri müzakirə edilmişdir. iclasda iştirak edən rayon Sanitar-Təmizlik idarəsinin rəisi İddiaçı özünü kobud və qeyri-səmimi aparmış, yol verdiyi nöqsanları, məişət və digər tullantıların daşınmamasını, bununla bağlı şəhər təsərrüfatında yaranmış gərginliyi digər xidmət təşkilatlarının üzərinə atmışdır. İclasdan sonra rayon Sanitar- Təmizlik İdarəsinin keçmiş rəisi İddiaçı fəaliyyətində olan ciddi nöqsanları aradan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirməmişdir. Əksinə onun fəaliyyəti barəsində rayon icra hakimiyyətinə vətəndaşlardan kollektiv müraciət daxil olmuşdur. (Kollektiv müraciətin surəti məhkəməyə təqdim edilmişdir.) Yaranmış ciddi problem məsələninin rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə edilməsini zəruri etmişdir. Şəhərin küçə, park və məhəllələrində təmizlik işlərinin aparılması, yaşıllıqlara qulluq göstərilməsinin vəziyyəti məsələsi müzakirə olunması üçün 23 iyul 2019-cu il tarixdə rayon icra hakimiyyəti başçısı yanında şuranın iclası keçirilmişdir. (Yerli icra hakimiyyətləri haqqında Əsanamənin 2.11 -ci maddəsinə əsasən yerli icra hakimiyyətinin başçısı şəhərin, rayonun iqtisadi, sosial-mədəni və digər yerli məsələlərinə baxılması və onların həllinə dair təkliflərin hazırlanması məqsədi ilə Şuranın iclasını çağırırlar.) Şura iclasında çıxış edən şura üzvləri, həmçinin iclasa dəvət edilmiş rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, ağsaqqallar, din xadimləri, şuranın üzvləri çıxış edərək şəhər təsərrüfatında yaranmış qərqin vəziyyətlə əlaqədar ciddi narahatçılıqlarını bildirmişlər və rayon rəhbərliyindən bu sahədə lazımi qayda yaradılmasını, yaranmış vəziyyətə görə təqsiri olan şəxslərin intizam məsuliyyətinə cəlb edilməsinin, o cümlədən rayon icra hakimiyyətini Sanitar- Təmizlik İdarəsinin rəsi İddiaçı işində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi tövsiyyə olunmuşdur. Rayon icra hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin keçmiş rəisi İddiaçı Şuranın iclasına dəvət olunmuş, lakin o, iclasda iştirak etməmişdir. (Telefonoqrama əlavə olunur.) Şura iclasının tövsiyəsi və fəaliyyətində yol verdiyi nöqsanlara görə rayon icra hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli əmri ilə İddiaçı əmək funksiyasını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işdən azad olunmuşdur. İddiaçı rayon icra hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi olmaqla, onun əmək funksiyasına idarəyə rəhbərlikliyi həyata keçirmək, səhərin sanitariya vəziyyətinin normal vəziyyətdə saxlanılması, xidməti və digər təhkim olunduğu ərazilərdə məişət tullantılarının idarə etməklə daşınmasını təşkil olunması, əhali və müxtəlif obyektlərdən (iaşə, kommersiya, müxtəlif dövlət və qeyri-dövlət Qurumlarından) göstərilən xidmətin haqqını yığıb, aidiyyəti üzrə ödənişi verinə yetirmək, rəhbərliyin verdiyi tapşırıqları verinə yetirmək, tabeliyində olanlarla və yuxarı rəhbərliklə nəzakətli davranmaq kimi xidmətlər daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması halları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin "15" noyabr 2005-cı il, tarixli 24-2 №-lı qərarı ilə təsdiq edilmiş Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X3 əsasən müəssinin direktorunun əmək funksiyası müəssisəyə rəhbərlik etmək, onun siyasət və planını müəyyənləşdirmək və formalaşdırmaq, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək, istehsalat vahidləri, struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil etmək, istehsalın yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirmək, müəssisələrin ixtisaslı kadrlarla təmin etmək, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə etmək, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaratmaq, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaratmaqdır və s.dir. İddiaçı əmək funksiyasını yerinə yetirməməsi və yaxud lazımınca yerinə yetirməməsi nəticəsində aşağıda göstərilən nöqsan və çatışmazlıqlar yaranmışdır. İddiaçı əmək funksiyasını yerinə yetirməməsi nəticəsində rayonda məişət tullantıları vaxtlı-vaxtında daşınmamış, məişət tullantılarının daşınmasında qrafiaka uyğun daşınmamış, müəssisənin əmlakı mənimsənilmiş, vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. - Nöqsanların aradan qaldırılması barədə rayon icra hakimyyətinin 240 nömrəli, 06.08.2020-ci ıl tarixli məktubu icra olunmamış, artıq ödənilmiş vəsaitin ödənilməsi həyata keçirilməmişdir.(məktubun surəti əlavə olunur) - Üzərinə düşən vəzifələri yerinə yetirməməsi nəticəsində müəssisənin vergi və sosial sığıorta borcları xeyli artmış nəticədə müəssisənin hesabına həbs qoyulmuşdur. (İddiaçı vəzifədən azad olunduqdan sonra 2020-ci ilin iyun ayına olan dövrə qədər rayon Sanitar-Təmizlik İdarəsi tərəfindən 20168 manat vəsait ödənilmişdir.) - idarənin büdcəsindən “Su”, ehtiyat hissələri, Yanacaq, süpürgə, işçi paltarı adı altında 74524.60 manat silinərək idarənin büdcəsinə 74524.60 manat ziyan vurulmuşdur. - rayon Sanitar-Təmizlik idarəsinin istifadəsində olan dayanacaq İddiaçı tərəfindən zəbt olunaraq həmin ərazidə 2 ədəd şəxsi ev inşa olunaraq girişçıxış məhdudlaşdırlmışdır. - 84000 ədəd 1MQ formalı qəbzlər istifadə olunsa da, onlar mııhsıbat şöbəsinə təhvil verilməmiş, yığılmış xidmət haqlarının məbləği məlum deyildir. - İddiaçı müəssisənin rəhbəri olduğu dövrdə onun bie neçə yaxın qohumu rayon Sanitar-Təmilzik İdarəsinə işə qəbul olunmuşdur. - 19 iyun 2020-cı i! tarixdə rayon icra hakimiyyətində keçirilən iclasda rəhbərliklə kobud davranmış, dözümsüzlük nümayiş etdirmiş, rəhbərin Qeyd etmək istəyirik ki, Əmək qanunvericiliyinə əsasən (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.3 maddəsi) işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətim, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterim nəzərə almalıdır. Bununla bağlı bildirmək istəyirik ki, İddiaçı əvəllər bır neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı 05.08.1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 172,207-ci maddəsinin 1-ci hissəsi, 38və 43-cü maddələri ilə, 20.08.1999-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (köhnə redaksiya) 93-8-ci maddəsinin 4-cü hissəsi, 167-ci maddəsinin 2-ci hissəsi və 172-ci maddələri ilə, 22.06.2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3,17932.4, 308.1, 313, 326.1, 66.3-cü maddələri ilə, 24.09.2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2,68.1.3,66.5,70-cimaddələri ilə, 09.10.2012-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə məhkum edilmişdir. İddiaçı fəaliyyəti zamanı yol verdiyi nöqsanlar nəticəsində rayon icra hakimiyyətinin, müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Rayon icra hakimiyyətinin Sanitar-Təmizlik idarəsində aparılan audit yoxlaması nəticəsində aşkar olunan maliyyə pozuntuları və digər çatışmazlıqlarla bağlı rayon icra hakimiyyəti tərəfindən Göyçay rayon Prokurorluğuna müraciət olunmuş, rayon prokurorluğunda araşdırma aparılmış və qanun pozuntularına görə cinayət işi başlanmışdır. İddiaçı onun işdən çıxarılması zamanı həmkarlar ittifaqının razılığının alınamaması barədə dəlilləri ilə bağlı bildiririk ki. işiədyi dövrdə idarənin X8 üzvlük haqları keçirilməmiş, nəticədə X8 manat borc yaranmışdır. Ümumiyyətlə İddiaçı rayon Sanitar-Təmzilik idarəsinin rəisi vəzifəsinə təyin olunduqdan sonra mövcud qaydalara uyğun olaraq həmkarlar təşkilatına üzvlüyə qəbul olunmamış, üzvlüyə qəbul olunması üçün ərizə verməmiş, üzvlüyə qəbul olunması məsələsi yerli həmkarlar təşkilatında müzakirə edilməmiş və qərar qəbul olunmamışdır. (Yerli həmkarlar təşkilatının məktubu əlavə olunur). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqınm üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qanunun mənasından göründüyü kimi həmkarlar ittifaqının razılığı o. halda alınır ki, işçi həmkarlar ittifaqının üzvü olsun. Lakin İddiaçı həmkarlar ittifaqının üzvü olmamışdır. İddiaçı həmkarlar ittifaqı təşkilatının üzvü olmadığı üçün o, işdən azad olunarkən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinin pozulması halı yoxdur. “Həmkarlar ittifaqı haqqında” Qanunun 18-ci maddəsində də qeyd edilmişdir ki, həmkarlar ittifaqları öz üzvləri ilə işəgötürən arasındakı fərdi əmək mübahisələrini səlahiyyətləri dairəsində həll edir, kollektiv əmək mübahisələrinə (münaqişələrə) baxılmasında iştirak edirlər. Belə olduğu halda İddiaçı onun işdən çıxarılması zamanı həmkarlar ittifaqının razılığının alınamaması barədə dəlilləri əsassızdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı iddiasının rədd olunması barədə qətnamə qəbul olunmasını Sizdən xahiş edirik. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti tərəfindən 29 sentyabr 2020-ci il tarixli **********0 saylı məktubdan məlum olur ki, İddiaçı adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsinin tarixi 05.03.2015-ci il, müqavilənin statusu qüvvədə deyil, əlavə edilmə tarixi 20.08.2015-ci il, imzalanma tarixi 20.08.2015-ci il, işəgötürənin adı Cavabdeh, əmək müqaviləsinin müddəti “müddətsiz”, xitamın tarixi 23.07.2019-cu il, xitamın sistemə işlənmə tarixi- 5.08.2019-cu il, xitamın maddəsi 70 ç, xitamın nömrəsi xxxxxxx0001X0. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən verilmiş 03 dekabr 2014-cü il tarixli 1(102)-1596/2014 saylı qərarın surətindən məlum olur ki, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, İddiaçı barəsində Şəki Apellyasiya Məhkəməsinin 13 mart 2013-cü il tarixli qərarı ləğv edilməsi, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığından məhkum İddiaçı barəsində Azərbaycan Respublikası CM-nın 309.2-ci maddəsi ilə cinayət işi üzrə iraata bəraətverici əsaslarla xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Göyçay şəhər İcra Hakimiyyəti Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 17 avqust 2020-ci il tarixli 69 saylı arayışdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik” İdarəsinin keçmiş rəisi İddiaçı işə bərpa olunduqdan sonra onun müəssisəsinin X8 üzvlüyə qəbul olunması məsələsi həmkarlar komitəsində müzakirə olunmamış, onun üzvlüyə qəbul edilməsi haqqında qərar qəbul olunmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 Həmkarlar İttifaqı komitəsi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 67 saylı məktubdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik” İdarədsinin sabiq rəisi İddiaçı işə bərpa ilə əlaqədar Həmkarlar İttifaqı Respublika Komitəsinə və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına heç bir müraciəti olunmayıb və bununla bağlı məsələyə baxılmayıb. “Sanitar-Təmizlik” İdarədsində çalışan həmkarlar ittifaqı üzvlərinin əmək haqqından tutulmuş üzvlük haqları 2016-2017-2018- 2019-2020-ci illər ərzində Respublika Komitəsinin hesabına köçürülməmişdir, bu da “Həmkarlar ittifaqları haqqında” Qanununun tələblərinə ziddir. Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 X2 4.9 maddəsinə əsaslanaraq, həmkarlar ittifaqı üzvlük haqqını üzrsüz olaraq 3 aydan artıq verməyinə görə Göyçay “Sanitar-Təmizlik” İdarəsinin həmkarlar ittifaqı təşkilatı Respublika Komitəsinin xidmətindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Yerli Sənaye və Kommunal-X4 həmkarlar ittifaqı nizamnaməsinin 4.10-cu bəndinə əsasən həmkarlar ittifaqı üzvlüyündən xaric olunma haqqında qərar həmkarlar ittifaqı üzvünün iştirakı ilə yığıncaqda, həmkarlar ittifaqı orqanının iclasında yetərsay olduqda iştirak edənlərin 2/3 səs çoxluğu ilə qəbul edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh Göyçay Sanitar Təmizlik idarəsi tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli 42 saylı arayışdan məlum olur ki, 2019-cu ilin iyul ayından hal-hazıra kimi Vergi və dövlət Sosial Müdafiə Fonduna əvvəlki müdiriyyətin dövründə yaradılmış borcdan 20168 manat vəsait artıq ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi xidməti 9 saylı ərazi Vergilər idarəsi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli **********490500 saylı məktubdan məlum olur ki, Göyçay “Sanitar-Təmizlik” idarəsi 13.04.2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. Göyçay “Sanitar-Təmizlik” İdarəsinin baza məlumatlarına əsasən hüquqi ünvanı Göyçay şəhəri N.Nərimanov küçəsi ev 46, rəhbəri X11 olaraq qeyd olunmuşdur. Hüquqi şəxsin rəhbərinin baza məlumatlarına əsasən əlaqə telefon nömrəsi ***-***-**-** olaraq qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh Göyçay Sanitar Təmizlik idarəsi tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 94 saylı məktubdan məlum olur ki, Cavabdeh tabeliyində olan “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı 08 oktyabr 2007-ci ildən 23 iyul 2019-cu il tarixə kimi idarənin rəisi vəzifəsində işləmişdir. Həmçinin İddiaçı Göyçay “Sanitar-Təmizlik” idarəsinə 08 oktyabr 2007-ci il tarixdən, 23 iyul 2019-cu il tarixədək (2012-ci il dekabr, 2015-ilin mart ayı istisna olmaqla) rəhbərlik etdiyi dövrlərdə idarənin vergi və əmək haqqından tutulmuş sosial sığorta ödəmələrini təmin etdmədiyinə görə idarənin müvafiq dövlət qurumlarına küllü miqdarda borc yaratmışdır. Bu səbəbdən də Vergilər Nazirliyi və DSMF-tərəfindən idarəsinin bankda olan hesabına sərəncamlar qoyulmuşdur. Ona görə də əmək haqqı cədvəlində həmkarlar ittifaqına 1% )bir faiz) üzvlük haqqı tutulması qeyd olunsa da bu tutulma formal xarakter daşımış və yuxarıda göstərilən səbəblərdən İddiaçı və digər işçilərdən tutulmuş həmkarlar üzvlük haqqı Yerli Sənayə və Kommunal Məişət Xidməti X6 Respublika Komitəsinin hesabına ödənilməmişdir. Sabiq rəis İddiaçı 06 mart 2015-ci il tarixdən 23 iyul 2019-cu il tarixədək işlədiyi dövr ərzində hesablanmış əmək haqqı və əmək haqqından tutulmalar həyata keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 09.10.2020-ci il tarixli 93 saylı məktubdan məlum olur ki, Cavabdeh tabeliyində olan “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı 06 mart 2015-ci il tarixdə kimi idarəyə rəis təyin olunduqdan sonra onun müəssisənin Həmkarlar Təşkilatına üzv qəbul olunması ilə bağlı ərizə-müraciəti olmamış və bu məsələ müzakirə edilməmişdir. Həmçinin İddiaçı Göyçay “Sanitar-Təmizlik” idarəsinə 08 oktyabr 2007-ci il tarixdən, 23 iyul 2019-cu il tarixədək (2012-ci il dekabr, 2015-ilin mart ayı istisna olmaqla) rəhbərlik etdiyi dövrlərdə idarənin vergi və əmək haqqından tutulmuş sosial sığorta ödəmələrini təmin etmədiyinə görə idarənin müvafiq dövlət qurumlarına küllü miqdarda borc yaratmışdır. Bu səbəbdən də Vergilər Nazirliyi və DSMF-tərəfindən idarəsinin bankda olan hesabına sərəncamlar qoyulmuşdur. Ona görə də əmək haqqı cədvəlində həmkarlar ittifaqına 1% (bir faiz) üzvlük haqqı tutulması qeyd olunsa da bu tutulma formal xarakter daşımış və yuxarıda göstərilən səbəblərdən İddiaçı və digər işçilərdən tutulmuş həmkarlar üzvlük haqqı Yerli Sənayə və Kommunal Məişət Xidməti X6 Respublika Komitəsinin hesabına ödənilməmişdir. Göyçay “Sanitar-Təmizlik” idarəsinin Həmkarlar Təşkilatının heç bir nizamnaməsi, möhürü, hesab nömrəsi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdaifə Fondu tərəfindən verilmiş 12 oktyabr 2020-ci il tarixli **********2 saylı məktubdan məlum olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi-nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Göyçay “Sanitar- Təmizlik” idarəsi (SUN: **********7) tərəfindən təqdim edilmiş 2015-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3), 2017-2018-ci illərin İ-İV rübləri, 2019-cu ilin İ-İİİ rübləri üzrə “Məcburi dövlət Sosial sığortası üzrə hesabat”larda adı sığortaolunan kimi qeyd edilmiş X9 (SSN: **********153) məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları göndərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti başçısının Cavabdeh Sanitar Təmizlik İdarəsinin rəisi İddiaçı işdən azad olunması haqqında 23 iyul 2019-cu il tarixli 87 saylı əmrdən məlum olur ki, Göyçay rayonu icra hakimiyyəti başçısının yanında Şuranın 23 iyul 2019-cu il tarixli iclasında şəhərin təmizlik və abadlıq işlərinin vəziyyəti məsələsi müzakirə olunarkən rayon İcra Hakimiyyətinin Sanitar-Təmizlik idarəsinin rəisi İddiaçı vəzifə funksiyalarını yerinə yetirməməsi, rəhbərlik tərəfindən verilən tapşırıqlara əməl etməməsi nəticəsində şəhərin təmizlik və abadlıq sahəsində ciddi nöqsanların mövcud olmuş, şura iclasının qərarına əsasən onun tutduğu vəzifədən azad olunması məsələsinə baxılması rayon icra hakimiyyəti başçısına tövsiyə edilmişdir. Sanitar-Təmizlik İdarəsinin rəisi İddiaçı şəhərdə məişət tullantılarının yığılması, daşınması, təmizlik işlərinin vaxtlı-vaxtında həyata keçirilməsi üçün lazimi tədbirlər görməmiş, məişət tullantılarını yığılması, daşınması ilə bağlı ona verilmiş tapşırıqlara və göstərişlərə əməl etməmiş, üzərinə düşən əmək funksiyalarını yerinə yetirməmiş, rəhbərliklə kobud davranaraq verilən tapşırıq və göstərişlərə laqeyd yanaşmışdır. İddiaçı əmək funksiyalarını və üzərinə düşən vəzifələri yerinə yetirilməsi barədə dəfələrlə xəbərdarlıq olunsa da, bundan nəticə çıxarmamışdır. Odur ki, yuxarıda göstərilənləri, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq, İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinin rəisi vəzifəsindən azad olunması və bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Cavabdeh Göyçay “Sanitar-Təmizlik” İdarəsinin Yerli Həmkarlar Komitəsinin sədri S.Ağayeva tərəfindən verilmiş 10.12.2019-ci il tarixli 100 saylı məktubdan məlum olur ki, Cavabdeh “Sanitar-Təmizlik”İdarəsi rayon icra hakimiyyətinin tabeliyində olduğundan idarənin keçmiş rəisi İddiaçı yol verdiyi nöqsanlara görə işdən azad olunması məsələsi rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə edilmiş, şura üzvlərinin, iclasda iştirak edən digər şəxslərin rəyləri dinlənilmiş və onun işdən azad olunması rayon icra hakimiyyəti başçısına tövsiyyə edilmişdir. Rayon İcra hakimiyyəti başçısının 23 iyul 2019-cu il tarixli əmrinə əsasən İddiaçı işdən azad olunmuşdur. İddiaçı işdən azad olunması məsələsi rayon icra hakimiyyəti başçısı yanında Şuranın iclasında müzakirə olunduğu üçün X8 müraciət olunmasına zərurət yaranmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Göyçay rayon İcra Hakimiyyəti Göyçay Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş 10.12.2019-ci il tarixli 99 saylı məktubdan məlum olur ki, “Sanitar-Təmizlik” İdarəsinin sabiq rəisi İddiaçı Kərim oğlu idarəyə rəhbərlik etdiyi son 4 ildə mühasibatlıq sənədlərinə aylar üzrə həmkarlar ittifaqına üzvlük haqları hesablansa da, X8 üzvlük haqları ödənilməmişdir. (6390 manat) İdarənin keçmiş rəhbəri İddiaçı idarənin müvafiq dövlət orqanları (Vergi, DSMF) qarşısında götürdüyü qanuna müvafiq öhdəliklərə səhlənkar yanaşaraq yerinə yetirməmişdir. Bu səbəbdən də idarənin bank hesabına yuxarıda qeyd edilən orqanlar tərəfindən maliyyə sanksiyası qoyulmuş və müvafiq ödənişlər aparılmamışdır. İddiaçı göstərişinə əsasən dövlət büdcəsindən ayrılmış vəsait qeyri-qanuni olaraq bütünlükdə əmək haqqı kimi hesablanmış və ştat üzrə işçilərin əmək kartlarına ödəniş edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Cavabdeh Göyçay Sanitar Təmizlik İdarəsi tərəfindən verilmiş 07.01.2020-ci il tarixli 08 saylı məktubdan məlum olur ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqının ödənilməsinə dair mülki işində səhhəti ilə əlaqədar olaraq şahid qismində iştirak edə bilməyəcək. Üzrlü hesab edilməsini xahiş edirəm. Bir daha nəzərinizə çatdırır ki, Göyçay “Sanitar-Təmizlik” İdarəsinin keçmiş rəisi İddiaçı işdən azad olunması məsələsinə Cavabdeh başçısı yanında şuranın iclasında müzakirə edilmiş və 23 iyul 2019-cu il tarixdə işdən azad olunmuşdur. İddiaçı işdən azad olunması məsələsi Cavabdeh başçısı yanında Şuranın iclasında müzakirə olunduğu üçün X8 müraciət olunmasına zərurət yaranmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən əməyin ödənişi xərclərinin hesablanmasına dair cədvəldən görünür ki, işçinin əmək haqqından Həmkarlar İttifaqına üzvlük haqqı tutulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.3-cü maddəsinə əsasən Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin giriş hissəsində qeyd olunduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsində Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, X7 konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin, işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqlarını, vəzifələrini tənzim edən normalar təsbit edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə görə Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 71-ci maddəsinə əsasən İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinə görə İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinə görə Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Əmək Məcəlləsinin 43-cü maddəsinə görə Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: e) işçinin əmək funksiyası; Həmin Məcəllənin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 57-ci maddəsinə görə İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X3 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir. 74-ci maddəsinin 2-ci hissəsinə görə, əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83-cü maddəsinə görə Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 84-cü maddəyə görə Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir:müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı;işçinin adı, atasının adı və soyadı;əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı;əmək müqaviləsinin ləğv edilməsinin əsası;həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi;əmək müqaviləsi ləğv edilən gün, ay və il;əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyətəsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində intizam tənbehini tətbiq edən idarə, müəssisə və ya təşkilat intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cavabdeh başçısının 08 oktyabr 2007-ci il tarixli, 178 saylı Sərəncamına əsasən Göyçay Kommunal Təsərrüfatı İdarə rəisinin 18 saylı, 08 oktyabr 2007-ci il tarixli əmri ilə Göyçay Kommunal Təsərrüfatı İdarəsinə rəis vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən barəsində heç bir inzibati tənbeh tədbir görülməmişdir. Əksinə əməyi rəhbərlik tərəfindən yüksək qiymətləndirilmiş, rayonun ictimai-siyasi həyatında və Göyçay şəhərinin təmiz saxlanılmasında səmərəli fəaliyyətinə görə Göyçay rayon İcra Hakmiyətinin başçısı tərəfindən 12 aprel 2018-ci il tarixdə təşəkkür elan edilmiş və bu barədə “Təşəkkürnamə” verilmişdir. Şəhərdə gördüyü fəal işlərlə bağlı 16 iyul 2019-cu il tarixdə X5 direktoru tərəfindən Diplomla təltif olunmuşdur. Bundan əlavə idarənin baş mühəndisi X14 şəhərini yüksək səviyyədə təmiz saxladığına görə İcra Hakimiyyətinin fəxri fərmanı ilə olunmuş və ona 100 AZN mükafat verilmişdir ki, idarə rəhbəri kimi bu faəliyyətdə iddiaçının da əməyi olduğu şəksizdir. Bütün bunlar iddiaçının əməyinə vicdanla yanaşmağını və nümunəvi əmək fəaliyyəti ilə bağlı halları təsdiq edir. Lakin bütün bunlara baxmayaraq iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmuş, yerli həmkarlar təşkilatının yazılı rəyi alınmalı olduğu təqdirdə, bilavasitə Yerli İcra Hakimiyyətinin nəzindəki Şurada müzakirə edilməsi əsas gətirilərək əmək müqaviləsiniə xitam verilmişdir. Əmək müqaviləsinin xitamının əsası kimi əmək funksiylarının kobud şəkildə pozulması göstərilsə də, işçinin əmək funksiyalarına nələr daxil olduğunu müəyyən etmək üçün işçi ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin təsdiq edilmiş sürəti tələb edilmiş, lakin cavabdeh tərəfindən yazılı əmək müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh işçinin əmək funksiyalarının vahid əmək sorğu kitabçası vasitəsi ilə müəyyən edildiyini qeyd etsə də, həmin funksiyalarla tanış olmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh işçinin əmək funksiyalarını kobud şəkildə pozmasına dəlalət edən edən halları təsdiq edən sübutları məhkəmə araşdırmasının predmeti edə bilməmişdir. Əmək funksiyalarının kobud şəkildə pozulması o halda əmək müqaviləsinin ləğv edilməsi əsası olur ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin işəgötürən tərəfindən əmək müqaviləsinin zəruriliyi əsaslandırılmamışdır. Əmək funksiyalarının kobud pozuntusu qeyd edilsə də, bu pozuntularla bağlı iddiaçıya hər hansı irad bildirilməmiş, intizam tənbeh tədbirləri tətbiq edilməmişdir. Əksinə iddiaçının işçinin işini vicdanlı yerinə yetirilməsinə dair mübahisə predmeti olan əmrin verilməsindən qısa müddət əvvəl işçisi təşəkkürnamə ilə təltif edilmişdir. Cavabdehin maliyyə pozuntusuna yol verməsi və bununla bağlı müvafiq rəyin olmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin hallar işçi ilə əmək münasibətlərinə xitam verildikdən sonra aşkara çıxarıldığından hazırda mübahisə predmeti olan əmrin əsasını təşkil etmir. İddiaçının yerli həmkarlar təşkilatının üzvü olmaması ilə bağlı cavabdehin gətirdiyi dəlillər isə iş materialları təkzib edilir. (iddiaçıdan həmkarlar ittifaqına üzvlük haqqının tutulması, Həmklar ittifaqının yerli təşkilatının arayışı, həmkarlar ittifaqının yerli təşkilatının sədrinin şahid kimi məhkəmədə iştirakının təmin edilə bilməməsi, iş materiallarında olan nizamnamə tələblərinin gözlənilərək həmkarlar ittifaqı üzvünün xaric edilməsi ilə bağlı qərarın verilməməsi) Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli əmri ləğv edilməli, İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunmalı, məcburi proqula görə əmək haqqı ödənilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqinda Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarinin müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh başçısının 23 iyul 2019-cu il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh Sanitar-Təmizlik İdarəsinə rəis vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi iş buraxmaya görə işə çıxmadığı günlərə görə ona əmək haqqı hesablanaraq ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar